adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Fevral 2016 14:23
4652
SİYASƏT
A- A+

Rusiya və NATO ilk rəsmi görüşə hazırlaşır

Rusiya və NATO arasında münasibətlərin soyuqlaşması vaxtından sonra ölkələr ilk görüşlərini keçirməyə hazırlaşırlar. 

Xarici İşlər nazirliklərinin daimi nümayəndələr səviyyəsində keçiriləcək görüş barəsində Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.

Hər iki ölkə yığılmış məsələlərin müzakirəsi üçün əlaqələrin olmasının əhəmiyyətini dərk edir. Gazeta.ru yazır ki, əlaqələrin real yaxşılaşması Rusiya ilə NATO-da əsas oyunçu sayılan ABŞ-la Suriya üzrə əməkdaşlığın yaxınlaşmasından asılıdır.

Planlaşdırılan görüş baş tutarsa, bu, RF ilə hərbi alyans arasındakı ilk rəsmi əlaqə olacaq.