adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ƏSKİ YARALAR

VƏSİLƏ USUBOVA
27914 | 2013-01-12 02:38

Türk seriallarının birində bu adda mahnı oxunur. Elə həzin, elə incə,yandıran, göynədən bir kədər var ki, bu mahnının həm sözlərində, həm dəmusiqisində - dinlədikcə ayaqlarının nə zaman yerdən üzüldüyünü, dərdli başınınbuludlara necə dəydiyini belə duymursan. Üstəlik, göz yaşlarıng Necə rahat,necə isti-isti axır sifətinə, boyun-boğazına. Kədərin də sevimlisi, məhrəmiolurmuşg İlahi, necə qıyırsan sevimli bəndələrinə bunca ayrılıq iztirablarını,həsrət üzüntülərini... Ucu-bucağı, sonu görünməyən qüssədi bu. Üfüqlərindənöqtə boyda ümid işartısı da yox ki, dərindən bir ah çəkib ovudasan könlünü,rahatladasan dəmir qəfəsdə quş kimi çırpınan, boğulan ürəyini...

Amma nə xoş, nə məhrəm kədərdi bu. Məcnunsayağı vurulursan ona.Rəbbinə dualar edirsən ki, səni ayırmasın bu şirin, dadlı üzüntülərdən. Füzulikimi təbibə yalvarırsan ki:

Sən can almaqla yəqin,

bir fayda verməzsən cana

Şövqı-ləlimi çıxar

mümkünsə candan,

ey təbib...

Görəsən, onun qədər bəşərə sevgi öyrədən, eşq iztirablarından zövqalmağı sevdirən, cana yeridən ikinci bir şair olubmu?! Olacaqmı?!.

***

Bütün sınananlar hamı üçün deyil. Biz uşaq olanda böyüklər deyərdilərki, ilan yuxuda məleykədi (mələk yox, məleykə!). Yol kimi, yaxın adamınıngəlişi kimi yozanlar da vardı.

Mənsə... yuxuda ilan görəndə ən əziz adamımı itirmişəm həmişə.

Canımı dişimə tutub qəzet-jurnallarda, ekranda belə görəndə gözümüyumduğum bu soyuq, zəhərli varlığı xoş üzlə qarşılamağa, "qarı düşməni dost eləməyə" çalışdım...

Bir deyimi də sınamaq istədim bu ilin gəlişində. Təzə ili necəqarşılarsan, elə də başa vurarsan, demişlər. Hər bayram gecəsində dolusüfrələrin, pəncərəmdə parıldaşan fişənglərin, bayırdan gələn səs-küyünboğazıma yığdığı qəhəri boğub şən olmağa çalışdım. Bacardım da... Sən demə, mənəməlli-başlı riyakarmışam. İkiüzlülük, artistlik eləmək də gəlirmiş əlimdən.Ancaq... cəmi beş gün keçmiş qara su ilanı soyuq, boz sifətini göstərdi...

...Müəllimlər günündə zəng vurmuşdum ona. Hələ naz eləyib boynunaminnət də qoymuşdum: "Bax, sən heç mətbuat günündə məni təbrik eləmədin..." Özünəməxsus yumşaq, qılıqlısəsiynən günahını boynuna almışdı. Əslində, bu günah deyildi. Sadəcə, xəbəriolmamışdı...

Dekabrın 31-də axşamüstü zəng vurdu. Heç birimizin ağlına da gəlməzdiki, bu onun son zəngi, bizim axırıncı söhbətimizdi. İlin son günü, son saatlarıvə... son zəng...

Evin yıxılsın, fələk...

İnnən belə nə o həlim səsi, nə də isti "dayıqızı" kəlməsini eşitməyəcəm...

Bu şaxtalı, sazaqlı günlərdə canımdan, ürəyimdən bir parçanı kəsibağzı yumulmayan qara torpağın soyuq qoynuna apardı...

Nə vaxtsa, hardasa bir misra şeir oxumuşdum:

Təbii sularla yumaram səni

Suyun gözlərimin qarasındadı...

Yağış damcılarının səsini eşidirəm. Tanrı da qəbrinə o ki, var nurçiləyir. Bizim göz yaşlarımızı yumaq istəyir torpağından. Ziyalıydın, axı... Nurlu adamıydın...

Ölənlər öldürür bizi...

Qoymurlar yaşamağa...

Biz insanlar özümüzü aldatmağa yaman aludəyik. Nə qədər bəzəsək də,nə qədər şəninə isti, tərifli sözlər desək də, xislətini dəyişən deyilsən...

İstər qara ol, istər ağ...

İlansan ki, ilan...

***

"Nə qədər ki, sağdı, heç kəsixoşbəxt saymaq olmaz".

Görəsən, Balzak niyə belə deyib?!.

"Kim deyir ki, ölüm qorxuludur?Niyə sən bilmədiyin bir şeydən qorxursan? Niyə bu yad yerdən (bu dünya) çıxıbgetmək səni qorxudur? Bu dünya sənin evin deyil, axı..." Bunu da qədim filosoflardan biri deyib. Heç bilmirsən, sevinəsən,yoxsa, kədərlənəsən. Nədən yad olmalıdı bu dünya bizə?! Biz gözümüzü açıb onunişığını, Günəşini, Ayını görmüşük. Anamızın qoynunu, isti nəfəsini duymuşuq.Hələ sevgimiz... Necə yad deyək ona? Varlığını, yoxluğunu bilmədiyimiz xəyalibir aləmə dəyişək onu?!. Yox, yox! Kim nə deyir-desin, ölüm dəhşətlidi, sözünözündən buz kəsir adamın ürəyini, canını. Bütün gözəlliklər bu dünyadadı. Bütünayrılıqların başında durur O.

Ölüm... Məchulluq, qeyri-müəyyənlik...

Kimsənin dönmədiyi, xəbər gətirmədiyi bir dünya...

***

Hələ ondan da betər yaraları var ömrümüzün...

"Ölüm Allah əmridi, ayrılıqolmayaydı..."Elə o da belə deyir. Ruhumu ağrıdan o mahnının səsləndiyi serialın qəhrəmanı: "Mən ölməkdən qorxmuram. Bir dəsəni görməyəcəyimdən qorxuram..."

Qorxmağa dəyər...

Ən qorxulusu da odur ki, çoxları bilə-bilə ayrılığın üstünə gedir.Onu qovmaq, uzaqlaşdırmaq əvəzinə, qucaq açırlar. Boş başlarının, axmaqdüşüncələrinin ucbatından dadsız bir ömürə məhkum edirlər özlərini...

Onsuz da bu dünyanın başı üstündən əbədi bir Kədər asılıb Domoklqılıncı kimi. Ölümün labüdlüyü. Qaçmaq mümkün deyil bundan. Sevdiklərimizyanımızda olsun, barı. Ayrılmayaq, birgə qarşılayaq bu bəlanı.

Bəlkə... Ölümsüz edə bildik bu dünyanı...

***

Necə qaçaq səndən, necə qurtaraq canımızı?! Dilimiz bunu desə də,üzümüz sənə tərəfdi həmişə. Təzə yaralar incitmir ki, adamı. İsti-isti gülləyarası da ağrıtmır, deyirlər. İllər ürəyimizin üstünə tayalar kimi dərd yığır.Xəbərimiz olmur necə oyulur, necə yeyilir içimiz. Bəlkə də ən qaranlıq zindanlarıöz içimizdə gəzdiririk. Ən qalın divarları uçura, ən möhkəm qapıları qırabilirik. Təkcə sinəmizdəki məhbəsdən qurtulmağı bacarmırıq.

Onu sən tikmisən, Kədər...

Bəs, niyə bu qədər əzizsən?! Başımızdan çıxarsaq, köksümüzdən atsaq,özümüz öz gözümüzdən düşərik. Niyə qorxuruq bundan? Kədərsiz, qüssəsizyaşamağın nəyi pisdi ki...

"Şairlər dünyanın dərdlərinigəzdirir bətnində. Hökmdarlarsa dərddən qaçır".

"Nizami" filmində Xaqaninin diliylə deyilir bu sözlər.

Görəsən, hansı yaxşıdı?!

Şair olmaq, yoxsa, hökmdar?!

Siz istədiyinizi seçin. Mənsə, Çingiz Əlioğlunun fikriynən şərikəm...

Qəmlərini, kədərlərini

Yığ bir yerə,

Bir şıltaq sevinc də at üstünə.

Qoy alışsın,

Otur, qızın istisinə...

Vəsilə USUBOVA

[email protected]

TƏQVİM / ARXİV