adalet.az header logo
  • Bakı 16°C
10 Fevral 2016 14:22
3144
GÜNDƏM
A- A+

Planetin ən qocaman aktyoru 101 yaşını qeyd edir

Rusiyanın tanınmış aktyor və rejissoru Vladimir Zeldin 101-ci yaşını səhnədə qeyd edir. Bu münasibətlə onu ölkə başçısı Vladimir Putin təbrik edib. 101 yaşlı incəsənət xadiminə can sağlığı və yaradıcılıq uğurları arzulayıb.

Putinlə yanaşı Moskva meri Sergey Sobyanin də səbəbkarı təbrik edib.

Zeldin, "Karnaval gecəsi”, "Vanya dayı”, "10 zənci balası” kimi məşhur filmlərdə çəkilib. Bundan başqa teatr səhnələrində də çoxsaylı tamaşalarda rol alıb və səhnələşdirib. Stalin mükafatçısıdır (1951), 1975-ci ildən SSRİ Xalq Artistidir. Planetin səhnədə fəaliyyət göstərən ən qocaman aktyorudur.