adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Fevral 2016 22:10
4791
DÜNYA
A- A+

12 nəfər qar uçqunu altında qalaraq həlak oldu

Avstriyanın Alp dağlarında 12 nəfər qar uçqunu altında qalıb.

Adalet.az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə şənbə günü, fevralın 6-daAssociated Pressxəbər verib.
 
Hadisə dağ-xizək kurortlarından birində, İnsburq şəhərinin təxminən 30 km-də baş verib.

"Bir neçə xizəkçi həlak olub, lakin hal-hazırda həlak olanların sayı dəqiq məlum deyil”,- deyə Tirol polisinin nümayəndəsiHelmut Şuts (Helmut Schuetz)bildirib.

İlkin məlumata görə, zərərçəkənlərin hamısı Çexiya vətəndaşıdır.

Bununla belə, Reuters agentliyi qanun keşikçilərinə istinadən ən azı beş nəfərin həlak olduğunu bildirir.

Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb.