adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Fevral 2016 11:15
8427
MARAQLI
A- A+

Alimlər Qırmızı dənizdə möcüzə kəşf edib

Lomonosov adına Moskva Dövlət Universitetinin bioloqlarından ibarət beynəlxalq komandası hücrələrində yaşayan fluoresləşmiş poliplərin və molyuskların yeni növünü aşkar ediblər. SİA xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. "Qırmızı dəniz insanlar üçün istirahət, dayvinq (dərinliyə başvurma) kimi macəraların gerçəkləşdirildiyi yer kimi tanınır. Lakin həmin dənizdə çoxsaylı canlı varlıqlar da yaşayır ki, onların əksəriyyəti elm adamları tərəfindən kəşf edilməyib” -deyə, məlumatda bildirilir.

Bioloqlar komandası bu çərçicədə yeni, gözəlliyi ilə göz oxşayan və işıq saçan müxtəlif növ dəniz varlıqları kəşf edib. Bəlli olub ki, möcüzəvi varlıqlar təkhəyatlı yaşam tərzi keçirir və koloniyalar şəklində yaşayırlar. Onlara kənardan baxıldığı zaman üzərlərindəki 20-35 mm uzunluğundakı gözəl hücrələr yaşıl qrilyand işıq saçırlar, gecə saatlarında isə dənizin üzərinə çıxıb, sümüksüz malyiskları ovlamaqla məşğul olurlar.