adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Fevral 2016 13:15
3042
MƏMLƏKƏT
A- A+

Nizami rayonundan yazan jurnalistlər mükafatlandırıldı - Fotolar

Bu gün Nizami Rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə həmçinin Nizami Rayon İcra Hakimiyyətinin,Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) iləbirgə təşkil etdiyi"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də elan olunub.

 Nizami RİH-də baş tutan tədbirdə öncə Nizami rayonunda ötən ilin yekunlarına həsr olunmuş qısa metrajlı filim nümayiş olunub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Prezident Adminstrasiyasınınməsul işçisiTağıTağıyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Sədaqət Vəliyeva,Rasim Musabəyov,rayon ictimaiyyəti, media rəhbərləri və jurnalistlər iştirak edib. Tədbirdə çıxış edən Vüqar Səfərli müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb: "Müsabiqənin keçirilməsinin məqsədiNizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır. Ötən ilin noyabr ayının25-dən başlayan müsabiqə, bu ilin yanvar ayının 21-də başa çatıb. Müsabiqəyə 27 KİV-dən 48 yazı təqdim edilib. Müsabiqədə 6 nəfər əsas , 10 nəfər həvəsləndirici mükafata layiq görülüb".

Tədbirdə çıxış edən Sədaqət Vəliyeva ötən il ölkədə görülən işlərin yüksək qiymətləndirildiyini, manatın devalivasiyasından sonra yaranan inamsızlığın cənab Prezident İlham Əliyevin çıxışından sonra dəf olunduğunu söyləyib: "Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında ölkə başçısının çıxışı, qarşıya qoyduğu vəzifələr və bunun əməli işdə sübutu bir daha göstərdi ki, biz öz Prezidentimizə inanmalıyıq".

Deputat Rasim Musabəyov da öz çıxışında ölkədə inkişafın göz qabağında olduğunu, bunu danılmaz fakt olduğunu qeyd etdi. R. Musabəyov Azərbaycanın nüfuzunun günü-gündən artığını, digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə daha çox beynəlxalq tədbirlərin keçirildiyini dilə gətirib. R. Musabəyov deyib ki, manatın devalivasiyasından sonra ölkədə böhran olduğu barədə deyilənlər həqiqəti əks etdirmir: "Bu məsələdə də müqayisəli yanaşmaq lazımdır. Baxın Yunanıstana, bu dövlət 7 ildirböhrandan çıxa bilmir. Pensiya yaşı necə gəldi artırılır və sair. Bizdə isə böhran əlamətləri hiss olunmur. Ölkə başçısı manatın devalivasiyasından sonra yaranan bəzi problemləri aradan qaldırmaq, təsirin azalması üçün səylə çalışır".