adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2016 10:26
4891
MƏMLƏKƏT
A- A+

5 rayonun qaz təchizatında məhdudiyyətlər yaranacaq

 Bakı şəhəri  Nizami, Sabunçu, Xəzər, Suraxanı, Abşeron rayonlarının, həmçinin Qazax rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi zərurəti ilə əlaqədar 10 fevral 2016-cı il tarixdə  saat  09:30-dan işlər yekunlaşanadək Nizami rayonu 8-ci km qəsəbəsində, Sabunçu rayonu Maştağa qəsəbəsində, Xəzər rayonu Buzovna qəsəbəsində, Suraxanı rayonu Bülbülə qəsəbəsi və Yeni Günəşli massivində, Abşeron rayonu Mehdiabad qəsəbəsində, həmçinin saat 10:00-dan – 18:00-dək isə  Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.