Bakıda qul bazarında “Alıcı” qıtlığı – FOTOREPORTAJ
Bakının Bakıxanov qəsəbəsində yerləşən bazarda gözümüzə fəhlələr və onların iş cihazları dəyiridi. Bəli söhbət qul bazarından gedir. Məkana daxil olub müxbir olduğumu söyləyənə qədər gözümün içinə kimi baxırdılar. Sanki mən obyektimə yaxud şəxsi mənzilimdə işləmək üçün usta və ya fəhlə axtarırmışam kimi. Onlara gəlişimin məqsədini izah edəndə ümid qanadları qırılsa da dərdlərini söyləmək üçün başıma yığışdılar. Dərdlərini söyləmək bir yana qalsın iş yoldaşlarının olundan tutub kənara çəkənlər də oldu...
Evimə qayıtmaq üçün 20 qəbik tapmıram
Əsasən rayondan Bakıya işləməyə gələn qul bazarı sakinləri burada bəzən günlərlə müştəri qıtlığı yaşayırlarş Bunu bizimlə söhbərində Alı Muradov deyir: "Bizi bura işsizlik gətririb çxarıb. Övladlarımız evdə bizdən çörək gözləyir. Rayonda iş olmadığı üçün çıxıb gəlmişik Bakıya ki, bir təhər burada özümüzü dolandıra bilrək. 3 aydır kirayə pulunu verə bilmirəm. Bu bahalaşmadan əvvəl heç olmazsa 2-3 gündən bir müştəri tapırdıq. İndi Allahın bir bəndəsi də yanımızdan keçmir”.
Gündüz Feyzullayev isə qarabağ veteranıdır: "Ayda 45 manat dövlətdən müavinət alıram. İndiki zamanda bu pulla ailə dolandırmaq gülünc haldır. Bir ilə yaxındır burada işləyirəm. Uşaqlarımıda rayonda evdə qoyub gəlmişəm. Deyirlər atam iş dalınca gedib. Veteran kartımı da evdə qoymuşam ki, heç olmasa onun da köməyi olsun. Bəzən olur ki, aparırlar bizi evlərinə yaxud abyekt işlədənlər öz mağazalarına orda təmir işləri görürük. Ordan da 5-10 manat qazanırıq. Bilirsiz dünya zalmı deyil, imkanlı şəxslərin arasında insaflıları da var, adi bir iş üçün hərdən 20-30 manatd a verirlər. Ancaq bu cür hallar qızıl tapmaq kimidir”.
Mənə deyirlər qocasan, işləyə bilmirsən
Qul bazarında fəhlələrin dediyi kimi müştəriyə rast gəlmək müşkül məsələdir. Adətən işçi axtaran müştərilər qul bazarına gəlib bir usta və ya fəhlə götürüb aparırlar. Bir qədər gözlədik ki, həmin hadisənin şahidi olaq. Bazarda olduğumuz ərəfədə bir avtomobil məkana daxil oldu. Həmin an bütün işçilər avtomobili mühasirəyə alır.
64 yaşı olan Bəhruz Sabahov deyir ki, həmişə belə olur, xüsusən də indiki vəziyyətimizdə Allahın bir bəndəsi avtomobili ilə bura yaxınlaşdısa deməli özünə bir işçi axtarır. Mən də qoca adamam belə bir izdihamda özümü qabağa versəm də bir xeyri olmaz. Mənə deyirlər qocasan, işləyə bilmirsən. 5-10 manat çörəkpulu qazanmaq üçün yenə də gözləyirəm. Bəlkə bir insaflısı çıxdı, mənə də iş təklif etdi. Özüm vaxtı ikən işləmişəm, indi 120 manat pnsiya alıram. Oğlum xəstədir, hərbi xidmətdə olanda vərəmə tutuldu. İndi onun müalicəsi üçün çalışıram.
Onlarla məşğulluq idarələri və əmək yarmarkalar haqqında məlumatınız varmı deyə soruşanda isə cavabları belə oldu: "Dəfələrlə getmişik həmin yerlərə. Məşğulluq idarəsində bizə deyiblər ki, harada qeydiyyatdasınızsa sizi ora işləməyə göndərəcəyik. Biz rayondan bura qaçıb gəlmişik onlar bizi təzədən ora gönədərmək istəyirlər. Əgər rayonda yaxşı iş olsaydı Baklıda nə gəzirdik?”
Qoca işçi söhbətimiz zamanı gənc oğlanının qolundan tutub gətirdi yanımıza: "Bax bu uşaqdı, bunun yaşıdları əylənmir, cavanlığını yaşayır amma bu "yetim” gəlib burada bizimlə 3-4 manat çörək pulu üçün müştəri gözləyir.
Rüfət Soltan