adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Barmağı kəsilən erməni qızı, ağzından vurulan döyüşçü, üstümüzə qayıdan qumbara

REY KƏRİMOĞLU
23459 | 2013-01-15 10:57

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam.Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, ammagündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıbməni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqinyaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyatəsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heçvaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdəqəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsindəsağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilkillərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyinbir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz halagəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçəkşahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsiniəbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Bizi erməni bilib güllələmək istədilər...

13-cü yazı

1992-ci il, martın 3-ü... Çərşənbə axşamı idi. Havadan Novruztonqallarının qoxusu gəlirdi. Tale elə gətirmişdi ki, həmin il martı 3-dəçərşənbə tonqalını Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenantŞirin Mirzəyev və batalyonun xüsusi təyinatlı əsgərləri ilə Ağdərənin Sırxavəndkəndində qaladıq.

Ş.Mirzəyev həmin gün ermənilərin tez-tez Sırxavəndə olan hücumlarınınqarşısını birdəfəlik almaq niyyəti ilə düşmənin nəzarətində olan bir neçəstrateji əhəmiyyətli məntəqələrə hücum etməyi planlaşdırırdı. Amma yerlihakimiyyət buna mane oldu. Sırxavəndin və digər yaşayış məntəqələrimizintəhlükəsizliyini təmin etmək üçün Ş,Mirzəyev alternativ əməliyyat planlarıhazırlamışdı. Bunlardan biri də Qazançı əməliyyatı idi. Xocalı faciəsindən birneçə gün keçmişdi...

Burda bir haşiyə çıxım: bu vaxtaqədər biz - Ş.Mirzəyevin batalyonunun kəşfiyyat dəstəsi müxtəlifqruplara bölünərək həmin ərazidə, o cümlədən dörd tərəfdən uca və qarlıdağlarla əhatə olunmuş Qazançı kəndində bir neçə dəfə uzunmüddətli kəşfiyyatişləri aparmışdıq. Bu kəşfiyyat əməliyyatlarının sonuncusunda isə bütün dəstəiştirak etdi.

Biz Qazançının müxtəlif istiqamətlərində quruduğumuz postlar vasitəsiylə3-4 gün gecə-gündüz müşahidə apardıq. Kəndə girib-çıxanların, o cümlədənQazançının müdafiəsində olan erməni döyüşçülərinin siyahısını dəqiqləşdirməyəçalışdıq. Əldə etdiyimiz dəqiq məlumata görə, hələ sovet dönəmində ermənilərinseparatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın -"Krunk"un fəallarından olan Arutunyan Barxudar həm Qazançınınmüdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyatakeçirirdi. Kənddə təxminən 75-80 nəfər erməni döyüşçüsü var idi...

Martın 2-nə keçən gecə səhərə qədər qar yağdı. Biz uzandığımız yerdəntərpənmirdik deyə, bütün gecəni yağan qar üstümüzü tamam örtmüşdü. Elə müşahidəpostumuz var idi ki, düz ermənilərin keçdiyi işlək yolun 5-6 metrliyindəyerləşirdi. Ermənilərin düz yanımızdan keçdiyini duyur, danışıqların açıq-aydıneşidirdik. Həmin gecə ermənilər bir neçə dəfə Qazançıya gedib-qayıtdılar.

Səhər qarın altından çıxıb geri qayıdanda gördük ki, ermənilərin qurduğubir tələyə dovşan düşüb. Ziyad Əliyev (2001-ci ildən həbsdədir) dovşanı tələdənçıxarıb, özü ilə götürdü. Biz ən yaxın azərbaycanlı kəndi olan Qaraşlara endik.Qaraşlara çatanda azacıq dincəlmək üçün sahibini tanıdığımız bir evin qapısınıdöydük. Çağırışımıza ev sahibi yox, balaca bir oğlan çıxdı həyət qapısına.

Əslən Qax rayonundan olan boy-buxunlu, cüssəli Azad öz şirin qaxlıləhcəsi ilə uşaqdan ev sahibini soruşdu. Uşaq "indi çağıraram" deyibgetdi. Ev sahibinin gecikdiyini görüb tanışımızın hündür kürsülü evininaynabəndinə qalxdıq.

Ayaqqabılarımızı çıxardıb aynabəndə keçdik, yerə döşənmiş döşəkcələrinüstündə əyləşib ev sahibini gözləməyə başladıq. Böyük odun sobası aynabəndiəməlli-başlı qızdırmışdı... Mən adətim üzrə üzü qapıya sarı əyləşmişdim. Evəgələn adamı birinci mən və mənim kimi üzü qapıya əyləşən kəşfiyyatçılar görməliidi. Bir azdan qulağıma həyətdən səs gəldi. Elə bil həyətdə kimlərsəxosunlaşırdı.

Düşündüm ki, ev sahibidir. Amma heç 3-4 saniyə keçməmiş aynabəndinhəyətə baxan pəncərəsinin önündən bir qaraltının əyilə-əyilə giriş qapısınatərəf sürətlə keçdiyini gördüm. Özümdən asılı olmayaraq, ehmalca əlimdəkiavtomatın tətik qoruyucusunu açdım. Uşaqlarda bunu sezdilər... Giriş qapısınınyanındakı pəncərədən bir nəfər bizə tərəf boylandı. Gözü mənə sataşdı və dərhalayağa durub qapıdan içəri girdi. Ev sahibi idi...

Sonra məlum oldu ki, Azadın uşağa tanışgəlməyən qaxlı ləhcəsində danışması bayaqkıbalacanı qorxudub. Elə bilib ki, biz erməniyik. Gedib atasına xəbərverib ki, bəs ermənilər onların kəndinə girib. Onlar da qonşu Bəşirlər vəSırxavənd kəndlərindən əlavə kömək toplayıb Qaraşlara qayıdıblar ki, uşağınverdiyi məlumatı yoxlasınlar. Ev sahibi deyirdi ki, pəncərədən aynabəndəboylananda məni görüb və tanıyıb (Bir neçə dəfə o kəndlərdə olmuşdum). Yoxsabizi güllələyəcəklərmiş.

Bu olaydan sonra Azad heç bir kəşfiyyat əməliyyatı zamanı danışmadı...

Uşaqlar dovşanı kəsib soydular və bişirdilər. Ömrümdə ilk dəfə dovşanətini daddım və peşman oldum. Cəmi bicə tikə ət qoydum ağzıma, neçə gün özüməgələ bilmədim.

Qazançı döyüşü

Həmin axşam - martın 3-də çərşənbə tonqalının ətrafındaca Ş.Mirzəyevkəşfiyyatçılara bu əməliyyata başlayacağımızı bildirdi. Kəşfiyyatçı Əlabbasİsgəndərovu Ş.Mirzəyev Qalayçılar kəndi istiqamətinə göndərmişdi. ƏlabbasQazançı əməliyyatı üçün lazım olan ən son məlumatları toplayıb (onun rabitəəlaqəsi zamanı şifrələnmiş adı "Dağlı" idi) Ş.Mirzəyevə çatdırırdı.Bir neçə istiqamətdən ediləcək hücum əməliyyatında kəşfiyyat dəstəsi düşməninarxasına keçərək həlledici zərbə vurmalı idi. Kəşfiyyat dəstəsini bu mövqeyəMəhəmməd adlı Qalayçılı döyüşçü və Əlabbas gətirməli idi.

Martın 4-də tezdən kəşfiyyat və hazırlanmış digər xüsusi qruplabatalyondan əməliyyat mövqelərinə yollandıq...

Həmin gün bərk qar yağmışdı, dağlar, dərələr, ağaclar ağappaq örtüyəbürünmüşdü. Bu əsrarəngiz gözəlliyi seyr edə-edə səhərin sakitliyindəQalayçılar kəndi tərəfdən Qazançıya yaxınlaşmaq üçün xeyli yol qət etdik. Dağınzirvəsinə çatıb özümüzə münasib bir yer seçib, hücum əmrini gözlədik. Artıq danyeri sökülür, hava yavaş-yavaş işıqlaşırdı...

Buradan gördüyümüz mənzərə bir daha Qazançı adı ilə kəndin görünüşününçox həmahəng olduğunu sübut edirdi. Hər tərəfdən dağlarla dövrəyə alınmış kəndelə qazan içinə bənzəyirdi. Evlərin bacalarından yorğun-yorğun, tənbəl-tənbəlqalxan tüstü göyə millənirdi.

Müxtəlif istiqamətlərdən açılan atəş səsləri səhərin sükutunu elə qəfilpozdu ki, ağacların qar altda sallanıb qalmış budaqları, ağ təpəciklərəbənzəyən yumru, kələ-kötür kol-koslar da səksəndi. Məni isə atəş səsləri iləyanaşı budaqlardan boynuma düşən soyuq qar topası səksəndirdi. Bunu görənƏlabbas başına - öz hərbi gödəkcəsinin su keçirməyən nazik brezent papağınaişarə edib gülümsədi...

Elə kənd də oyandı! Kənddən insan səslərindən əvvəl mal-qaranın,donuzların, toyuq-cücələrin səsləri eşidilməyə başladı... Kəşfiyyat dəstəsininkomandiri Əkbər yerindəcə son və vəziyyətə uyğun əlavə tapşırığını verdi. Kiçikqruplara bölündük.

- Vaxtdır, irəli!

Beş gün 18 döyüşçü ilə birgə payı-piyada Ağdərənin Umudlu kəndindənMurovdağın qarlı, sıldırımlı aşırımı ilə sağ-salamat Ağdabana gedib çıxmasıüçün kənd tulasını kəsib acından yeriyə bilməyən əsgərlərə yedizdirənƏfqanıstan od-alovundan çıxmış Eldar Səmədov astadan, amma bir az sərt tondadəstəyə səsləndi. Döyüş başladı...

Mən bir neçə nəfərlə birlikdə kəndin sol tərəfinə keçib Qazançıqəbiristanlığının üstündəki dağda mövqe tutduq. Bir az keçmiş Eldargilinəvvəlki istiqamətdən artıq kəndə yaxınlaşdığını gördüm. Yanımda Şəkidən olanbir neçə nəfər əsgər də var idi. Əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə üzüaşağı yüyürdüm...

Ev-ev aldığımız kənd...

Sağımdan-solumdan güllələr keçirdi. Yerə yıxılıb bir qədəryuvarlana-yuvarlana getdim. İri bir qaya parçasının arxasında mövqe tutubdayanmışdım. Bir dəfə də cəhd eləsəm,Qazançının ilk evinin divarına çata bilərdim. Özümü cəmləyib qayanınüstündə yerə tullandım və sürətlə evin tininə keçdim. Yavaş-yavaş Eldar,Əlabbas, Ziyad və siyəzənli balası gənc əsgər Rövşən olan tərəfə irəlilədim.Növbəti evin divarının dibi ilə əyilə-əyilə Eldargilə tərəf gedəndə qəflətənevin tinində Ziyadla üz-üzə gəldim. İkimiz də qorxduq, həm də sevindik ki,bir-birimizi vurmamışıq.

Budur, artıq kəndin digər girəcəyində ilk evlər tüstülənməyə başlayır.Bu, artıq həmin istiqamətdə əsgərlərimizin uğurlarının əlaməti idi. Yəni, artıqbiz kənddəydik...

Biz arxadan kəndə girdik... Bir-bir evlərə daxil olur, içəridə kimsəninolub-olmadığını biləndən sonra vəziyyətə və şəraitə uyğun növbəti addımıatırdıq. Elə olurdu ki, evdə erməni yaraqlısı olurdu. Və onlarızərərsizləşdirmək lazım gəlirdi. Bu zaman Ş.Mirzəyevin əvvəlcədən bizə keçdiyiküçə döyüşləri taktikasına əməl etməyə çalışırdıq. Biz Məhəmmədlə birgə 6 nəfəridik - Eldar, Əlabbas, Rövşən və Ziyad. Bir-bir evləri tam şəkildə düşməndənazad edib, vuruşa-vuruşa irəliləyirdik.

Görənlər bilir, dağ kəndlərində yol bəzən evlərin damının bərabərindənkeçir. Yəni bir evin damının su novu arxadan keçən yolla bərabər olur. Beləevlərin birinin həyətində ermənilər mövqe tutmuşdular. Eldar dedi ki, bir əlqumbarası hazırlayıb elə durduğumuz yerdəncə - arxadan evin həyətinə tullayaq.

Rövşən hamıdan əvvəl "F1" markalı əl qumbarasını çıxarıb evindamının üstündən həyətinə atmaq istədi. Amma qumbara damın düz yuxarısındakıtininə dəyib, diyirlənə-diyirlənə geri - düz bizi tərəf gəldi. Qaçmağa yer yoxidi. Hamımız yerə uzandıq. Qumbara diyirlənə-diyirlənə gəlib düz damın novununiçində - bizim 30-40 santimetrliyimizdə dayandı. Amma partlamadı. Eldar qışqırdıki, heç kəs yerindən qalxmasın. Özü ehtiyatla başını qaldırıb novun içinə baxdıvə bərkdən güldü. Sən demə, Rövşən qumbarana atanda necə karıxıbsa,partladıcının qoruyucusunu çıxarmayıb. Hamımız gülüşdük. Elə Rövşən özü də...

Artıq itkilərimiz barədə məlumat alırdıq. Ermənilər bir neçə halda qocaqadının arxasında gizlənir və qəflətən bizə atəş açırdı. Ona görə də ŞirinMirzəyev ehtiyatlı olmağı tapşırmışdı. İki dəstəyə bölünüb evin sağ və soltərəfindən atışa-atışa həyətə girdik. Evdə erməni qalmadığına əmin olandansonra cərgə ilə kəndin içərisinə doğru irəliləməyə başladıq. Qarşıdakı evinqapısı qəfil açıldı. Özümüzdən asılı olmayaraq atəş açdıq...İçəridən çıxanüzüqoylu yerə sərildi... Bu cavan, haradasa 17-19 yaşlı, barmağında nişan üzüyüolan bir qız idi. O ölmüşdü...

Növbəti evi azad etmək istəyəndə içəridən güclü müqavimətlə qarşılaşdıq.Hərəmiz bir tərəfdən evə hücum etdik. Amma içəridən atılan güllələr bizə evəyaxınlaşmağa imkan vermədi. Eldarla Əlabbas özlərinə yaxşı bir mövqe seçib məniqorudular, mən sürünə-sürünə əvvəlcədən hazırladığım iki ədəd "F 1"əl qumbarasını təpiklə vurub qırdığım pəncərədən dalbadal evin içərisinə atdım.Evdə güclü partlayış oldu! Yaxınlaşmaq istəyəndə yenidən partlayış baş verdi.Bu partlayış dayanmadı. İçəridən insan səsləri gəlirdi. Amma dalbadal partlayışsəsləri onların səsini itirdi... Həmin gün axşama qədər ara-sıra o evdənpartlayış səsləri gəldi. Sonra öyrəndik ki, o ev ermənilərin əsas silah-sursatanbarlarından və müqavimət dayaqlarından biriymiş.

Rövşəni ağzından vurdular

Ziyad bu döyüşdə xüsusi bir qəhrəmanlıqla yadda qaldı. Bir eviermənilərdən azad edib ikinci mərtəbəsinə qalxanda ermənilər iki tərəfdən bizəhücum etdilər. Yetmiş-səksən santimetr hündürlüyündə üç-dörd santimetr enindəkiyüngül beton daşları ermənilərin atdıqları güllələr dağıdıb-tökürdü. Rövşənnecə həyəcanlanmışdısa, ermənilərin atəşi altına girib geri qayıdırdı, atəşaçmadan qışqırırdı:

- Eldar, Əlabbas! Ermənilər, Ət ağa cəddi, ermənilər girirlər...

Qonşu evin damında mövqe tutmuş Ziyadın sərrast atəşləri erməniləripərən-pərən saldı. Biz özümüzə yaxşı bir mövqe seçib erməniləri atəşə tutduq.Onlar geri qaçdılar. Bu vaxt hələ də həyəcandan özünə gələ bilməyən Rövşən məniçağırdı:

- Ay Reyyyyy!

Və əli ilə üzünü tutub, yerə yıxıldı...

Rövşəni vurmuşdular. Güllə onun ağzından dəymişdi... Xoşbəxtlikdən,güllə Rövşənin bir yanağının altından girib, o biri yanağından çıxmışdı. Dilinivə dişlərini dağıtmışdı, amma həyatı üçün təhlükə yox idi. Sonra Rövşən dediki, bir snayper məni nişan alıbmış, o da məni çağırıb xəbərdarlıq etməkistəyib. Erməni snayper də çönüb Rövşəni vurub. Həmin dövrün mətbuatında, ocümlədən Azərbaycan Radiosunda olan çıxışında da bu məqamı özü danışıb. Rövşənigeri, əməliyyat qərargahına göndərib özümüz irəli getdik...

"Uyyy... məni vurdular!"

Növbəti ikimərtəbəli bir evə daxil oluruq... odun sobasının üstündəçaydan və qazan var. Sobanın yanındakı qırmızı kərpicin üstündə isə çaynikqoyulub. Yemək stolunun üzərində səliqəsiz süfrə salınıb, süfrənin üzərində siqaretqutusu və müxtəlif ərzaqlar var. Divarın yanında rezin uzunboğaz çəkmə, bir azkənardakı şkafın içərisində isə 16 kalibrli ov tüfənginin patronları yığılmışpatrondaşı gözümüzə sataşır. Əlabbas mətbəxdə qoyulmuş qədimi su səhənginindolu, ya boş olmasını yoxlamaq üçün səhəngi silkələyir:

- Nə yaxşı oldu, susuzluqdan ciyərim yanırdı.

Sonra səhəngi yuxarı qaldırıb başına çəkir... Eldarın, "ə,neynirsən?! Zəhərli olar ey!" çağırışına məhəl qoymadan. Doyunca su içib,səhəngi yerə qoyur. Və bir anlığa əvvəlcə mənə, sonra isə çönüb Eldara baxır:

- Eldar, Rey təcrübəsizdir, bizə baxanda hələ çox gəncdir, amma sənƏfqanıstan müharibəsindən çıxmısan, belə şeyləri çox görmüsən. Açıq küçədöyüşləri gedir, hər an kimsə həlak ola bilər. Taleyin qismətidir, kim həlakolsa, onun meyitini burada qoymayaq, yaxşımı?

Eldar Əlabbası qınayır:

- Ə, vallah, sənin başın xarabdı ey!

Amma qapıdan çıxar-çıxmaz astadan əlavə edir:

- Düz deyirsən!

Əvvəlki qaydada döyüşə-döyüşə kəndin sonuncu evlərinə tərəfirəliləyirdik... Növbəti evə yaxınlaşdıq. Ermənilər evi tərk edib binanın sağtərəfindən kiçik ot topasının arxasına, sağ və sol tərəfinə çəkildilər. Oradanbizi güclü avtomat və pulemyot atəşinə tuturdular. Biz dərhal ermənilərin atəşnöqtəsi ilə üzbəüz hasarın arxasında mövqe tutduq.

Hasar deyəndə, bura eni 20-25 sm, hündürlüyü 80 sm və ya 1 metr,uzunluğu, 4-5 metr olan betonun üzərinə çəkilmiş dəmir tordan ibarət bir yeridi. Hasarın arxasında özümüzə etibarlı bir mövqe seçdik. Düzdür, artıq onlarınmüqaviməti get-gedə zəifləyirdi, Əlabbasın çox sərrast atəşləri ilə xeylierməni cəhənnəmə vasil edilmişdi, amma nə qədər çalışsaq da, ermənilərin atəşnöqtəsini tam susdura bilmirdik. Bu zaman Əlabbas dedi ki, kaş yanangüllələrimiz, ya da fişəngimiz olaydı, ot topasını yandırardıq, dığalar da üzəçıxardı... Qəflətən arxadakı evdən atəş səsi gəldi... Ani olaraq güllələrvıyıltı ilə sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə hasardan tozqalxırdı. Qəfil mənə bitişik uzanmış Əlabbasın səsini eşitdim:

- Uyyy...məni vurdular!

(Ardı var)

[email protected]

TƏQVİM / ARXİV