adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2016 13:06
4825
DÜNYA
A- A+

Bu göl qazandakı su kimi qaynayıb qurudu

Cənubi Amerikanın ən böyük duz göllərindən olan Poopo gölü tamamilə quruyub. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Boliviyanın 2-ci böyük gölü hesab edilən Poopo 1940-ci ildən bəri tədricən qurumağa başlasa da, tam olaraq bu il ərzində quruyub. Gölün qurumasının maraqlı səbəbi var: tərkibi duzlarla zəngin olan gölün alt qatından qeyzer sularının kanalı keçdiyindən gölü buxarlandırıb. Başqa sözlə, göl qazandakı su kimi qaynayıb buxarlanıb.  

And dağlarındakı buzlaqların əriməsi ilə daşqınlar səbəbindən gölə axan yeganə çay təbii olaraq məcrasını dəyişib digər gölə - Titikakaya yönəlib. Obrazlı desək, həyat mənbəyinin başqasını seçərək xəyanəti gölün həyatına son verib.

27700 kv. km həcmi olan göldən geriyə qalan bu quru boşluq oldu: