adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Fevral 2016 16:36
7796
ƏDƏBİYYAT
A- A+

Gündüz Sevindiyin yeni kitabı:“Yuxundakı Dünya” - Fotolar

Yanvarın 26-da Ağcabədi rayonunda fəaliyyət göstərən "Ələk” ədəbi məclisi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, eləcə də, "Ələk” ədəbi məclisinin üzvü, şair Gündüz Sevindiyin yeni çapdan çıxmış "Yuxundakı Dünya” adlı kitabının təqdim etmə mərasimi keçirilib. 

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, "Ələk” ədəbi məclisinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, prezident təqaüdçüsü Məhsəti Musa Gündüz Sevindiyin "Yuxundakı Dünya” adlı şeirlər kitabını oxuculara və tədbir iştirakçılarına təqdim etmişdir. O qeyd etmişdir ki, yanvar ayında "Ələk” ədəbi məclisinin yaradılmasının iki ili tamam olur və bu kitabın təqdimat mərasimini də "Ələk” ədəbi məclisinin 2 yaşına bir hədiyyə kimi qəbul etmək olar.

Daha sonra tədbirdə çıxış edənlər – Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən şair Yusif Kamal, şair Zahid Eloğlu, Adil Misirli, yazıçılardan Tahirə İsaqızı, Teymur Muğanlı, Şirxan Aranlı, Respublikanın əməkdar müəllimi Zəhra İbrahimova, Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi rayon filialının müəllimi, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Tahir Kərimli, Ağcabədi Pedoqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova, gənc şair Xəzangül Qədimli çıxış edərək şairi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları arzulanıb.

Ağcabədi Pedoqoji Kollecin tələbəsi Şamama Qəhrəmanova, şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülər İsmayılova və tədbirin azyaşlı fidanı Gilas şairin yaradıcılığından müxtəlif şeirlər səsləndirilib.

Sonda söz tədbirin səbəbkarı şair Gündüz Sevindiyə verilmişdir. Gündüz Sevindik tədbir iştirakçılarına, habelə təşkilatçılıq işinə görə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə sonsuz təşəkkürünü bildirmiş və öz yaradıcılığından müxtəlif nümunələr səsləndirilib.

Tədbirin sonunda şair imzalı kitablarını öz oxucularına hədiyyə etmiş və xatirə şəkilləri çəkilib.

Посмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображение