adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Fevral 2016 14:24
11790
GÜNDƏM
A- A+

Əla islahatdı, prorektor sözünü müşavir sözü ilə əvəz ediblər

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib. İndi baxın görün Gənclər və İdman Nazirliyi bununla bağlı necə bir açıqlama verib: «Ölkədə hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində Akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb. Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur».

Əla islahatdı ey, prorektor sözünü dəyişib müşavir ediblər. Ləzzət elədi, təhsildə böyük islahatlardan biridir.