adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Fevral 2016 22:57
2936
HADİSƏ
A- A+

Bakıda faciə: Sürücü maşının altında qalaraq öldü

Axşam saatlarında BakınınXətai rayonundafaciəvi qəza nəticəsində bir nəfər həlak olub.

Adalet.az xəbər verir ki, 55 yaşlı şəxs "Şaqman” yük avtomobilini təmir edərkən onun altında qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bədbəxt hadisə nəticəsində ölən sürücüQubarayon sakini Seyidəhmədov İbrahimdir. Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur. Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.