adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Fevral 2016 00:34
4411
DÜNYA
A- A+

Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının qalıqlarını aşkarlayıblar. 

Adalet.az "Daily Mail”-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər.

Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.

Qeyd edək ki, KXDR fevralın 7-də yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən "Soxe” kosmodromundan üzərində "Kvanmönson-4” süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib. Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.