adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Fevral 2016 23:51
3988
SİYASƏT
A- A+

Almaniyada islam düşmənləri Putindən kömək istədi

Bu gün Almaniyanın Drezden şəhərində 15 minə yaxın adam sahil boyunca yürüşə çıxaraq kansler Angela Merkelin miqrasiya siyasətinə qarşı çıxıblar.

Adalet.az-ın məlumatını görə, müsəlman miqrantların əleyhinə çıxış edən PEGIDA hərəkatının Avropadakı ən gur etiraz mitinqində "Merkel istefa verməlidir" şüarı yazılmış banner açılıb. "BBC"nin məlumatına görə, Drezden mitinqində PEGIDA hərəkatının liderləri dəfələrlə Rusiya prezidenti Vladimir Putini tərifləyən şüarlar səsləndiriblər. Hətta plaktlardan birində "Putin, bizi xilas elə" sözləri yazılıbmış.

«The Telegraph» yazdığına görə, İslam düşməni olan və adının hərfi tərcüməsi "Köhnə Dünyanın islamlaşmasına qarşı avropalı pariotlar" olan PEGIDA hərəkatının qəzəbi Merkelin miqrantlar üçün açıq qapı elan etməsi ilə bağlı olub. Həmin elandan sonra Almaniya ən çox miqrant qəbul etmiş ölkəyə çevrilib. Bu ölkədə 1 milyondan çox miqrant sığınacaq tapıb. 2015-ci ilin dekabr ayında Almaniya 127 min, 2016-cı ilin yanvar ayında isə 92 min miqrant qəbul edib.

Bəlkə də, miqrantlar əleyhinə ən gur etiraz mitinqinin bu ölkədə keçirilməsi məhz bununla bağlıdır. Amma istənilən halda, bunun Almaniyanın inkişaf etmiş qərbində deyil, postsosialist Drezdendə baş tutması PEGIDA neo-faşizminin elə də ciddi uğur qazanmadığını ortaya çıxarır.

PEGIDA-nın Britaniya bölməsinin sədr müavini Ann Mari Uoters "BBC"yə öz ölkəsində hərəkatın uğursuzluğundan şikayətlənib. Uotersin dediyinə görə, siyasətçilər və mətbuat miqrantları dəstəkləyir: "Mətbuat və siyasətçilər solçudur. Onlar beynəlmiləlçidirlər, onlar "sərhədsiz dünya" ideyasına, bu sosialist utopiyasına aşiq olublar".

Əslində, Britaniya siyasətçiləri və mətbuatınan miqrantlara loyal yanaşması sosialist uqopiyasına aşiqlikdən yox, Yaradanın dünyanı sərhədsiz yaratmasına inamdan qaynaqlanır. Hər üç monoteist dinə - İslama, xristianlığa və yəhudiliyə görə, insanlar arasında süni baryer yaradıb, onların hərəkatına maneçilik yaratmaq onları bir növ qula çevirməkdir. Bu isə hər üç dinə görə qadağandır. Ən azından, Allahın möminlərə buyurduğu hicrət əmrini yerinə yetirməyə mane olur.