adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Fevral 2016 11:27
85404
AVTOMABİL
A- A+

2015-ci ildə Azərbaycanda çəkilən yolların uzunluğu açıqlandı

Azərbaycanda 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub və ya təmir olunub. Adalet.az-ın "Azəryolservis” ASC-yə istinadən məlumatına görə, keçən il 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km-i respublika əhəmiyyətli, 167,5 km-i yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.

Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.

Bundan başqa 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.