adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SƏNİ İNTERNETDƏ GÖRÜBLƏR...

FƏRİDƏ RƏHİMLİ
54349 | 2013-01-12 02:27
- Xala, səni internetdə axtarırlar!

- İnterpolda axtarmasınlar, internetin qorxusu yoxdu!

Səsindən, zarafat eləmədiyini indi fərq etdim. Sən demə, bir tanışailənin Orxan adlı oğlu google-da kimisə axtararkən soyadım uyğun gəldiyindənmənim adımı görüb və o, öz axtardığını unudub, mənim səhifəmlə maraqlanıb.Sonra da qohum-əqrabasına zəng vurub Tahirinxalasını internetdə gördüyünü təlaşla(!!!) xəbər verib. "Gördün aaz, o da... Tay kiməetibar qaldı."O birisi də: "Aaz,ola bilməz, yaxşı bax...""Allah haqqıodu!" dialoqu iləbir-birinə xəbər verərək məni internetdə axtarmağa başlayıblar!..

Əvvəlcə gözüm yaşarıncaya qədər güldüm bu xəbərə. Onların dəhşətli bir hadisə olubmuş kimi gözlərinibərəldib, əlini ağzına apararaq sanki facebook səhifəsində deyil, fahişəxanada(ifadəmə görə üzr istəyirəm -F.R) görüblərmiş kimi "ola bilməz!" deməklərini təsəvvür edib, təkrar-təkrar gülməyə davam etdim. Ammasonra bu cahilliyin qarşısında köməksiz olduğumu anlayıb, məyus oldum. Bu qədərinkişafın içində bu qədər cahillik, nadanlıq görmək, türklər demiş, "fazla gəldi" mənə... Əli əleyhissalamın kəlamını xatırladım:Cahilləri başa salmağa çalışmayın, mən heç nəyə nail olmadım!

Allah sizə rəhmət eləsin, böyük Sabir, Mirzə Cəlil! Həyatınızı,ömrünüzü millətin maariflənməsinə sərf etsəniz də, millətimiz dəyişmir ki,dəyişmir... Baxın, XXl əsrin adamlarıdı bunlar! XlX əsrin əvvəlindən bəri zərrəqədər də nə maarifləniblər, nə də cahillikdən uzaqlaşıblar. "Qəzet almış Hacı Əhməd də!!! Baa, oğlan, nəmənə..." ilə "Onu internetdə gördüm! Ola bilməz!!!" ifadələri nə qədər də oxşar bədbəxtliklərimizdəndi... İki əsrərzində səviyyədə, intellektdə, beyinlərin inkişafında... irəliyə bircə addımda ata bilməyən yazıq bizlər!

Orxanların dünyagörüşü bazar səviyyəsindən, inkişafı yeni kələklər,fırıldaqlar öyrənərək kimə necə mal sırımaqdan, maraq dairəsi evlənməverilişləri, arvad paltarı geyinərək tamaşaçıdan ucuz gülüş qoparanlar və düşükseriallardan ibarətdir. Ona görə də İmam Əlinin tövsiyəsini yada salıb susuram.Amma dərd bununla bitsəydi nəydi ki...

Dünyada baş verən yeniliklər, bir çox ölkələrdə hələ yeni-yenireklamı edilən elektrik və ya texniki avadanlıqlar bizim ölkədə çoxdan istifadə olunur. Bizişbazlarımızın fərasəti sayəsindəbunlara nail oluruq. Məsələn, uzun illər dövlətçilik təcrübəsinə malikqonşu Türkiyədə bu məsələlərə bir az ehtiyatla yanaşılır deyəsən. Çünki,məsələn onların televiziya kanallarında reklam olunan mobil telefonlar biziməyninə şalvar, yeməyə çörək almağa pulu çatmayan gənclərimiz üçün artıq köhnəlmişmodel hesab edilir. Yaxud, notebooklar. Rahatlıq, vaxtdan səmərəli istifadə,elm artırmaq üçün istifadə olunmalı bu texniki vasitələr çox zaman bizdə vaxtöldürmək, yumşaq desək, avaralanmaq, "qız tutmaq"(!), sevgili tapmaq, qeybət etmək üçün işlədilir.

Əlbəttə, söz yox ki, bizim elmli, bilikli gənclərimiz də var vəinternet bu yolda onların əvəzsiz köməkçisidir.

Facebook dostluğunun bir çox müsbət tərəfləri var. Yeni insanlar,maraqlı fikirilər, dostlar arasında paylaşılaraq düşündürən, güldürən, ağladan,təəsüfləndirən, maarifləndirən şəkillər, yazılar, statuslar, şərhlər günününbir neçə saatını, dəqiqəsini boşa xərcləmədiyini sübut edir. Bu imkanlardanistifadə edərək çox şey öyrənir, həm də vitual dostlarının daxili aləmini kəşfedirsən. Üzünü belə görmədiyin, yaxud başqa keyfiyətlərlə tanıdığın, bəzən gündəlik həyatda əhəmiyyət vermədiyin birinsanın dostluqdakı fikir və mülahizələrini oxuyub onun haqqında nə qədəryanıldığını hiss edirsən. Belə səviyyəliinsanların olduğuna, hələ də hər şeyin sonu olmadığına sevinirsən. Yazılanstatusa bildirilən şərh və münasibətlərdən hər kəsin savadı da, tərbiyəsi də,səviyyəsi də müəyyən olunur. Bəzən isə tərbiyəsinə şübhə etmədiyin birisininvirtual aləmdəki həngamələrini görüb məətəl qalırsan! İnsan çox mürəkkəbməxluqdu...

Gəlin görək neçə faiz istifadəçilər internetdən maariflənmək,kitablar oxumaq, yeni əsərlərlə tanış olmaq, dünyadakı yeniliklərə baş vurmaq,maraq dünyasını genişləndirmək üçün istifadə edir. Porno filmlər, erotikşəkillər, gündəlik xəbərlərlə maraqlananda isə yuxarıdakı mövzunu xatırladanbaşlıqları olan xəbərləri tıklamaq, ən yaxşı halda sevgili axtarışı... Bu, istifadəçilərin bəlkəsəksən faizinin gündəlik marağıdır. Düzdü, Facebookda da hamı elm dəryasıdeyil. Bəzən dostluq təklifi alanda baxırsan doğulduğu, təhsil aldığı məkana,iş yerinə, yaşına fikirləşirsən ki, bunun dostluq təklifini qəbul etmək olar.Qəbul edən kimi isə - mənasız suallar, özünüreklam, bayağı , savadsız yazıtərzi, kimsən, haralısan, görüşə bilərikmi, şəkildə çox gözəlsən - dən tutmuşbaşqa ucuz komplimentlərə qədər mənasız şeylər... Bunlara baxıb bəzən orxanlarıqınamırsan. Oxumuşlarımızın düşüncəsi bu qədər bəsit olduğu halda orxanlara nəhacət...

"İnternetdə" məni axtaranlar! Çox əziyyət çəkməyin. "Ədalət" qəzetinin facebookdakı səhifəsinə girsəniz, kifayətdi. Amma kaş ki,o axtardığınız vaxtı mənə yox, elmə, inkişafa, maariflənməyə sərf edəydiniz!Mən oxuduqlarımı oxusanız, mənim maraq dünyama yaxınlaşsanız, mənim virtualdostlarımı tanısanız, onların bildiklərinin yüzdə birini mənimsəyə bilsəniz,bəlkə cahillik girdabından bir az uzaqlaşmış olarsınız. İçinizdəki qurdları,məkri, nadanlığı dondurub, bütün gününüzü sərf etdiyiniz qeybətlərin vaxtınıbircə kitab, yaxud qəzet-jurnal oxumağa sərf etsəniz, uduzmazsınız, inanın!

Bəlkə bunları yazmaqla boşuna zəhmət çəkirəm? Əli əleyhissalam nədemişdi: Cahilləri başa salmağa çalışmayın, mən heç nəyə nail olabilmədim!

Fəridə RƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV