adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Fevral 2016 11:39
5315
MƏDƏNİYYƏT
A- A+

Mədəniyyət nazirliyində görüş keçirilib

Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müşaviri Yevgeniy Şönfeld, İqtisadi və mədəni əlaqələr üzrə attaşe Kristina Zibke və Səfirliyin Mədəniyyət şöbəsinin əməkdaşı Cəmilə Ağababayeva ilə görüş keçirib. Nazirlikdən verilən xəbərə görə, görüş zamanı əsas müzakirə olunan məsələ Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı çərçivəsində qeyd ediləcəyi olub. Bildirmək lazımdır ki, bu tədbir 2017-ci ildə YUNESKO-nun Baş Qərargahında Azərbaycanın, Almaniyanın və Gürcüstanın birgə təşəbbüsü ilə təşkil olunacaq.
 
Qeyd edək ki, görüş zamanı mədəni tədbirlərin birgə təşkili, mədəniyyət sahəsində ölkələrimizin biznes əlaqələrinin möhkəmləndirilməsi və Bakıda cari ilin 25-27 aprel tarixində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakla bağlı məsələlər müzakirə edilib.