adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Ölməyən neçə əsgər qaldı?

CEYHUN MUSAOĞLU
57259 | 2013-01-12 02:45
Biz orduda olanda torpaqları almışdılar. Yerdə qalan əraziləriqorumalıydq. Yeməyə ölmüş kenquru əti verirdilər. Halalımız idi. Uduzmuş əsgərqan qusmalı deyil ki...

Açılmasını istəmədiyimiz hansısa səhərlərdən biri idi. N saylıbriqadanın Qazağın kəndinlərindən birində yerləşən 1-ci batalyonuna aid 1-ci bölümündə qanlıhadisə baş verdi. 3 komandirin şəraitsizliyinə görə qulluq etmək istəmədiyi3-cü tağımda Uğur təsadüf nəticəsinə iki əsgəri bir güllə ilə yaralamışdı.Birinin adı Məhəbbət idi. "5-45"-inrekaşet hoqqaları olur.

Tağımın yiyəsi yoxuydu deyə, yəni komandirsizlik quyusunu məndoldururdum. Cavab verməliydim. Əvəzində cavab aldım. Müdafiə nazirinin müavinigeneral-mayor Mehman Səlimov şəxsən "pozitsiya"ya qalxıb əmr verdi ki, post qabağa çəkilməlidi. Qabaq düşməninayağının altıdı. Səhərə qədər səngər qazıldı, düşmənin ayağı altında sığınacaqtapdıq. Bir həftə ərzində iki əsgər öldü. Biri Rafiq idi. Əvvəl qan qusdu,sonra öldü.

Bakıda televizor Bala Cəfərlidən danışırdı. Məzuniyyətə gəlmişdim.Eşitdim ki, bizim öldüyümüz lokal müharibəni qəsdən yaradıblar. Müharibəsizölən kişilərin valideynlərinə sübut olunmalıydı. Ki, ölümə qırmızı dongeyindirə bilsinlər. Müharibədə əsgər ölər də.

Qasımov Hüseyn vardı. Polkovnik. Ucaboy. Əzazil. Sifətini hələ dəunutmamışam. N  saylı briqadanın komandiri idi. Danışırdılar ki, göldə xanımlagəzişərkən, sahildə onlara kabab bişirən əsgəri mırta güllələyib. İnanmırdım.Ona Qarik deyirdilər. Eh, Qarik, Qarik. Bir dəfə inamımı sarsıtdı. Yaşlıəsgərlərdən birini hərbi hissənin ərazisindən kənarda tutduğu üçün lütsoyundurub briqadanın gözü qarşısında qaçırtdı. Yaxşı oğlan idi. Fərari oldu.Maşınla qəzaya düşüb öldüyünü də eşitdim. Hə, Qarik, hə, onu sən öldürməmişdin.Yoxsa səni Naxçıvana diviziya komandiri göndərməzdilər ki...

Hamımız sevinmişdik. Bakıdan Qariki yoxlamağa gəliblər. Kazarmalardaxəbərlər dolaşır: Komandiri qandallayıb apardılar. Sevinirik. Yeni xəbər:Komandiri Naxçıvan dviziyasına göndərdilər. Kədərlənirik. Daha yeni xəbər:Komandir Bakı Dövlət Universitetinin hərbi kafedrasına müdir təyin olunub.Kədərlənirik. Biz həmişə belə yaşamışıq. Bir dəfə sevinəndə iki dəfəkədərlənmişik.

Cavad da vardı. Mənim zampolitim. İstehkam mühəndisi tağımındabığıburma ayı-kişi. Güləşçiydi. Özümdən xeyli yaşlı olanlarla xidmət edirdim.Onlara tay görünməyim Cavadın ürəyincə deyildi. Ay işığında mina basdırmağagöndərirdi məni. Qanunla olmazdı. "OZM"partlamamışdan əvvəl "çık"edir. Bu səs eşidildisə partlayacaq. Eşitdim, amma partlamadı. Dilim tutuldu.Göydə Ay var idi. Erməni görürdü. Həndəvərimi güllələdi. Əsgərlərin ayağımdandartıb təhlükəli sahədən çıxarmaları yadımdadı. Cavad həkimə də xəbər verməmişdi.5 gün göydə yaşadım. Hamını görürdüm, tanımırdım. Dinləyirdim, eşitmirdim.

Saçımdakı ağlar var ha, açılmamış minanın qəlpələridi. Sonrakıhəyatımda o qəlpələr də qəlpələndi.

Bala Cəfərlidəyəm. Bölük komandirinin adı Eldənizdi. İçəndə dəliolur. Kənddə 5-10 ev var. Onlardan birində toydu. Xalqım ermənilərə yandı-qındıverir. Eldəniz içib. Əmr verib ki, çadır atəşə tutulsun. Əsgərlər atır. Toyqana boyanmır, sadəcə dayanır. Bitir. Qızmış şirin diş atmadığı gənc əsgərqalmayıb. Qərargah rəsi Şahzəddinin də şir saxladığından xəbəri var. Kapitanrütbəli Şahzəddin yaxşı adam idi, tabeliyində olan baş leytenantla bacarmırdı.Gecə yarıdan keçib. İki əsgər əlində avtomat ağlaya-ağlaya məni Eldənizinhüzuruna aparmağa gəliblər. Yanır. Musayev Ceyhuna sillə atmaq arzusundadı. 4ildi vətənsizliyə qulluq edirəm. Qayıdacağıma az qalıb. Hörmət qazana bilmişəm.Eldəniz bu hörmətin içinə pox qoymaq istəyir. Qrantamyot və iki snaryadın canısağ olsun. Çiynimə qoyub bölüyün yerləşdiyi kəndin içinə doğru addımlayıram. GöydəAy var. Ay mənə düşmür. Dəqiqləşdirmişəm. Eldənizin qərargahı vaqondu. Çatıram,oranı hədəf alıram və əsgərə deyirəm ki, get denən çölə çıxsın. Çıxır. Ayılır.Əvvəlki Eldəniz olur. "Can"ınbiri bir qəpik. Əsgər adamam, yarım qəpiyə də ehtiyacım var. Götürürəm vəsöhbəti bitirirəm. O, bitir. Susur.

Qərargah rəisi hadisəni eşidir, məni batalyona düşürür. MusayevCeyhun ordan da evinə qayıdır.

Qubadov Ceyhunu isəöldürürlər. Dəqiq bilirəm, onu eldəniz öldürüb. mehman razılıq verib, cavadsadəstək. Cəmi 3 nəfərdi AzərbaycanOrdusunu qıra-qıra gəlirlər. Bağırtılarını eşidirəm: "Ölməyən neçə əsgər qaldı, bir addım qabağa çıxsın!"

Ceyhun Musaoğlu

TƏQVİM / ARXİV