adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şəmkirdə azyaşlı uşaq kanalda boğulub

5891 | 2016-02-04 21:25

Bu gün axşam saatlarında Şəmkir rayonunun Abbaslı kəndi ərazisindən keçən su kanalından həmin kənd sakini olan 7-8 yaşlı qız meyiti tapılıb.

Adalet.az xəbər verir ki, uşağın valideynlərinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirdiyinə əsasən, uşaq bu gün məktəbə gedib və geri qayıtmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində uşağın meyiti Abbaslı kəndi ərazisindən keçən su kanalından tapılıb.

Hazırda Şəmkir rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırmalar aparır.


TƏQVİM / ARXİV