ALLAHI QATİL EDƏNLƏR

AQİL ABBAS
96312 | 2013-01-15 01:19
(əvvəli ötən saylarımızda)

Ata əlindəki çörəyi boşqaba doğraya-doğraya:

- Sən canın, qoy çörəyimi yeyim, yenə başlama. Ordan bir baş soğangətir, soğansız da bozbaş olar?

Ana deyinə-deyinə gedib soğan gətirdi:

- Özün soğansız bozbaş yemirsən, amma heç vecinə deyil uşaq orda nəyeyir, nə içir.

Ata yumruğu ilə soğanı vurub əzdi, özəyini çıxartdı, alma dişləyirmiş kimi dişlədi:

- Hamı nə yeyir, o da ondan yeyir. Sanatoriyaya getməyib ey, əsgərliyəgedib. Mən iki il Çitada qulluq edəndə atam-anam yanıma gəlirdi?! Yoxsa bizəsəhər xaş, axşam bozbaş yedirirdilər? Qışda yazdığım məktubun cavabı yazdazorla gəlib çıxırdı.

Ana deyinməyindən əl çəkmədi:

- Onda zamana başqaydı. Burdan Çitaya bir aylıq yoluydu. Amma uşağınyanına getməyə bir saat lazımdı, - və gördü deyinməkdən bir şey çıxmır, keçdiqılığa; - Sənə qurban olum, elə bil otuz beş il bundan qabaqdı, məni görməküçün qaçıb Bakıya gedirsən. İndi də elə fikirləş ki, məni görmək üçündarıxmısan. Mən də Bakıda deyiləm, odur ey, o görünən dağın o biritərəfindəyəm. Vallah, gecə yuxuda görmüşəm.

Deyəsən kişinin boş damarını tutdu, Ata gülümsədi:

- Yaxşı, sabah uşağı göndərərəm, istərsən sən də gedərsən.

Ana yenə başını buladı:

- Komandirlə mən danışacam?

- Gedib görüşərsiz, vəssalam. Nə komandir, uşaqdı?! O boyda universitetqurtarıb, aspirantdı. Darıxmısan, get gör. Mənim hansısa bir komandirin quşungötürməyə nə həvəsim var, nə də halım.

Bu vaxt darvaza cırıldaya-cırıldaya açıldı, Böyük Qardaş darvazanı açandan sonra yenidənqayıdıb oturdu maşına və sürdü evin qabağına. Ana oğlunun maşından düşməsinigözləmədən özü qalxıb gedib darvazanı örtdü. Böyük Qardaş əlində bir topa qəzetmaşından düşdü, darvazanı bağlayıb qayıdan anasını qucaqlayıb öpdü:

- Özüm bağlayacaqdım də, - dedi və yaxınlaşdı stola, əlindəki qəzetləridə atdı stolun üstə: - Ata, axşamın xeyir, - sonra əlavə etdi: - Ana, birboşqab da mənə çək, acından ölürəm.

Ata:

- Dünyada nə var, nə yox.

- Qardaşımgilin hissəsində bir əsgər özünü güllələyib.

Ananın stola qoymaq istədiyi boşqab əlindən düşdü, yemək dağıldı və özüdə çökdü yerə:

- Buy, anan ölsün!

Böyük Qardaş yerindən sıçrayıb anasını qaldırdı və ehtiyatla çarpayıdaoturtdu.

Ana nəfəsi darala-darala:

- Ay kişi, gördün?! Sənə demədim axşam pis yuxu görmüşəm?

Ata:

- Yaxşı, ay xanım, bəsdi görüm! - oğluna da acıqlandı, - Başına sözqəhət idi? - iştahı küsdü deyin yeməyi bir tərəfə itələdi və qəzetlərdən birinigötürdü, manşetdə iri hərflərlə yazılmışdı: "Əsgər özünü güllələdi!"yazını oxumadı və təzədən qəzeti atdı stolun üstə: - Özün niyə güllələyib ki?

Böyük Qardaş:

- Biri yazır, komandirləri incidirmiş, biri yazır, guya sevdiyi qızbaşqasına nişanlanıb ona görə. Birində də yazırlar ki, güllələyiblər, işinüstün örtmək üçün adını intihar qoyublar.

Ata əslində Anaya təskinlik üçün dedi:

- Qəzetlərdi də ağızlarına gələniyazırlar. Heyf deyildi Sovet hökuməti, qəzetdə yalan yazmaq olardı, adamınşalvarın başına geydirərdilər. İndi hərə bir qəzet açıb. Bizim o traktorbriqadiri vardı ey, heç adın da yaza bilmirdi, indi onun da qəzeti var. Qapıdanqovurlar, bacadan girir. İndi bir bədbəxt hadisədi də olub. Camaat yoldagetdiyi yerdə yıxılıb ölür. İnişil qonşunun oğlunun əlində tüfəng hamınıngözünün qabağında açılıb poçt müdirininoğluna dəymədi?! Amma qəzetlər yazdı ki, guya qan düşməni imişlər, nə bilim pulsöhbətləri varmış.

Ana bir stəkan su içəndən sonra azacıq özünə gəldi:

- Sən yenə hər şeyi yasalayırsan. O gün Aenesdə özüm gördüm.Stariklər salaqaları döyürdülər.Telefona çəkmişdilər. Bizim uşaq da salaqadı.

Ata:

- Ay arvad, sən nə bilirsən straik nədi, salaqa nədi?

- Niyə, mən bu ölkədə yaşamıram?! Qəzet oxumuram?! Qonum-qonşunun dauşaqları əsgərlikdə deyil?!

Ata bir siqaret yandırdı, əslində içi bu siqaretdən betər yanırdı, ammaözünü onda qoymadı, üzünü yenidən xanımına tutub dedi:

- Əsgərlik kişilik məktəbidi, ona görə də ora arvadları aparmırlar.Adamı söyərlər də, döyərlər də! Tualet də yuduzdurarlar. Məni də söyüblər,döyüblər, o qədər tualet yuduzdurublar. Sənin də oğlun heç kimdən artıq deyil!- böyük oğlunu göstərdi; - Budu ey, kişi kimi əsgərliyini çəkdi, özü dədesantda, heç bir dəfə də nə gileyləndi, nə də yanına getdik.

Ana yenə geri addım atmadı:

- Bu, nəmxuda pələng kimidi.

Ata da geri addım atmadı:

- İgidlik boy-buxunla deyil, ürəklədi, mən ona da qurd ürəyiyedirtmişəm.

***

Qərargah Rəisinin sözü Prokurorun xoşuna gəlmədi:

- Bura bax, Polkovnik, sən də mələk deyilsən. Batalyon Komandirinidöyəndə gərək səni məsuliyyətə cəlb edəydik. Bir həftə xəstəxanada yatdı. Ondabax bu rəhmətlik girdi sənin qanıyın arasına, yoxsa indi uzağı batalyonkomandiriydin.

Qərargah Rəisi Prokurorun qabağından qaçmadı:

- Elə bilirsiz Komandir məni çox istədiyinə görə müdafiə edirdi. Heçmaraqlanan oldu ki, Batalyon Komandirin niyə döymüşəm. Əgər onda mən dəiçlərində olmaqla, hamı cəzasını alsaydı, nə sonrakı faciələr baş verməzdi, nədə bu gün Komandiri atmazdılar. O özün asan uşaq vardı ey, adın qoydular ki,qıza görə intihar edib, qanı batdı getdi, bax o uşağın anasının qarğışı tutubhamımızı. Hələ bu nədir ki? Bəlkə biz bundan da betər olacağıq?!

Mer gördü vəziyyət tündləşir, girdi araya:

- Köhnə saman içi qurdalamayın. Bu boyda kişini vurub öldürüblər,respublika bir-birinə dəyib, siz də mübahisə edirsiz. Hələ səhər qəzetlər nəyazacaq Allah bilir. Köpəyuşağı elə bil it kimi iy bilirlər. Bayaq postdaüç-dördü dayanmışdı, yaxşı ki, buraxmadılar.

Prokuror:

- Ağzında köpəyuşağı deyirsən!

Kriminalist nəhayət, işini başa çatdırdı və onlara yaxınlaşdı:

- Cənab prokuror, biz işimizi bitirdik.

Prokuror:

- Hələ gözləyək. Korpus Komandiri indicə çatacaq, postu keçib.

Elə bu vaxt Korpus Komandirinin avtomobili döngədən çıxdı, onlarayanaşdı, amma bir az aralıda saxladı. General cangüdəninin qapısını açmağıgözləmədi, özü qapını açıb düşdü, generallara məxsus yerişlə onlara tərəfgəlməyə başladı.

Qərargah Rəisi yüyürüb Generalın önündə farağat dayandı, hərbi salamverdi:

- Yoldaş General...

General əli ilə işarə elədi ki, azad.

Merlə Prokurordan başqa hamı farağat dayanmışdı. General heç kimlə əlləgörüşmədi, başı ilə salam verib keçdi meyitin yanına, çöməldi və başını aldıəllərinin arasına, getdi fikrə və xeyli beləcə oturdu, birdən yadına düşdü ki,ətrafda əsgərlər var və ona baxırlar, qalxdı.

Diqqətlə yanında dayanmışQərargah Rəisinə baxdı, başını buladı və əlini onun çiyninə qoyubgünahkarcasına peşman-peşman dedi:

- Bağışla Polkovnik! Bağışla məni! Vaxtında sənə qulaq assaydım başımızabu bəla gəlməzdi. Hələlik hissəni qəbul et.

Sonra geri qayıdıb hamı ilə birbəbir görüşdü.

Mer Generala başsağlığı verdi:

- Başınız sağ olsun.

Elə bil güllənin biri də Generala dəymişdi, əlini Prokurorun çiyninə qoyub dedi:

- Mənim yox, öz başınızın da sağ olmasını istəyirsizsə bu cinayəti açın.Yoxsa, Komandiri hardan vurublarsa, bizi də oramızdan asacaqlar.

***

Akademik boşqabı qabağına çəkdi, bəxtindən yenə borş idi, amma bu dəfəxörəyin rəngi-rufu xoşuna gəldi, xalasının bişirdiyinə oxşayırdı, içində ət dəvardı, təəccüblə soruşdu:

- Bu gün bayramdı?

Adətən bayramlarda süfrə daha zəngin, yeməklər daha dadlı olurdu.

Kim isə zarafatla:

- Sən qauptvaxta düşəndə hissədə bayram olur də. Komissiya gəlmişdi.Sənin Nazirliyə yazdığın məktubu yoxlayırdılar. Komandiri dirəmişdilər divara.Sənin acığını bizdən çıxır. İki gündü gecə saat üçdə həyəcan siqnalı verir.

O biri stolda dədələr oturmuşdu, onu çağırdılar:

- Akademik, keç bizim stola, söhbət var. Uşaqlar, bir yer düzəldin.

Akademik boşqabını götürüb keçdionların stoluna.

Dədələrin dədəsi:

- Xoş gördük, Akademik. Deyəsən kurortda sənə yaxşı baxmayıblar, rənginsolub. Borşu o tərəfə qoy, evdən yemək göndəriblər. Uşaqlar, Akademikə yeməkçəkin.

Akademik:

- Xoş gördük hamınızı, təşəkkür edirəm. Tikintidə nə var, nə yox, tualetyarımçıq qalmışdı.

Dədələrin Dədəsi:

- Akademik, bilirsən biz hamımız sənin xətrini çox istəyirik. Bizxidmətdə səndən böyük olsaq da, sən də həm başda bizdən böyüksən, həm də yaşda.Amma elə şeylər var ki, onu sənə başa sala bilmirik.

- Nədi o şeylər, ded?

- Sən yavaş-yavaş çörəyini ye.

Akademik qarşısındakı kələm dolmasından birini qoydu ağzına, dolmaağzında əridi və dadı bütün bədəninə yayıldı:

- Kim bişiribsə, əllərinə sağlıq, çox gözəl bişirib. Əsgərlikdən sonrasizi kəndə qonaq çağıracam, görəcəksiz anamın əllərinin dadını. Sizə birlığlama bozbaş bişirsin ki! Hə, eşidirəm.

Dədələrin Dədəsi:

- Dediyimiz odu ki, biz səni başa düşürük, haqlısan. Amma sən heç nəyidəyişə bilməzsən. Bu, dünyanın hər yerində belədi. Dünyanın hər yerində zelyonuda var, salaqa da, starik də, ded də! Amerikada da belədi, heç kinoya-zadabaxmamısan? Mən də, burda oturanlar da salaqa olmuşuq. Tualet də yumuşuq,kartof da təmizləmişik, həyət də süpürmüşük.

Akademik:

- Ded, mən hər şeyi başa düşürəm. Onu da bilirəm ki, sizin mənəhörmətinizə görə, mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandirin çaqqallarıməni çoxdan didik-didik eləmişdilər. Buna görə sizə borcluyam. Amma mənneyləyim, belə doğulmuşam, belə tərbiyə almışam. Mən nə salaqa olmaq istəyirəm,nə də ded! Əsgər olmaq istəyirəm. Vallah-billah!

Dədələr Dədəsi:

- Görürük ola bilmirsən. Özündedin ki, bizə görə çaqqal-çuqqal sənədəymir. Biz iyirmi-iyirmi beş günə gedirik, uzağı bir aya. Biz gedəndənsonra sənin üçün çox çətin olacaq. Dərəni xəlvət görən tülkülər bəylik edəcək.Səni cəzalandıracaqlar, sındıracaqlar. Biz səni stariklərə tapşırmışıq. Ammaonlar biz deyillər, onların da içində çaqqallar var. Özünü gözlə, çalış təkgəzmə. Bir şey bilməsək, danışmarıq. İndi səni ölüm postuna salıblar. Özün dəbilirsən, o postdan neçə əsgər geri dönməyib.

Akademik:

- Mən belə şeylərdən qorxan deyiləm. Düşmən gülləsindən ölməkalçalmaqdan şərəflidir.

Dədələr Dədəsi ondan yaşca çox kiçik olsa da, elə danışırdı, elə bil ataoğluna öyüd verirdi:

- Akademik, bir az ağıllı ol. Biz istəmirik ki, sənin kimi bir oğlan nəsəfeh düşmən gülləsindən ölsün, nə də gecələrin birində tualetdə özün assın.

Akademik güldü:

- Qardaşlar, Şopenhauer deyir ki, insan özünü ona görə öldürmür ki,yaşamaqdan doyur, özün ona görə öldürür ki, arzularından doyur. Mən hələarzularımdan doymamışam.

Dədələr Dədəsi:

- Şopenhauer kimdi tanımıram, nə deyib onu da bilmirəm. Mən də sənədeyirəm, ya özünü dəyiş, ya da valideynlərinə xəbər göndər, gör sənin hissənidəyişdirdə bilərlərmi.

Başqa bir dədə:

- Akademik, incimə, sənuniversitet bitirsən də, aspirant olsan da, başın qarışıb kitab-dəftərə,həyatdan uzaq düşmüsən, bu dünyadan xəbərin yoxdu. Dörd-beş aydı burdasan, ikidəfə komissiya gətirtmisən, nə dəyişib,on dəfə gətirtsən nə dəyişəcək?!

- Niyə borşda ət var ki!

- Bu da on gün, sonra?

Akademik:

- Bilirəm, mənə görə çox narahatsız, bir daha sizə təşəkkür edirəm. Ammamən o qədər zəif adam deyiləm ki, özümü asam. Assam, komandiri asacam! - dedi vəgüldü.

(Ardı var)

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV