adalet.az header logo
  • Bakı 20°C
01 Fevral 2016 11:04
7751
MƏMLƏKƏT
A- A+

Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi hesabat verdi

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi 2015-ci ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib.

Birliyin İcraçı direktoru Vüsal Əhmədov rəhbərlik etdiyi təşkilatın il ərzində gördüyü işlərin şəffaflığını artıraraq ictimaiyyətə geniş məlumat verib.

Mərkəzin ötən ilki fəaliyyəti müddətətində bir sıra sosial yönümlü, bilik və bacarığın artırılması üçün intellektual yarışlar və vətənpərvərlik mövzusunda olan 12 layihə uğurla həyata keçirilmişdir. Bu layihələrin bir qismi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşmişdir.

Həyata keçirilən layihələr region gənclərinə Azərbaycanın tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini təbliğ etmək, onları Vətəni sevməyə ruhlandırmaq, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onların zərərli vərdişlərdən əl çəkmələri, yolxucu xəstəliklərdən qorunmaları, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmli olması vurğulanaraq, dövlətçilik və onun qorunmasının vacibliyi aşılanmışdır.

Layihələr regionda, ən əsası da Sabirabad və Saatlı rayonlarında həyata keçirlmişdir. Ümumilikdə layihələrimiz 2000-ə yaxın yeniyetmə və gənci əhatə etmişdir.

2015-ci ildə regionda ilk tədbir - "20 yanvar 25 il sonra” keçirilmişdir. Tədbirdə yerli İH və QHT nümayəndələri, 20 yanvar hadisəsi zamanı əlil və şəhid olanların ailələri və rayon ictimaiyyəti iştirak etmişdir.

Sabirabad və Saatlı rayonlarının kənd məktəblərini də əhatə edən vətənpərvərlik mövzusunda geniş müzakirələrin aparılıldığı "Vətəni Sevək!” adlı layihənin icra müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən qayğı və diqqət keçirilən təlimlərin əsas mövzularından olub.

Ötən il ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına dəstək məqsədilə Sabirabad rayonunda 50-yə yaxın gəncin iştirakı ilə "Sağlam Gənclik – Sağlam Gələcək” devizi altında velo-yürüş keçirilmişdir.

Ötən il ərzində Mərkəz region gənclərinin bilik və bacarıqlarının artırılması, savadlı insan kapitalının formalaşması məqsədilə "Meydanda Gənc Eruditlərdir!” intellektual bilik yarışmasını həyata keçirmişdir.

Bundan başqa 2015-ci ildə böyük layihələrlə bərabər bir sıra kiçik layihələr də həyata keçirilmişdir. 2 fevral gənclər günü ilə bağlı olaraq "Müasir Gənclik Düşüncəsi” adlı rəsm müsabiqəsi, gənclərin uğurlu kariyera qurması ilə bağlı "Uğurlu Kariyera Naminə”, 26 fevral "Xocalı Soyqırımı” ilə əlaqədar olaraq 30-dək gəncin iştirakı ilə Flashmob, Universitetlərə qəbul zamanı abituriyentlərdə həyacanın aradan qaldırılması üçün " Uğur Qazanmanın Sirri” və "Həyəcana Son” adlı psixoloji seminarlar, HİV/AİDS-in yayılmasına qarşı maarifləndirici təlimlər, Gənclərin "Kütlə qarşısında uğurlu çıxışı”, "NLP texnikalarında istifadə”, "Vaxtın idarə olunması” adlı təlimlər həyata keçirilmişdir.

2015-ci ildə İctimai Birlik Sabirabad rayon Regional "ASAN” Xidmət Mərkəzi və "VENTA” Şirkətlər Qrupu ilə əməkdaşlıq etmişdir.

Sonda GSTM İctimai Birliyinin icraçı direktoru V. Əhmədov 2016 - cı ildə həyata keçirilməsi planlaşdırılan yerli və beynalxalq layihələr və əməkdaşlıqlardan söz açıb.