KÜLƏKLİ, DƏLİ BİR YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
55642 | 2016-02-05 18:12

Bakıya"küləklər şəhərideyiblər. Hər kim deyibsə, Allahatasına rəhmət eləsin. Mən düşünürəm ki, o rəhmətlik özü də elə küləkli adam olub.Ona görə də Bakını görəndə, Bakıda yaşayanda içindən keçən ilk duyğu həmin o küləkolubdu. O da küləyin dalınca, daha doğusu, küləyin apardığı papağının dalınca yüyürə-yüyürəağlına gələn ilk sözü elə küləyə də verib. Deyib ki:

-Ayə, bura nə yaman küləkli şəhərdi!..

Bəli,bu mənim təbii ki, şahidi olmadığım söhbət barəsində təxminimdi. Deməli, bu təxminielə-belə sözgəlişi yada salmadım. Çünki yazacağım mövzu da bir növü təxmindi. Yəni 100 faizəmin olmayıb, 99,9 faiz inandığım bir mövzu barəsindədi. Ona görə də bəri başdan özümü sığortalayıram.O da doğrudur ki, məmləkətimizdə sığorta məsələsi bir az qəlizdi. Amma qəliz olsada,var və yavaş-yavaş o qəlizlikyəqin ki, aradan qaldırılar və biz də dünyanın bir çox məmləkətlərinin sakinlərikimi sığortadan yararlanarıq. Özü də halallıqla, dürüstüklə və qanunun verdiyi ölçüdaxilində. Nə isə…

Bəli,mən özümü ona görə sığortalayıram ki, istəkli oxucularım bu mövzu barəsində dahadəqiq bilgilərini mənim tam olmayan bilgimlə müqayisə etməsinlər və yaxud da etsələr,mənim etirafımı nəzərə alsınlar. Hə, demək mövzu təkcə ictimai-siyasi durum yox,həm də bir insan olaraq özümün həm psixoloji, həm maddi-mənəvi, həm də fiziki durumumdu.Mən bunu çözməyə başlayanda heyrət etməyin. Ona görə ki, sizlər də elə dediyim kimi,təxminən bu durumun içərisindəsiniz.Gəlin başlayaq çözməyə.Onda özünüz də mənim kimi etirafa üz çevirərsiniz.

Bəli, axşam olur,hər kəs çəkilir öz damının altına. Kimi televizyon seyr edir, kimi internetə qoşulur,kimi də ailə-uşaq qayğılarını bir təhər toparlayıb hardasa gizlədir və birdən məlumolur ki, sən demə, neftin qiyməti düşüb və yaxud da dollar, avro bir az da qalxıb…İndi həmin anın necə yaşandığını və sabahkı iş planının necə alt-üst olduğunu yəqinki, özünüz təsəvvür edirsiniz. Elə o təsəvvürlə də yuxuya getmək əgər mümkündüsə,onda buyurun yatın!..

Hələ yatmaq o yanaqalsın, pozulan planın içərisində ailənin və yaxud da şəxsən özünün yaşadığın psixolojigərginlik və bu gərginliyin sağlamlığa vurduğu zərbə və nəhayət, boşalan dolaba,zənbilə, cibə baxmaqdan gözünü yayındırmaq… Nə isə… Bütün bunlar adamı yatmaqdanda, düşünməkdən də, dincəlməkdən də elə soyudur, elə uzaqlaşdırır ki, tamam qurubir cəsədə çevrilirsən, amma nəfəsi olan cəsədə. Ona görə də heç kimin üzünə baxmaq,heç kimdən məsləhət almaq həvəsin də qalmır. Öz-özünə düşünürsən ki, görəsən bunə qədər davam edəcək? Bu durumdan ümumiyyətlə,çıxmaq mümkün olacaqmı? Bunun ardınca növbəti gün başlayırvə gün ərzində yükləndiyin stressləraxşamdan köklənməyə başlayan halını bir az da fənalaşdırır. Elə əlinlə cibinin dibindədərman axtarırsan ürəyin üçün. Dərmanlar da ki… Allah göstərməsin, nə keyfiyyətdə,hansı qiymətdə… Nə isə…

Bəli, bütün bunlarıdüşünə-düşünə, daha doğrusu, yaşamağa məhkum ola-ola yenə axşamı gözləyirsən. Buaxşam həmin informasiya mənbələri indi başqa bir xəbər çatdırır: neftin qiymətiqalxdı, dolların məzənnəsi düşməyə başladı…

Bax, indi özünüzfikirləşin. Bu küləkli şəhərdə, daha doğrusu, bu küləklər şəhərində, bu külək kimiəsən informasiyalar, xəbərlər heç adamda sağ-salamat canmı qoyar? Ona görə də məntəxminisöylədiyim bu fikirlərin özüm üçün elə küləklibir çıxışını tapmışam. Həmin o çıxış nöqtəsiürəyini kağıza, qələmə açıb səhiflərə boşaltmaqdı. Bax onda bütün informasiyalaryanından külək kimi ötüb keçir. Axı sən özün də bir növü küləkləyirsən və bu küləkli məqamda yadıma kağızaköçürdüyüm bu misralar əlimdən tutur.

Əsir dəli külək,əsir durmadan

Yarpağı sovurur,qumu sovurur

Əkinə ümidli kəsdənsormadan-

Dəni göyərməmiş şumusovurur.

Tozanaq qoparıb,göz-gözü görmür

Silib-süpürməkdiqəsdi deyəsən!..

Tökür çiçəkləri– utanıb ölmür-

İraddan daha bərkəsdi deyəsən!

Uçurur damları, qırırxətləri

Kökündən qoparıbyıxır ağacı.

Sökür çəpərləri,aşır bəndləri-

Sonra da ulayır oacı-acı...

Əsir dəli külək özbildiyi tək

Yorular, yəqin ki,dönər özünə.

Onu da özünə qaytararfələk-

O da dəli olar, gülərözünə!..

***

İndicə oxuduğunuzşeirin bir sözü, elə o şeir yazıldığı gündən ağlıma ilişib qalıb. Bu da «dəli» sözüdü.Doğrudur, zamanında bu söz çox urvatlı olub. Zamanı deyəndə, Koroğlunu nəzərdə tuturam,onun dövrünü xatırlayıram. O vaxtlar vurub-tutan, qolu zorlu, dizi bərk, sözü kəsərli,məntiqi gerçək, bir sözlə, əsl igidlərə, ərənlərə dəli deyiblər. Amma indi… nə isə…

Amma indi dəli nəyə deyirlər? Onu durub sizlə çözməyəcəm.Çünki bəzən dəliyə qoşulmaq özü də bir dəlilikdi.Axı biz hərdən həddindən çox ağıllıları da dəli hesab etmişik, ona dəli kimi baxmışıq.Allah Füzuliyə rəhmət eləsin. O böyük dahi də o boyda sevgi fədaisi Qeysi axırdadəli eləyibdi, yəni Məcnun… Söz belədi də, bəzən bir-birinə calanıb elə yerlərəgedib çıxır ki, əvvəldə nə dediyini, nə yazdığını hərdən unudursan da. Amma məntam səmimiyyətimlə deyirəm. İndi özünü unutmaq, sözünü bir növü küləyə vermək dahanormaldı. Ən azından bir balaca daxili rahatlığın olur, sözün məsuliyyətini unudursan.Axı sənə dəli deyirlər? Dəlidən kim məsuliyyət umacaq ki?!.

İlin-günün bu vaxtındaküləkli, dəli bir söhbət etmək yəqin ki, dinləyicinin, lap elə oxucunun da o qədərürəyincə olmayacaq. Yəni küləkli və dəli söhbətin arxasında sonda heç nə dayanmadığıüzə çıxacaq və ona görə də bunun təxmini duyan hər kəs ya yaxasını kənara çəkir,ya da mövzunu dəyişməyə cəhd edir. Amma mənim belə bir fikrim yoxdu. Çünki indikidurumum, indiki əhvalım könüllü şəkildə küləkli və dəli söhbətə yüzdə yüz köklənib.Hətta sevinirəm ki, indi yazdıqlarım da, dediklərim də heç kimdə bir iz buraxmayacaq,heç kimin əhvalını korlamayacaq. Ən bəd halda bunu dəli və küləkli yazı kimi qatlayıbatacaqlar bir tərəfə. Və mən də buna görə kimsədən inciməyəcəm. Birincisi, bunahaqqım çatmır, ikincisi də adamın küləkli və dəli yazısı da olmalıdı də. Necə ki,mən indi bunu yazıram. Bilgisayara diktə etdiyim yazının ekran variantına baxa-baxa hardansabir yolunu səhv salmış işıq axıb gəlir mənə tərəf. Deyəsən bu işıq da dəli olub,ya da onu külək gətirib. Elə o işığın altında da ilin əvvəlində yazdığım bir şeiryadıma düşür. Bu şeirdə də bir dəlilik var. Mənə belə gəlir ki, o dəliliyi siz dəgörüb susacaqsınız və mənəbu dəli şeirə görə nəsə deyəcəksiniz. Amma nə? Yəqin ki, şeiri oxuyandan sonra osözü sizin dilinizdən eşidəcəm. İndi isə…

Sən məni söz-sözböyüt

Yandırıb köz-közböyüt.

Ev kimi göz-göz böyüt-

Ruhuma sığış Allah!

Sən məni yerdən qaldır

Əl uzat birdən qaldır…

Hər cürə kirdən qaldır-

Köç,mənəyığışAllah!

Üzdə nurdu, gözdəsu

Ürəyimi hər gün yu!

Sənə qovuşmaqdı bu-

Yox başqa çıxış Allah!

***

Həyat belədi. Nəyisəbaşlayanda, o nəyisə yekunlaşdırırsan,tamamlayırsan, sona çatdırırsan. Bax, bu baxış altında diqqət yetirəndə mən bilirvə inanıram ki, külək kəsəcək, dəlilik də bir balaca öz havasından düşəcək aşağı.Necə deyərlər, pərdə-pərdə yüksəldiyi kimi, pərdə-pərdə də enəcək – həm külək, həmdəlilik. Amma bir şey qalacaq. Daha doğrusu, bir hiss, bir duyğu yaşayacaq. Çünkio, qalibdi. O da hər birimizin içərisindəki hər kəsə və hər şeyə olan sevgidi. Baxelə bu mənada sizi deyə bilmərəm, mənim küləyə və dəliliyə olan sevgimdi, elə məndəqalacaq. Mən o sevgi ilə küləyin qopardığı tozanağı, şəhər boyu uçub az qala nümayişkaranə bir şəkildə özünü hara gəldi çırpansellofanları və bu mənzərəyə baxıb gülümsəyən içimdəki dəliliyibükəcəm sevgiyə. Çünki onlar nə qədər sərbəstdisə, mənim sevgim də bir o qədər sərbəstdi.Bu sərbəstliyin içərisində bir anlıq da olsa xoşbəxtliyimin çətiri altında dayanıbsəni gözləyəcəm. Özü də əminliklə gözləyəcəm. Çünki bilirəm ki, sən də küləkdən,dəlilikdən o qədər də bezməmisən. Əksinə, sən də mənim kimi sevirsən onları. Axıbizim üst-üstə düşən nöqtələrimizdən biri də sirrini açdığım bu külək, bu dəlilikdi.Ona görə də sən mütləq gələcəksən bu çətirin altına. Və biz artıq pərdə-pərdə enən küləyə də, dəliliyə də birlikdətəbəssüm bağışlayacağıq. Və…

Hə, bax elə bu təbəssümüzümüzdən, gözümüzdən qopub ayrılan kimi yenə başlayacaq günün ovqatı, günün bizihaldan-hala salan informasiyaları, xəbərləri… Bir də o xəbərlərin içərisində yenidənpsixoloji, maddi, fiziki nüansların hamısını yenidən canımızda, ruhumuzda hiss edəcəyik.Amma bu dəfə mən bütün gücümlə bir külək qoparacam, bir dəlilik edəcəm. İmkan verməyəcəmki, üzən məzənnə, qalxıb enən dollar, quyudan çıxmasına peşman olan neft, daha bilmirəmnələr bizi havalandırsın. Mən elə sevgidən havalanım və həmin o sevginin notlarıüstündə də küləkli havada, dəliliyimin mənə hakim olduğu bir vaxtda yazdığım şeiriküləyə bağışlayım, küləyə söyləyim, qoy yaysın hər tərəfə. Bir dəfə də külək mənəişləsin. Yəqin ki, bu çox da böyük cinayət sayılmaz. Sayılsa da günahı, babalı mənimboynuma. Siz də bu şeiri oxuyun və yazı boyu keçirdiyiniz və yaxud keçirmədiyinizhisslərin, sualların cavabını da məndən yox, küləkdən,dəlilikdən soruşarsınız.

Adi bir söz de!-

heç nə

ifadə etməyən söz…

və sonra da

bir az ədalı

bir az da

əsəbi halda

söylə ki,

buyur, çöz!-

fikrimi, istəyimi…

mən də

bu ədaya

bu əsəbə

sevgimdən qatıb

içimdə,

sonra

səsləndirim dilimdə…

döz! – demək idi.

döz! – əgər sevirsənsə,

söylədiyin adi söz…

Bəli, bu da küləkli,dəli bir yazı…


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV