adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Fevral 2016 12:05
26521
GÜNDƏM
A- A+

Tanınmış dietoloq Tutu Zeynalovadan yenilik - Fotolar

Tanınmış dietoloq Tutu Zeynalova sağlam qidalanmaq arzusunda olub, mükəmməl çəkiyə sahib olmaq istəyənlər üçün tutudiet.com bloqunun və "Tutu diet Youtube" kanalını təqdim edib.

Adalet.az xəbər verir ki, tədbirdə səhiyyə işçiləri, tanınmış professor, cərrahlar, Azərbaycan estradasının məşhur simaları və media nümayəndələri iştirak edib. Tədbiri hər zaman formada qalmaq üçün Tutu Zeynalovanın köməyindən istifadə edən Afaq Gəncəli açıq elan edib:"Mən də, artıq bir müddətdir ki, Tutu Zeynalova ilə çalışıram. Sağlam qidalanıram və formada qalmaq üçün dietoloqumun mənə göstərdiyi pəhrizi edirəm. Tutu xanımla işlədiyim üçün fəxr edirəm".

Daha sonra söz səbəbkarın özünə verilib. Tutu Zeynalova gələnləri salamladıqdan sonra nə üçün tutudiet.com bloqunun və "Tutu diet Youtube" kanalını təqdim etmə səbəbini açıqlayıb:"Bu gün ailədə hər 4 uşaqdan biri artıq çəkilidirsə bu, nə deməkdir? Gələcəkdə hər 3 nəfərdən birinin diabet xəstəsi olacağı deməkdir. Bir neçə ildir ki, insanların artıq çəki problemi ilə mücadiləsini görürəm. Xüsusilə də xanımların sağlamlıq problemləri ilə bərabər qarşılaşdığı sosial problemləri də görürəm. Saytımı təqdim etməkdə məqsədim insanlara artıq çəki problemi ilə mübarizədə dəstək olmaqdır".

Tədbirdə iştirak edən və "Tutu diet"i sayəsində arıqlayan aparıcı Dilarə Əliyeva da fikirlərini bölüşüb: " 45 günə Tutu xanımın sayəsində 11 kilo arıqladım. Mənim üçün mükəmməl nəticədir. Tutu xanım mənə ac qalmağı yox, az yeməyi, çay içməyi yox daha çox su içməyi öyrətdi. Minnətdaram".

Tutu Zeynalovaya 11 kilo arıqladığı üçün minnətdar olan digər məşhur isə Aşıq Samirə olub. Samirə xanım bildirib: "Dietoloqum məni yenidən özümə sevdirdi".
Dilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDUDilarə və Samirəni 11 kilo arıqladan dietoloqun sirri BƏLLİ OLDU