adalet.az header logo
  • Bakı 18°C

Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli?

ETİBAR CƏBRAYILOĞLU
37053 | 2013-01-12 02:40
"Yuğ"un tövbə oyunu üzərində qurduğu tamaşanın anonsu

Öz daimi tamaşaçılarını təəccübləndirməyi bacaran "Yuğ" Dövlət Teatrı bu yaxşılığından əl çəkməyə hazırlaşmır. Missiyasınasadiq qalan yaradıcı kollektiv 25-ci mövsümün planına uyğun olaraq yeni birtamaşanın ictimai baxışını təşkil etdi.

Argentinalı Kasares...

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yuğ"un divarları arasında ərsəyə gələn səhnə əsəri "Qəbir qazma üsulu" adlanır. Tamaşa Argentinayazıçısı A.B.Kasaresin əsəri əsasında hazırlanıb.

Uzaq Argentinadan olan müəllif bizə yaxın görünən mövzuya toxunub.Bir-birini sevən iki gənc ailə qurur. Onların bir istəyi da var.Gözdən-könüldən uzaq bir yerdə iş qurmağı planlaşdırırlar. Nəhayət, belə birməkan tapırlar. Aldıqları ev və açdıqları kafe xəyallarında canlandırdıqlarıməkana necə də uyğun gəlir... Tam xoşbəxt olmaq üçün bəs nə çatmır?

Maddi sıxıntılar bu iki gənci sıxır. Belə bir məqamda xeyirxah bircənab gənclərə pul borc verməyə razı olur. Təbii ki, şərtinə əməl olunacağıhalda. Gənc ailə bu cənabı da başladıqları işə şərik etməlidirlər.

Kafeni açıb işə başlayırlar. Lakin yenə nəsə çatmır. Nə? Kafeyəmüştəri gəlmir. Hər gün üst-üstə yığılan borcları necə qaytarmaq olacaq? Buyükün altından çıxmağın mümkünsüz olduğunun fərqindədilər. Amma çılğın gənclərşəhərdən gələn təklifləri də rədd edirlər. Qurduqları bu məkanı şəhərə dəyişməkistəmirlər.

Bu zaman tale onların qarşısına bir qadın çıxarır. Özü də çantası pulladolu bir qadın! Lakin bir-birini sevən iki gənc taleyin sınağından çıxabilmirlər. Onlar pula görə bu qadını qətlə yetirməklə cinayətə əl atırlar.Üstəlik, müdhiş cinayəti törədənlər günahlarını yumaq barədə düşünmürlər. Necədeyərlər, cinayət digər cinayətlərə yol açır. Sıralanan cinayətlər dəlicəsinəbir-birini sevənlərin sağlam ailəsinə zərbə vurmaqla yanaşı hətta onlarınfiziki həyatlarını da məhv edir.

Cinayəti bir yerdə törədən insanlar bir-birlərini sevən iki gəncolduğundan bu qədər günahın içində ailələrini qoruyub saxlaya bilmirlər.Ailənin dağılması sevgilərinin məhv olmasına və sonda onların ölümünə səbəbolur.

Müəllif Kasaresin fikri "Yuğ"Teatrının poetikasına uyğundu.

6 nəfərin qurduğu...

Əsəri dilimizə tərcümə edən və səhnə variantını hazırlayan GümrahÖmər həm də tamaşanın quruluşçu rejissorudu. "Yuğ"teatrının yetirməsi Gümrah Ömər digər teatrlarımızda da uğurlu tamaşalarhazırlayıb. İstedadlı rejissor "Qəbir qazma üsulu" üçün maraqlı komanda formalaşdırıb. Əməkdar rəssam Rəşid Şeriftamaşanın quruluşçu rəssamıdı. Umay Həsənova obrazların geyim eskizlərinihazırlayıb. Ramiq Mehdi ilə Mələk Vəlizadə musiqi tərtibatçılarıdı. AnarMikayılova xoreoqraflıq həvalə olunub. Rejissor assisenti isə AytənMəmmədovadı.

Quruluşçu rejissor Gümrah Ömərin başçılıq etdiyi yaradıcı komandanıntamaşaçıya mesajı var- Mənəviyyatlı insan qarşısına çıxan hər hansı birproblemi cinayət yolu ilə həll etməyə çalışırsa o, məhvə məhkum olacaq.

...və 4 aktyorun yaratdığı

Bu mesajı necə və kiminlə çatdırmalı? Təbii ki, aktyorlarla. Özü dəaktyorların istedadlıları ilə. Tanrıya şükür ki, "Yuğ"dabu sarıdan problemi yoxdu.

Gümrah Ömər bu tamaşada görün kimlərə güvənib- Yaqut Paşazadə, OqtayMehdiyev... Hələ bu harasıdı - əməkdar artistlər Sonaxanım Mikayılova, VidadiHəsənov.

4 istedadlı aktyordan ibarət güclü bir arsenal.

Yaradıcı heyət tamaşaçının aktyorla nəfəs-nəfəsə qaldığı bu səhnədə "Qəbir qazma üsulu"nu ustaca mənimsəyib. Premyeranınvaxtı da dəqiqləşib- yanvarın 19-u. Bircə detal çatışmır-siz tamaşaçılarınreaksiyası.

İndi sıra sizdədi...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV