adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Fevral 2016 16:31
4880
MƏMLƏKƏT
A- A+

Daha bir bələdiyyə ləğv edilir

Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.

Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı”nda dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasında "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb. Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.

Bu dəyişkiliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir. Azərbaycan "Respublikası bələdiyyələrin siyahısı”nda dəyişiklik Milli Məclisin fevralın 12-ə təyin edilmiş plenar iclasında müzakirə ediləcək.