adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Alıcı itirən satış mərkəzləri

ƏDİLZADƏ ƏDİL
52792 | 2016-02-09 21:21

Sonzamanlarda dövlət səviyyəsində süni qiymət artımına qarşı mübarizə aparılmasınabaxmayaraq, bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Eyni məhsulayrı-ayrı satış mərkəzlərində fərqli qiymətə alıcılara təklif olunur. Məsələninmahiyyətinə varanda aydın olur ki, qiymətlərin fərqli olması birbaşa satışmərkəzlərinin yüksək iştahasından irəli gəlir. Bir çoxları isə bunu onunlaəsaslandırır ki, satış mərkəzlərində yoxlama və yersiz müdaxilələr olduğundanqiymətlər "kəllə- çarxa” qalxır. Araşdırmalar isə onu göstərir ki, irəlisürülən bu səbəbin heç bir əsası yoxdur. 

Bildiyiniz kimi dövlət başçısınınsahibkar və iş adamlarının qanunsuz yoxlanmalarının qarşısını alınması iləbağlı xüsusi tapşırıq verib. Bununla bağlı hüquqi-normativ aktlar işlənilib vəhəyata keçirilir. Problem qismən aranda qalxsa da, məsələnin tam həlli mümkünolmayıb. Belə olan halda problemin kökünü araşdırmaq gərəkir. Mövcud durumamünasibət bildirən ekspertlər deyir ki,yerli şirkətlər istehsal etdiyi məhsulları bütün satış mərkəzlərinə eyni qiymətləpaylayır. Yəni, burada heç kimə güzəşt yoxdur. Çay, qənd, şəkər tozu, eləcə dəeyni qiymətə təklif olunur. Satış mərkəzləri də özlüyündə qiymət tərtib edir vəyekun nəticədə fərqli qiymətlər meydana çıxır: "Bu, birbaşa satış mərkəzlərindəmarketin xidmətinin aşağı səviyyədə təşkilindən xəbər verir. Tutaq ki, "Berqa”çayı bir marketdə 1 manat 50 qəpiyə olduğu halda digər marketdə 1 manat 55 vəya 1 manat 60 qəpiyə təklif olunur. Satıcılar maksimum gəlir götürmək üçün süniqiymət artımına getməli olurlar. İqtisadi münasibətlərdə isə bu yol heç də səmərəliyol hesab olunmur. Çünki alıcı çayın qiymətinin baha olduğunu görüb başqa satışmərkəzinə üz tutur. O başqa yerdə çayı ucuz alsa da, şəkər tozu, qənd və digərməhsullarda olan 3, 5 qəpiklik fərqlə əslində eyni qiyməti ödəyir. Burda isəitirən satış mərkəzləri olur. Yəni, müştərini qaçırırlar”.

Ekspertləronu da qeyd edirlər ki, marketin xidmətində olan boşluqların aradanqaldırılması üçün satış mərkəzləri özləri bu işdə maraqlı olmalıdırlar. Satışplanlaması olmalıdır. Ancaq bu gün ayrı-ayrı satış mərkəzlərində bu kimihallara rast gəlinmir. Satış planlaması olmadığından kor-koranə siyasət həyatakeçirilir. Eyni zamanda satış mərkəzləri daha çox müştəri qazanmaq istəyindədeyil. Nəticədə gəlir azalır. İcarə, vergi, işçi, elektrik və digər xərclərinəfisi iti olan satış mərkəzlərinin rəhbərlərinə baha başa gəlir.

Problemdənçıxış yollarından danışan ekspertlər hesab edir ki, qiymətin tənzimlənməsi işinədövlət nəzarəti olmasına baxmayaraq bu işdə şəxsi yanaşma ortaya qoymaqlazımdır. Əsas məsələ alıcının razı qalması, satış mərkəzləri ilə alıcılararasında olan boşluqların doldurulmasıdır. Bunun üçün ciddi maarifləndirmə işihəyata keçirilməlidir. İctimai nəzarət mexanizmi bu sahədə də tətbiqolunmalıdır. Eyni zamanda ictimai qınaq mexanizmi işə salınmalıdır. Qiyməti süniqaldıran satış mərkəzləri KİV və ya sosial şəbəkələrdə ifşa olunmalı, onlarınbarəsində sərt tədbirlərin görünməsi üçün dövlət qurumlarının işinə dəstəknümayiş olunmalıdır. Bu kimi işlər həyata keçirilərsə, mövcud problemlər aradanqalxar.

ƏdilƏdilzadə


TƏQVİM / ARXİV