adalet.az header logo
  • Bakı 16°C
06 Fevral 2016 16:34
3746
GÜNDƏM
A- A+

İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradıldı

İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.