adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Fevral 2016 12:53
9175
ƏDƏBİYYAT
A- A+

“Koroğlu”nun şeir dili”

"Koroğlu”nun şeir dili” monoqrafiyası nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutundan  Adalet.az-a bildiriblər ki, nəşrin müəllifi filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi, redaktoru AMEA-nın müxbir üzvü Muxtar İmanovdur.

Monoqrafiyada "Koroğlu” eposunun şeir dili tədqiq edilir, ümumilikdə şeirlərin semantikasını şərtləndirən məsələlərin hər birinə münasibət bildirilir.

Eyni zamanda, "Koroğlu” dastanının "Kitabi-Dədə Qorqud”un məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, şeir parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil olunur.