adalet.az header logo
  • Bakı 22°C
10 Fevral 2016 11:43
5600
ƏDƏBİYYAT
A- A+

“Xəzərdə eşqin səsi” adlı şeir gecəsi keçiriləcək

Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Nizami Kino Mərkəzində "Xəzərdə eşqin səsi” adlı şeir gecəsi keçiriləcək.

"Söz” layihəsi çərçivəsində Nigar Həsənzadənin şeirləri teatr aktyorları tərəfindən Azərbaycan və türk dillərində səsləndiriləcək. Tədbirdə "Savalan” musiqi qrupu da çıxış edəcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Yunus Əmrə İnstitutunun rəhbəri, professor Şərəf Atəş tədbirdə iştirak edəcəklər.