adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Fevral 2016 15:17
10796
GÜNDƏM
A- A+

Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOLAR

Akademik Cəlal Əliyev dəfn olunub.

Akademik I Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, o, uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının "Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEa prezidenti Akif Əlizadə deyib ki, C. Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, C. Əliyev 62 il AMEA Biologiya və tibb elmlər bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: "Akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb”.

AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib. C. Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.



***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının "Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb.

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli Həsənov, Abid Şərifov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.

**
Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə AMEA-dan məlumat verilib.

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

***

Akademik Cəlal Əlievlə vida məraisimi AMEA-nın əsas binasına olacaq.

AMEA-dan verilən məlumata görə, mərasim saat 14.00-da "Dairəvi zal"da başlayacaq.

Qeyd edək ki, C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.