adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Fevral 2016 14:52
7134
MƏMLƏKƏT
A- A+

Azərbaycan Dillər Universitetində maaşlar artırıldı

Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, təhsilin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu baxımdan da, Prezident İlham Əliyevin təhsil sahəsində görülən böyük işlərə xüsusi önəm verməsi ölkəmizin gələcəkdə təhsil sahəsində beynəlxalq aləmdə daha böyük uğurlara imza atacağından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət qayğısını artırmaq məqsədi ilə əksər sahələrdə çalışan işçilərin maaşlarının 10 faiz artırılması ilə bağlı və "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamı ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən böyük diqqət və qayğının daha bir sübutudur.

Azərbaycan Dillər Universiteti ölkəmizdə inkişaf prosesində uğurla addımlayaraq sahib olduğu geniş imkanlar nəticəsində hər il universitetdə gözəçarpan və çox vacib islahatlar aparır.

ADU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır.

Belə ki, növbəti artım ADU-nun Elmi Şurasının 3 fevral 2016 – cı il tarixli qərarına əsasən həyata keçirildi. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə

edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Heç bir ADU əməkdaşı heç zaman diqqətdən kənarda qalmır.