adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Fevral 2016 11:11
5295
GÜNDƏM
A- A+

Nazir 7 müşavirini işdən çıxardı

Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb.

Vergilər Nazirliyindən verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.


Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

Beləliklə, nazir F.Məmmədovun müşavirləri - Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir. Müşavir vəzifəsindən azad olunan şəxslər Nazirliyin digər struktur bölmələrinə təyinat alıblar.

Bundan başqa Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib. Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Eyni zamanda İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.