adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2016 15:48
3894
MƏMLƏKƏT
A- A+

ASAN yeni rekorda hazırlaşır

Sabah "ASAN Xidmət” mərkəzlərində 8 milyonuncu müraciətin qeydə alınması gözlənilir.

Bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib.


Onun sözlərinə görə, tezliklə Masallı və Qəbələ şəhərlərində də "ASAN Xidmət” mərkəzləri fəaliyyətə başalayacaq: "Əvvəllər mərkəzlərimizin sayı az idi və gözləmə müddəti 30 dəqiqəyə, bəzən isə 1 saata çatırdı. İndi bu müddət 3-5 dəqiqəyə düşüb. Biz bunu bir qədər də azaldacağıq. Bundan başqa səyyar "ASAN Xidmət” yarananda 3 avtobusla fəaliyyət göstərirdiksə, indi bu bunun sayı 10-a çatıb. Səyyar "ASAN Xidmət” vasitəsilə 424 423 müraciət qəbul olunub”.

F.Cəfərov bildirib ki, dövlət agentliyi tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının həyata keçirdiyi elektron xidmətlərin təşkili və göstərilməsinin qiymətləndirilməsi həyata keçirilir.

Belə ki, Vergilər Nazirliyi tərəfindən elektron formada təqdim edilən 58 xidmətdən 57-si "əla”, 1 xidmət isə "yaxşı” qiymətləndirilib: "Fəaliyyətimizin əsas prinsiplərindən biri də şəffaflıqdır.