adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Fevral 2016 23:37
5240
DÜNYA
A- A+

Türkiyə sərhəddində 35 min suriyalı toplaşıb

Türkiyə sərhədində son 48 saat ərzində 35 minədək suriyalı qaçqın toplaşıb.

Adalet.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sərhədyanı Kilis əyalətinin valisiSüleyman Tapsızbildirib.

Məlumata görə, hazırda sərhədin Suriya istiqamətində yaradılan düşərgələrdə qaçqınların yerləşdirilməsi prosesi davam etdirilir.

"Biz qapılarımızı onların üzünə bağlamamışıq, sadəcə, hazırda bu insanları ölkə daxilinə buraxılmasına zərurət yoxdur”, - deyə vali bildirib.

Türkiyə XİN rəhbəriMövlud Çavuşoğluda Amsterdamda Aİ XİN Nrəhbərləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyə-Suriya sərhədinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir.

"Biz hələ də Suriyadan qaçan insanlara qarşı "açıq sərhəd” siyasətinə sadiqik”, - deyə Çavuşoğlu bildirib.

"Biz artıq 5 min nəfəri qəbul etmişik, daha 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir və biz onlara biganə qala bilmərik, çünki hava zərbələri davam etdirilir”,- deyə Türkiyə XİN rəhbəri əlavə edib.