adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Fevral 2016 12:36
2743
MƏMLƏKƏT
A- A+

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 11-da hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə, gündüz 6-10 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.