adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Fevral 2016 17:08
5195
ƏDƏBİYYAT
A- A+

Tehranda Zəlimxan Yaqubu anım tədbiri keçiriləcək

Tehranda xalq şairi Zəlimxan Yaqubu anım tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Tehranın "Əndiyşə" mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılıb.
Tədbirdə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.