adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Fevral 2016 18:40
8414
GÜNDƏM
A- A+

Aqil Abbas Hindarx qəsəbəsində müəllimlərlə görüşdü

Dünən seçiciləri ilə görüşə gəlmiş millət vəkili Aqil Abbas  Ağcabədi rayonunun Hindarx qəsəbəsində olmuşdur. Millət vəkili bir müdət əvvəl burada yanmış məktəb binasına baş çəkmiş, məktəbin pedoqoji kollektivi ilə görüşmüşdü. Görüş zamanı baş vermiş hadisədən təəssüfləndiyini bildirən millət vəkili onu da vurğulamışdır ki, inşallah burada yeni və daha müasir məktəb binası tikilib istifadəyə veriləcək. Bunun üçün artıq lazım olan tədbir olan tədbirlər görülür.

Aqil Abbas ümidvar olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, Ağcabədi rayonunun təhsil işçiləri o cümlədən də məktəbinin kollektivi dövlətçiliyə, milli birliyə sadiqdir və öz işləri ilə bir daha Azərbaycanın uğurlu sabahına xidmət etdiklərini sübut ediblər.

Elə bu fikrə söykənən pedoqoji kollektivin təmsilçiləri də millət vəkilindən xahiş etdilər ki, onların minnətdarlıq hisslərini ölkə rəhbərliyinə çatdırsınlar. Çünki indiki iqtisadi böhran zamnında ölkə prezidentinin müəllimlərin əmək haqqlarınını artırılması cənab İlham Əliyevin xalqın yanında olduğunu nümayiş etdirən şərtlərdən biridir.

"Prezident xalqın yanındadır sa xalq da onun arxasındadır”! Bu sözlər   Hindarx qəsəbəsində yanmış məktəbin pedoqoji kollektivinin yekdil iradəsidir.

Görüş zamanı millət vəkili ilə seçicilər arasında digər məsələlərlə bağlı da fikir mübadiləsi edildi.