adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MÜSADİR

MƏMMƏD DƏMİRÇİOĞLU
32542 | 2013-01-12 02:25
1-ci hekayət

1983-cü ilin bahar ayları idi. O zamanlar "Reklam kombinatı" adlanan müəssisədə rəssam olaraq işləyirdik. Amma ədalətsizliyin başalıb getdiyi bir zamanda çəkdiyimiz əməyimizin bəhrəsini görmürdük, haqqımızınədalətsiz olaraq başqaları tərəfindən məınimsənildiyini görüb bir neçə rəssamdostumla birgə etiraz səsimizi ucaldası olduq və dərhal da işdən qovulduq.Məyusluq içində nə edəcəyim haqda düşünüb bir qərara gələ bilmirdim. Atamınsəsinə bu ümidsiz xəyallardan ayrıldım.

- Oğul, gedək Süleyman dayıngilə, Müsadir də Özbəkistandan gəlib, həmdə onunla görüşək. Mən də dostumçün çox darıxmışam, - deyib onlara getməkistəyini bildirdi. Elə mən özüm də Müsadirlə görüşmək arzusundaydım.

Atamla birgə Süleyman dayıgilə qonaq getdik. Biz hələ Qazaxda,Qarayazıda yerləşən "meyvə-şitilçilik" sovxozunda yaşadığımız illərdə əslən İncəli olan Süleyman dayı iləatam möhkəm dost idilər. Zamanın gərdişinə rəğmən Bakı şəhərinə köçən Süleymandayısız qəribsəyən atam da Bakıya köçmüşdü.

Xoş-beşdən sonar Müsadir Özbəkistandakı işlərindən söhbətlər açıb,məndən Axmatcan Adilovun (Özbəkistanda Çust, Pap vilayətlərının birinci katibiidi) portretini işləməyimi xahiş edib əlvə olaraq söylədi ki, Adilov ŞərəfRəşidovdan sonra (Özbəkistanın birinci katibi idi) ölkələrinin ikinci şəxsidi.Hətta Rəşidovun özü belə Adilovla hesablaşır. Əgər portret xoşuna gəlsə siziÖzbəkistana dəvət edə bilərəm, orada siz öz gələcəyinizi bərpa edəcək işlərgörəcəksiniz, deyərək mənə qol-qanad verdi.

Beləliklə, işlərin hamısı uğurlu alındı və biz yazın sonuncu ayı, hələistilərin yenicə başlayacağı bir zamanda, işdən birgə üsyan edib qovulduğumuzdostum Rişi Ariflə Cığatay ellərinə səfər etməyi qərarlaşdırdıq.

Təyyarədən sanki sehrli bir nağıllar aləminə düşmüşdük. İnsanlarınzahiri görkəmi, az qala bir-birindən seçilməyən Özbək çöhrələri, əyinlərindəkimilli geyimləri ilə al-qumaş içində zər-zibalara qərq olmuş Özbək xanımları vəbütün gördüklərimiz əfsanəvi bir nağıla, sehrli bir röyaya bənzəyirdi.

Müsadirin yaşadığı Namanqan vilayətinə gəlib çıxdiq və ilk olaraqheyran qaldığımız yarlı-yaraşıqlı mərkəzi parkda bir az gəzişmək qərarınagəldik. Özbəklərin özlərinə məxsus zəngin koloriti ilə pozulmaz harmoniyadaolan parkın əlvan landşaftı, damarlarda qanı coşdurub, şux əhval-ruhiyyə ovqatıyaradan musiqi sədaları, üzündən-gözündən qayğısız-qəmsis gülüşlər əksikolmayan əlvan geyimli, başı ağ araqçınlı, hörükləri çiyinlərindən sinələrinəsəpələnmiş qırx hörüklü Özbək qızları, başı dördkünc tubuteykalı, əyni çapanlı,beli qurşaqlı, qurşağı xançallı Özbək əkələri bu harmoniyanın pozulmazvəhdətini təşkil edirdi.

Əzəmətli və yaraşıqlı ağacların kölgəsinə qoyulmuş tapçanların (taxt)üstınə Özbək butalarıyla işləmələri olan kilmlər döşənmiş, ortasına süfrələrsalınmışdı. Dəstə-dəstə çaya, çörəyə gələnlər həmin süfrənin arxasında bardaşqurub oturur, iri tabaqlarda ortalığa qoyulan plovu hərə bir yandan ovuclayıb,baş barmaqlarının köməyi ilə aş qazanlarına (mədələrinə) ötürürdülər. Hərdən dəqarşılarında buğlanan piyaluşqalara (Özbəklər çayı, üstü butalarla bəzədilmişxüsusi piyalələrdə içirlər) əl ataraq balaca qurtumlarla çay içib, "alin, alin" -deyərək ət tikələrinibir-birinin qabağına itələyərək iştahla yeməyə davam edirdilər.

Biz əvvəlcə çay içmək qərarına gəlib çayçıya yaxınlaşdıq. Çayçı, dəmçaynikinə bir qaşıq çay ataraq üstünü qaynar suyla doldurub bizə verdi. Ariftəəccüblə mənə baxıb:

- Deyəsən binlar çayı dəmləmədən içirlər, - deyib əkəyə bir manatuzatdı. Getmək istəyirdik ki, özbək arxadan:

- Akə, tenqelerinqinizi alinqiz, - deyib bizi səslədi və bir ovucqəpiyi Arifin ovcuna tökdü.

Mat-məəttəl tapçana qayıdıb bardaş quraraq oturmaq istədik, lakinbardaş qura bilməyib tapçanın küncündə oturaraq piyalələrə çay süzdük. Lüləkdənsüzülən sapsarı çayı görən Arif geri qayıdaraq çayçıya şikayətləndi ki, bu nəçaydı vermisən bizə. Müsafir olduğumuzu anlayan çayçı gülümsəyərək anlatdı ki,bu göy çaydı, onu dəmləmirlər, sadəcə ilk piyaləni geri qaytarıb sonra içirlər,- deyib onu başa saldı. Qəpikləri sayan Arif gileylə:

- On qəpiyə olan çay belə olar, - deyib çayı dodağına apardı vədərhalda çaydan imtina etdi.

Ac olduğumuzdan iri ağacın altinda xüsusi mətbəxə bənzəyən yerdəocaqlar üstündə buğlanan aş qazanlarını görüb onlara yaxınlaşdıq ki, özbəkplovundan biz də yeyək. Qazanların yanında düzülmüş bəzəkli, boş kasalardan hərəmizbirini götürərək aş paylayana yaxınlaşıb plov istədik. Başı tubuteykalı şişmanözbək maraq dolu nəzərlərlə bizi süzüb plovun satılmadığını söylədi. Bizcibimizdən pul çıxarıb ona uzatdıq ki, pulumuz var, verin biz də yeyək. Yaxıntapçanda oturmuş bir qrup özbəkdən daha şişmanı qaqqanaq çəkərək güldü vəaşpaza dedi ki, akə, görmüyəpsənmi mexmondirlər, bir kasa berinqiz, -deyib biziyanlarına çağırdılar. Azərbaycandan təzə gəldiyimizi eşidən əkə aydınlıqgətirmək üçün dedi ki, bu plovu satmaq üçün bişirməmişik. Dostlar yığışaraqxaşar (sabrazim) etmişik. Bazarlığı özümüz edib, yeməyi də özmüz üçünbişirmişik. O ki , belədi mehmanımız olun, - deyib bizə hədsiz mehribançılıqgöstərdilər. Sonra isə dostluq əlaməti olaraq bir xışma düyünu ovucları iləsıxa-sıxa yumrulayan həmin şişman - ağzını aç- deyərək küftə boyda olan sıxmanı baş barmağınıntəkanıyla ağzıma dürtdü. Möhkəm-möhkəm sıxılmış düyü ağzımda açılıb o qədərçoxaldı ki, hər iki ordum şar kimi şişdi, gözlərim hədəqədən çıxdı. Mənim buhalımı görən əkələr şaqqanaq çəkib gülüşdülər və Arifi bu oyuna salabilmədilər. Plovu bir təhər üyüdüb əlimi kasya uzatdım. Göy çaydan bir qurtumudub özümə gəldim. Beləliklə, özbəklərlə dostlaşıb yarı rus dilində, yarı özdilimizdə gəlişimizin məqsədini söylədik. Müsadirin adını eşidən özbəklər: -onu Namanqan vilayətində tanımayan yoxdu, - deyib bir-birinin sözünə qüvvətverə-verə Müsadirin şücaətlərindən danışmağa başladılar. Boyca daha uca, irigövdəli, süysünün arxası buğum-buğum qat bağlamış cavan özbək dəsmalla əllərinisilib sözünə davam etdi:

- Əkə, mən onun bir hekayətini öz gözlərimlə götüb heyrətə gəlmişəm,- deyərək həmin hekayəti nəql etməyə başladı.

- Müsadir eşitmişdi ki, sevdiyi xanım ona xəyanət edərək bir özbəkbokusçu ilə görüşür. O səbəbdən bokusçunun evinə gedir, qapını döymədən təpikləvurub açır və içəri girir. Boy-buxunca ondan daha qamətli olan boksçuÖzbəkistan çempionu idi. Dostum olduğundan mən də onlarda idim və bugözlənilməyən açqarik qonağı (Müsadir həmişə eynəkdə olub) görən kimi tanıdım.Bokusçu dostum Raxman əkə isə onu tanımayıb heyrətlə ayağa durdu və nə üçünicazəsiz gəldiyini soruşdu. Açqarik ona məhəl qoymadan qızın saçlarından tutubsürüməyə başladı. Çaş-baş qalmış dostum üzümə baxanda ona işarə etdim ki,səbirli olsun, nəticə faciə ilə nəticələnə bilər. Müsadir isə heç kimə məhəlqoymadan palçıqlı ayaqqabısı ilə xalçaların ustündə var-gəl edir, hərdən masaüstündəki konyak şüşəsini heç kimdən icazə istəmədən başına qaldırıb bir neçəqurtum alır, hönkürtü ilə ağlayan qızı hədələyir və nəyə görə ona xəyanətetdiyini soruşaraq saçlarından tutub otaqda sürüyürdü. Bütün bunlara dözməyəndostum hərəkətə gəlmək istəyirdi ki, Müsadirin sərt baxışları onu yenə dəyerində oturaraq tamaşaçı olmağa məcbur etdig

Açığını deyim ki, mən Müsadiri belə tanımırdım. İdmanla məşğulolmasını, cəsur və cəsarətli olduğını bilirdim. Amma bu dərəcədə döyüşkən ruh sahibi olmağını bilmirdim. Sonrazalım dövranın, amansız mühitin onunla etdiyi rəftarını yadıma salıb, onun hərhansı bir istiqamətə dəyişməsinə haqq qazandırdim.

Müsadir əslən İncə Dərəsinin Aslanbəyli köyündəndir. "Müsədir öyü" kimi İncə Dərəsində hörmət və ləyaqətiylə sayılıb-seçılən birşəcərənin nümayəndəsi olan Müsadir, "Xalq Təsərrüfatı" institutunu qırmızı diplomla bitirmiş, elə həmin ili də MərkəziUnivermaqla üzbəüz yerləşən böyük bir qastronomun müdiri kimi fəaliyyətəbaşlamış və az keçməmiş paytaxtın ən hörmətli və imkanlı adamlarından birinəçevrilmişdi. Qısa zamanda işgüzarlığı və ədəb-ərkanıyla yuxarıların nəzərinicəlb edən Müsadir 70-ci illərin ortalarında "Neftçilər" metrosunun yaxınlığında yenicə istifadəyə verilən "Okean" adlı nəhəng balıq mağazasına müdir təyin olunur.

Elə burada da onun karyerasına son qoyulur və çox keçməmiş sifarışləvəzifəsindən azad edilərək həbs cəzasına məhkum olunur. Cəzasını çəkdikdənsonra Bakı şəhərində yaşaya bilməyibÖzbəkistanda işləyən Əhməd əmisinin çağrışıyla ora gedir, bir müddət Çust, Papvə digər rayonlarda ticarət işləriylə məşğul olur. Zamanın sərt və amansızgərdişi onu özünə müxlif edir, ürəyində daş əkib, daş becərdiyindən xaraktercədəyişir, üzləşdiyi haqsızlığa, imansızlığa qarşı çox qəddar və amansız olmağabaşlayır. Yaşadığı ərazilərdə artıq onu heç kimə, heç nəyə baş əyməyən birAzərbaycanlı ərəni kimi tanımağa başlayırlar və həmişə də onunlahesablaşırlar.g

Yenicə dostlaşdığımız özbəklər Müsadirin igidliyindən, mərdliyindən,səxavətindən, eyni zamandaədəb-ərkanından söhbət açaraq onu da qeyd etdilər ki, o, həmişəhaqsızlığa qarşı zor göstərib, ona toxunmayana toxunmayıb. Sonra isə bizimləvidalaşaraq onun müdiri olduğu "Disqobarın" üçüncü mikrorayonda olmasını söyləyərək bir taksi ilə bizi orayayola saldılar.

O dövr üçün çox modern bir stildə tikilmiş "Disqobar"ın qonağı axşamlar daha çoxolardı və bu şən məkanda Müsadirin qorxusundan heç bir dava-dalaş olmaz,sevinclə gələnlər məmnun halda geri dönərdilər.

Bizi çox yaxşı qarşılayan Müsadir gözəl bir dost süfrəsi açaraq özüdə bizə qoşularaq xeyli şənləndi, razıqalaq deyə əlindən gələni etməyə çalışaraq qarşıda bizi gözləyən işlərdənsöhbətlər açmağa başladı. Elə bu ara Disqobarın səsli-küylü zalına sükut çökdü.Heç bir şey anlamayan Müsadir musiqiyə nədən ara verildiyini araşdırmaq üçünayağa qalıxdı. O, hər şeyi dərhal anladı. Qapıdan içəri girən ucaboylu ikinəfər gənc saymazyana ədayla musiqini dayandırmağı əmr edərək Müsadirisoruşdular. Açıq-saçıq geyimli cazibədar qızlarla içəri daxil olan bu gənclərigörən qonaqların əksəriyyəti onların kim olduğunu tanıyaraq yerlərinə oturdu,qalanlar isə ayaq üstə dayanaraq nə baş verəcəyini gözləməyə başladılar.Müsadir daha təkəbbürlu, ucaboy,enlikürək gəncə yaxınlaşıb:

- Xoş gəldin, Akbarcan, - deyərək onu mehribanlıqla qarşılayıb,xüsusi hazırlanmış masalara dəvət etdi.

- Müsadir, buranı azad et. Hamını çıxar, mən dostumla şənlənmək istəyirəm.Özün bilirsən ki, biz şənlənən yerdə heç kim olmamalıdı, əmr elə hamı buranıtərk etsin, -deyərək Akbar dik Müsadirin gözlərinin içinə baxdı.

- Akbar aka, axı mən bunu edə bilmərəm. Camaat bilet alıb, hər kəs özsevdiyi xanımıyla şənlənib əyləndiyi halda mən onları necə çıxara bilərəm?

- Sən deyəsən mənim kim olduğumu unutmusan. Yəni mənim sözümün üstünəsöz də qoymağa cəsarət etdin? - deyərək qaba söyüşlərlə Müsadiri söyməyəbaşladı. Adətən əsəbləşəndə hirsini dişlərini bir-birinə sıxaraq xırçıldatmaqlasoyudan Müsadir, yenə də dişlərini xırçıldadaraq:

- Akbar, sən də məni tanıyırsan, söyünş söymə, gəl məni də başadüşməyə çalış - deyib, ürəyində "Nəhlət sənə kor şeytan"- deyərək xatanı sovuşdurmağa çalışdı.

Qəzəbdən gözləri qan çanağına dönmüş Akbar səsini bir az da ucaldıbyenə qaba söyüşlərlə onu təhqir edərək Disqobarı boşaltmağı əmr etdi. Bu dəfəMüsadirin dişlərinin xırçıltısını hamı aydınca eşitdi və onun nə edəcəyini gözləməyə başladılar...

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV