adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Fevral 2016 21:09
4333
HADİSƏ
A- A+

Doğuş zamanı körpə öldü

Bərdədə doğuş zamanı uşaq ölüb. 

Adalet.az xəbər verir ki, yaxınlarının APA-nın Qarabağ müxbirinə verdiyi xəbərə görə,Ağdamrayon Paşabəyli kənd sakini 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə Mərkəzi rayon Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan, ananın həyatını xilas etmək üçün, cərrahiyyə yolu ilə gerçəkləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri QuliyevaAPA-ya açıqlamasında bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: "USM-də (ultrasəs müayinə) uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.