SEVGİDƏN YAZILAN YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
55888 | 2016-01-29 17:33

Və yaxud da üzənməzənnədən yan keçmək istəyi

Bəri başdan deyimki, yazını oxuyanda ünvanıma heç bir irad bildirməyin. Əgər bildirəcəksinizsə, ondazəhmət çəkib heç bəribaşdan oxumayın – sizə də xoş olsun, elə mənə də. Onu da deyimki, «irad» sözünü mən birbaşa mənada vurğulayıram. O mənada ki, yazının mövzusuhəmişə olduğu kimi, yenə də sevgidəndi. Və sizin də dünyanın indiki durumunda, hamınıüzən məzənnənin qoynunda olduğu bir vaxtda mənim sevgidən yazmağımı irad hesab etməkvə yaxud irad kimi qiymətləndirmək istəyinizi mən bir növü qabaqlayıram, ona qarşıöncədən fikrimi söyləyirəm.

Bəli, insan mənimanlamıma görə özü-özünü kökləməlidi - istər sarı teldə, istər elə heç kimin eşitməyəcəyibəmdə. Əsas odur ki, köklənəsən və özünlə ürəyin arasındakı məsafəni ortadan qaldırasan.Bax, onda alınan, yaranan o vahidlik, o təklik səni fiziki təklikdən, fikir təkliyindənvə nəhayət, cəmiyyətdəki təklənməyindən xilas edəcəkdi, qurtaracaqdı. Bunun da əsassəbəbi içinlə çölünü səngər tutub bir mövqedən çıxış etməsidi. Mən də zaman-zamanapardığım müşahidələrdən sonra bu qərara gəldim ki, dünyanı gözəllik, məhəbbət xilasetdiyi kimi, insanın içini də, özünü də özünü toparlaması, içi ilə çölünü birləşdirməsixilas edəcəkdi. Hər halda, gəldiyim bu nəticə, müəyyənləşdirdiyim bu məntiq elə-beləpafos, nə bilim reklam və yaxud da özünü təqdimat deyil. Bu, yaşadığım və gördüyümhəyatın və ətrafın mənə öyrətdiyidi, mənə tanıtdığıdı. Deməli, bütün bunlar mübarizəəzmini də artırır, sözün qabiliyyətini də gücləndirir. Onda…

Bəli, bütün hallardadaha çox öz-özü ilə dartışan, çarpışan, vuruşan, özü özünə qalib gəlmək istəyəninsan mənim nəzərimdə hamıdan, hər kəsdən güclüdü, iradəlidi, dözümlüdü. Çünki buinsan müqavimət göstərməyi bacardığı kimi, vuruşmağı da bacarır, etiraf etməyi də,tapınmağı da. Yəni bir az lakonik söyləsəm, biyət etməyi də bacırır, ibadəti də…sevməyi də bacırır, nifrət etməyi də… Bax, bu kompleksi də sözün yaxşı mənasındaonun insanlığını heç bir təqdimatsız qoyur ortaya. Qarşına çıxanda, rastlaşanda,yolun kəsişəndə insanla üz-üzə gəldiyini hiss edirsən. Vay o günə ki, bütün bu dediklərimdənuzaq birisi ilə qarşılaşasan, yolun kəsişə və… Bundan sonra zənnimcə, nə isə yazmağın,deməyin heç lüzumu yoxdu. Axı, görünən kəndə bələdçi gərək olmur.

Deməli, bugünkü durumun,lap elə bugüknü anın özünün də içində mütləq özünü və öz yerini görmək çox vacibdir.Əgər bütün sıxıntılara, bütün basqılara boyun əysən, onda özünü və yerini görə bilməyəcəksən.Tapdalayıb üstündən keçib gedəcəklər, buynuzlarına alıb bir kənara atacaqlar və…

Hə, yazdığım bu«və»lər qrammatikamızın bəlli çalarını xatırlatmaq üçün deyil. Sadəcə, mən bunlarınarxasında nələr durduğunu görmək imkanını hər kəsin öz ixtiyarına verirəm. Necədeyərlər, baxın, görün və uyğun bildiyiniz və özünüzü uyğunlaşdırdığınız variantaimza atın. Mən isə…

Bəli, mən bu anıniçərisində öz-özümə pıçıldadığım şeiri bir az da gur səslə söyləmək istəyirəm. Özüdə bir mahnıda deyildiyi kimi, «elə bu zamanın acığına».

İllər su dəyirmanı-

Üyüdür dilim məndən.

Heç uzağa üz tutmur-

Gen gəzmir ölüm məndən…


Ürəyimi nə sıxır–

Gözüm özünə yığır!

Həmişə önə çıxır-

Bir addım əlim məndən…


Dinləyib bu səsini

Sən də dur, yu səsini!

De kimin qisasını-

Alırsan, gülüm məndən?!


Bir neçə gün öncəƏhməd bəylə bir telefon söhbətim oldu. Trabzondan zəng etmişdi və səhhətimlə, sosialdurumumla, ailə ilə maraqlanırdı. Həmişə olduğu kimi, sözünün əvvəli də, sonu dabir mənaya söykənmişdi. O da dostluq, qardaşlıq və nəhayət, hər şeyə rəğmən başverən proseslərə dözümlü olmaq. Təkrar-təkrar söyləyirdi ki, indiki anda dosta güvənən,qardaşa söykənən və nəhayət, özünü hər bir məqama hazır saxlayan insan çıxılmazvəziyyətdə qalmaz. Sən də bil ki, biz məsafə baxımından bir-birimizdən uzaqda yaşasaqda, ürəyimiz, istəyimiz birdi. İstənilən zamanda sözünü, arzunu çəkinmədən mənəbildir…

Təbii ki, mən dəyərliqardaşımın fikirləri ilə həm qəlbən, həm də bir insani yanaşma ilə baxanda çox məmnunoldum, razı qaldım və onun həmişəki kimi göstərdiyi bu alicənablıq məni bir az damütəəssir etdi. Öz-özümə düşündüm ki, həqiqətən dünya yaxşılardan xali deyil vəyaxşı insanlar Tanrının Yer üzündəki zərrələridi, qığılcımlarıdı. Onlar öz işartılarıylaadamların içindəki ümidi ölməyə qoymur. Mən bu fikirləri bilgisayara diqtə edəndədə dostum Əhməd bəyin söylədiyi sözlər hələ də qulaqlarımda səslənirdi. İnanın ki,tam səmimiyyətimlə demək istəyirəm ki, bu sözlər mənim əlimdən tutub irəli çəkirdi…bu sözlər məni ayaqda saxlamışda. Və mənə elə gəlirdi ki, bəlkə də dünyanın ən varlı,ən güclü adamı əlimdən tutub, ya da mən elə bir adamın əlindən tutmuşam. Ona görədə ətrafımda baş verən hadisələr, böhranla bağlı edilən giley-güzarlar heç yaxınımada gəlmirdi. Rahatlıqla öz düşüncələrimin, öz duyğularımın qoynunda üzürdüm, özüdə üzən məzənnəsiz. Hətta ağlımdan bir zarafat etmək də gəlib keçdi. İstədim deyəmki, kim necə üzür, nə ilə üzür qoy üzsün. Mən isə…

Bəli, bütün həyatımboyu qarşıma çıxan xeyirxah insanların əlini kürəyimdə hiss etmişəm. Bu insalarınheç biri məndən təmənna ummayıblar. Əksinə, mənə yol göstəriblər… mənim üçün işıqyandırıblar… mənə qapı açıblar… mənə dayaq durublar… mənim sözümü deyiblər. Və inanın ki, mən onları bir an da olsun unutmuram…dünyasını dəyişənlər üçün dualarımı əsirgəmirəm… Birmənalı şəkildə həmişə və həryerdə etiraf edirəm ki, məhz böyük Yaradan onların vasitəsi ilə məni dəyərləndirdi,mənə yazmaq, söz demək qabiliyyətini verdi. Mən də bacardığım kimi, gücüm çatanşəkildə bu yükün altında həm durmuşam, həm də onların göstərdiyi yolla gedirəm…

Yol qaranlıqlardan,dərə-təpədən, çətinliklərdən keçib bütün zamanlarda, bu gün də keçir. Özüm açdığınyolun əzabı da, gətirdiyi sevinci də adamın canına yayılır, ruhuna hopur. Ona görədə bu yolda tarazlığı saxlamaq, özünü kimlərinsə yedəyinə verməmək məncə həm insanlığın,həm də mənəvi bütövlüyün bir göstəricisidi. Yəni küləyin səmtinə getmək, əyilmək,pula, paraya, alqışa, ayrılan paya yıxılmamaq elə dediklərimin açıq şəkildə görünməsiniyəqin ki, daldalamaz, gizlətməz. Lap çılpaq desəm, boyun əti olmaqdansa, soğan-çörəyininsahibi, şahı olmaq daha gözəldi. Təəssüf ki, bəzən belə olur. Nə isə… Yenə deyirəm,hər kəsin özü seçimi var. Mən sevgiyə könülverdim. Aldıqlarım da sevginin mənə verdikləridi.

Oxuduğum kitablardan,eşitdiklərimdən, gördüklərimdən və nəhayət öz həyatımdan çıxış edərək demək istəyirəmki, hər kəs daha çox layiq olduğunun deyil, layiq görüldüyünün barını yeyir. Yənisağlığında haqqını çox az-az adamlar alır.Hətta Cabir Novruz demişkən, «sağlığında qiymət verin insanlara» harayı əslindəya eşidilmir, ya da çox gec eşidilir. O vaxtkı artıq goruna and içmək məqamı önəkeçmiş olur. Bax, bu gerçəyi hamımız, mən də, sən də bildiyimiz halda, onda niyəkiminsə nəyəsə layiq görüldüyünə rişxənd etməliyik. Ona ən azından bir kəlmə təbrikvə yaxud «nuş olsun» ifadəsini layiq görməməliyik. Mən şəxsən belə durumlara çoxsoyuqqanlı yanaşıram. Səbəbini də öncədən dedim. Bir də təkrar edirəm ki, bütünzamanlarda adamlar layiq olduğuna yox, layiq görüldüyünə xidmət edib onun da qarşılığınıalıbdı. Hətta sevgidə də belədi…

Yəqin hamının böyüksevgi dastanlarından xəbəri var. Sevənlər ancaq alışıb yanıblar, qovuşmayıblar.Şeirin, dastanın, sözün qəhrəmanına çevriliblər. Bax elə bu yerdə ağlımdan çoxdanyazdığım misralar gəlib keçdi.

Mən qəmə çox dil tökdüm

Üst qatı lal imiş,lal…

Söz almaqçün dizçökdüm -

Alt qatı bal imiş,bal…


Çiçəklədi marağım

Gördüm qələm, varağım

Dar günümdə yarağım-

Birüzən sal imiş, sal…


Susduğumod içində

Odalışdı içimdə.

Könlüm sevgi içində-

Hələ də kal imiş,kal…


***

Yəqin sizdə də beləolur, bunu təxmin edirəm. Siz deyəndə, yazı-pozu adamlarını nəzərdə tuturam. Hərhansı bir mövzunu işləyərkən axtardığım sözü tapa bilməyəndə çox baş-ayaq vurursan.Bilmirsən ki, sözün hansı qatından girib hansı üzündən çıxasan ki, axtardığını tapasan.Bax, bu mənada mən bu yazıda bir ovqat yaratmaq istəyirəm. Daha doğrusu, bu istəkləbaşlamışam bu yazını. Amma neyləyim ki, öncədən vurğulasam da, amma və yenə amma…O böyük ədibimizin dediyi kimi meymun yadımdan çıxmır. Hərlənib-fırlanıb gəlib dururgözümün önündə. Gözümün önündə demişkən, rəhmətlik Baba Pünhanında məşhur şeirlərininbirində deyilir ki:

İtşm, dur gəl önümdə

Gəl, başına dönümdə,

Sən Pünhanın günündə

Pünhan da it günündə!

Hə, indi o meymundediyim də əslində üzən məzənnədi. Düzdü, redaksiyada nə göl, nə dəniz yoxdu, nədə su tutan iri tutumlu bir əşya da mövcud deyil ki, adam içində üzə. Amma bu redaksiyada bu həyatın bir parçası olduğundan burda həmin üzən məzənnə öz işini görür - istəyirdəhlizdə, istəyir bilgisayarda, istəyir siqaret tüstülədəndə. Çünki yaşamın böyükbir nöqtəsi gedib həmin o üzən məzənnənin boynuna dolanır. Ona görə də mən söz verdiyimovqat yazısını, sevgi yazısını araya-ərsəyə gətirə bilmirəm. Lakin çalışıram ki,ağac kəsməsəm də, kol-kos doğrayım. Heç olmasa özüm sizin qarşınızda gözü kölgəli qoymayım…

Zamanın sürəti hərkəs üçün bir cür dəyərlidi, bir cür də ölçülür. Bu fərqli yanaşmanın ətəyindən tutubdeyə bilərəm ki, istənilən nöqtədə dayanıb gözləyən var. Çünki istənilən nöqtə mütləq varsa, deməli, mütləq dəinsan üçündü və mütləq də insan o nöqtəyə üz tutub gedəcəkdi. Doğrudu, bəzən deyirlərki, məqsədin hara, mənzilin də ora. Amma bunun da əksini bəzən deyirlər, ayağınhara, başın da ora. Bax, bu qarışıq məntiqin içində mənim söylədiyim nöqtənin yeridaha yaxşı görünür. Çünki o nöqtə dayanıb gözləyir. Bir halda ki, səni, məni gözləyənvar, onda niyə yerimizdə oturub qalmalıyıq, niyə hərəkət etməməliyik. Mən qəti şəkildəhərəkətsizliyi qəbul etmirəm və qəti şəkildə onu da alqışlayıram ki, hərəkət yaşamağın,yaşananın təkcə görünən tərəfi yox, həm də iç dünyasıdı. Ona görə də məni gözləyənünvana tələsmək mənim təkcə borcum yox, həm də vəzifəmdi, həm də ən şərəfli vəzifəmdi.Bax elə məni gözləyən nöqtənin adının sevgi olduğunu etiraf etməklə o sevgiyə ismarıcımıda misralarla çatdırıram və yazıram ki:

Günahkardı bir sevgi

Alışmana, sönmənə.

Ondan çıxış yoluvar

Qolunu aç dön, mənə!


Həsrət payım bolqalıb

Sağ budanıb, solqalıb.

Bir nəfəslik yolqalıb -

Bil, Leyliyə dönmənə!


Könlümün əhd-amanı

Dili, dini, imanı,

Olum hava limanı-

Sən də göydən enmənə!


Hə, bilmirəm razıqaldınız yoxsa yox, hər halda çalışdım ki, sevgidən yazım. Amma bu yazı bütünlükləsevgidən olmasa da, sevgi ilə yazıldı. Ona görə… növbəti sevgi yazısında görüşənəqədər.


TƏQVİM / ARXİV