adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN

TOFİQ ABDİN
27566 | 2013-01-12 02:21
2012-Cİ İLDƏ ƏN ÇOX OXUNAN YAZIM

VİDADİ MƏMMƏDOV - 1 (1968 dəfəOXUNUB)

Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da, artıq yaşamağadavam edirəm. 70 yaş az yaş deyil. Şükürlər olsun Allahıma, bu yetmiş ilin69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm. Bu yetmiş ilin ATA-ANA bölümünühamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim buyetmiş yaşa çatmağımda, bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlarolub. Geriyə baxanda həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli vəçətin olsa da, deyim ki, həm də maraqlıdı. Bu insanların bəzilərini itirsəm də,şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davamedir və Allah onlara uzun ömür versin. BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqındadüşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çoxbağlanmalı oluram. Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dadverir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından birnovruzgülü kimi boy verir.

BU İNSANLAR KİMLƏRDİ?

Bir neçə il öncə sevgili Azər Abdulla mənə bir məktub yazır ki, bəsxahiş edirəm sən mənə Şahmar (69-cu illər nəslinin vaxtsız itirdiyimiz biryaradıcısı) haqqında yazı yaz. Ona xüsusi bir nömrə həsr eləyirəm. Mənbilmirəm, Azər Abdulla Vidadi Məmmədov haqqında belə bir fikrə düşüb, yadüşməyib və yaxud bəlkə də belə bir nömrə hazırlayıb, ya hazırlamayıb, amma mənona belə bir cavab yazdım:

"Əziz və Hörmətli Azər!

İstanbulda mənən çürüdüyüm bu yeddi ildə Bakıdan məni təkidləxatırlayan bir Adam varsa o da Sənsən. Təbii sənin bu xatırlamanda mən bir "İnad" hissinin də olduğunu görürəm və inan ki, bu da mənə ləzzət eləyir.

Bilmirəm, bəlkə də bir az tale oxşarlığı və bəxtin gətirməməyi kimibir hiss də var sənin bu "İnadının" içində, amma bu "İnad"məni son dərəcə rahatladan və özümə bir az da hörmətimi artıran, uşaqlarımınyanında başımı yuxarı eləyən bir "İnad"olduğu üçün (uşaqlarımın və ailəmin mənə nə yazdıqlarından xəbəri yoxdur) sənəminnətdaram.

Bax, Azər, mən Əlidən (60-ci illərin başqa bir yazarı) gileylideyiləm, amma bunu düşünürəm ki, mən Əlini çox sevirəm, amma düşün ki, sən necədəfə mənə məktub yazsan da bir dəfə də olsun Əlinin də "sənə salamı var deyə bir şeyyazmamısan" (hər haldamən xatırlamıram bu anda) ola bilər ki, mənim bu yeddi ildə bir dəfə Bakıyagəlişimdə onunla görüşə bilmədiyimin (amma o şərt qoydu harda görüşək) bunda müəyyənbir təsiri var, amma məndən də asılı olmayan şeylər ucbatından biz görüşəbilmədik.

Mən bu Əli məsələsini elə-belə yazıram ki, bəzi şeylər sənə aydınolsun və sənin İnadının mənim üçün nə dərəcədə qiymətli olduğunun da fərqindəolasan.

Məlumun olsun ki, bir çox şeylər qazansam da (xüsusiylə Türkiyəni vəburadakı Türkləri tanımaq acısından və buraları başa düşmək baxımından və birçox yazılar yazmaq baxımından) Türkiyədə "yaşadığım və yaşayacağım" illər mənim ömrümün ən Dəhşətli və məndən asılı olmadan ən Alçaq(yəni qarşı tərəf üçün, bir Ağdamlı müəllim var Konyada, Novruz müəllim, birkərə o, mənə dedi: "sən niyə özünü bu qədər üzürsən, səni bu günə salanlar üzülsün". Əsil qiymət idi bu) illəriniyaşadım.

Təbii bu uzun bir ömür hekayəsidi ki, bunu Nazim Hikmət Sovetlərdəyaşadı, amma böyük fərqlə yaşadı, ona görə ki, ruslar heç olmasa ona sahibçıxdı və o özü bunu istəmədi.

Təbii bir çox yazılarımda mən bunları anlatmağa çalışmışam, ancaqbunu mən hekayə-filan və yaxud Anar müəllim yazdığı kimi povest yoluyla deyil,birbaşa bir həyatın hekayəsi olaraq bu gün də yazdığım ən kiçik xəbərdən tutmuşən böyük yazıma qədər onların hamısında butün bunlar var.

Mən belə bir yazım var: "Sonunda Adil Qaçayoğlu da dilləndi: uşaqlar təhsilini bitirsin, çıx gəl bəri..." və bir zaman "Ortadoğu" qəzetində çap olunan bir yazı davar "Çək git,arkadaş" adında... Oyazıları da bu məktubla sənə göndərirəm.

Nəysə... Rəhmətlk Şahmar haqqda mən yazı yazmağa hazır deyiləm vəyazsam da bu ortabab bir xatirdən o yana getməz, çünki, Şahmarı bir türlü dahageniş yadıma sala bilmirəm və hekayələrini heç xatırlamıram, neçə gündürxatırlamaq istəsəm də...

Mənim üçün Sənət və Yazı Bir Cümlədi, Bir Sətirdi, Bir Sözdür və yaBir Kəlmədi və buna görə də bu dəqiqə bu kəlmələri, bu sözləri Şahmarın yadımdaqalmayan heç bir sənət əsərindən də seçib tapa bilmirəm və bir də inan ki, buxatirə kimi şeylər yazmaq mənə artıq ağır gəlir. Gəncliyimizdə başqalarınagülürdük belə şeylər yazılanda, indi özümüz bu işlə məşğuluq ki, buna da mənyaxşı baxmıram, amma Anar haqqında yazımda yazdığım kimi elə şeylər var ki,onları yazmaya bilmirsən. Şahmar son dərəcə gözəl aktyor (Kukla teatrındakıhəyatını deyirəm) və "son dərəcəsiz" gözəl bir yazıçı olsa da İstanbulda bu ağır və əzablı qürbətdəyaşadığım illərdə çox az yadıma düşüb.

Ola bilər bu bir günahdı və ola bilər mən vəfasızlıq (orijinalındaeşşəklik) eləyirəm, (sənə olan bu məktubumu istədiyin qəzetdə çap etdirəbilərsən, amma heç nəyi dəyişmədən). Olanı budur.

Mənim onun haqqında yazacağım şeylər bu dəqiqə mənə əzab vərməkdənbaşqa bir şey olmaz, çünki, yaza bilmirəm.

Sənə olan bu məktubum su kimi axıb gəldiyi halda onun haqqındayazacağım yazı bir o qədər incidəcək məni...

Hazır deyiləm, hazır...

Şahmar Aktyorluq və Yazarlıq arasında faciəli bir həyat yaşayan sənətadamı oldu ki, bunu araşdırmağa indi hələlik hazır deyiləm (amma içimdə bununacı toxumları var) və mən bu faciəni hələ o zaman da görürdüm və özünə dədemişdim...

Son dərəcə kritik bir vəziyyətdəyəm, bu vəziyyətimi sevdiyin ("n" hərfidir bu, "m" hərfi deyil)Türkiyəni "525"-ə göndərdiyim bir çox yazıdaanlatmağa çalışıram, təəssüf ki, onları da bəzən şəxsi şeylər bilib çap etməkdəçətinlik çəkirlər...

Gələcəm bir gün və Səninlə bir qəzet buraxacağıq və o zaman sən də,mən də yenidən doğulacayıq... Ömür vəfa etsə..."

...Belə bir məktub yazdım və inanın ki, bu məktubda bir şey əksik idivə indi onu əlavə eləyirəm: canım Azər, əgər sən məndən Vidadi Məmmədov (bundansonra Vidadi Məmmədovun adı keçən yerlərdə seçdirmə ilə yazılmış kimioxunmasını rica edərdim) haqqında bir yazı istəsəydin onu canla-başla səninüçün yazardım... İnan ki, bu heç də Şahmara və onun qələminə hörmətsizlikdeyil, bu elə bir sirrdir ki, mən bunu izah eləməyə belə çətinlik çəkirəm.Çünki Vidadi Məmmədov bizim nəslin (60-cı illərin son çərəyinin) ən möcüzəlibir Adamı və Yaradıcısı idi...

Və həyatı da beləcə davam edirdi...

Bunu bizim yazar dostlarmız hamısı bilir və hətta onun bir az tezölməyi də bir çox faciələri aradan qaldırdı ki, bunu indi izah etməyə imkanbelə yoxdu və izah etmək mümkün deyil. Heç gərək də deyil.

Amma bütün bunlara baxmayaraq Vidadi Məmmədov mənim üçün bir möcüzəİnsan olaraq və Möcüzə Yazar olaraq qalmaqdadı. Halbuki, inanın Vidadi Məmmədovözü dəfələrlə etiraf etmişdi ki, mən "Araz"kinoteatrının yanındakı çayxanada Tofiqə yanaşdım və dedim: "mən sənin yazılarını oxumuşam".

Və yenə də nəsə şirin bir söz demək istəmiş, mənsə həmən demişəm: "gözüm aydın oxumusan".

Mən bunu özümü tərif üçün xatırlamadım. Mənim üçün Vidadi sonralarelə bir yaradıcı və insan oldu ki, onun mənim haqqımda kiçik bir şey deməsinəçox ehtiyac duyurdum və bir zaman "Ədəbiyyat" qəzetində bir dəyirmi stol keçirdi, orada publisistika şöbəsinəbaşçılıq eləyəndə, məni də ora çağırmışdı və mən belə şeyləri heç sevməsəm dəqaça-qaça getdim o dəyirmi stola...

Heç unutmuram: görkəmli və unudulmaz yazarımız Sabir Əhmədov Vidadihaqqında gözəl bir ifadə demişdi:

"ƏDƏBİYYATA BU CÜR ADAMLAR DALAZIMDI".

Sabir müəllimin Vidadi Məmmdova verdiyi bu qiymət həqiqətən sondərəcə layiqli bir qiymət idi və bu ifadədə Vidadinin yazar kimliyi, şəxsiyyətibir az zədə görsə də, amma çox dəqiq bir ifadə idi.

"Bu cür"... Yəni nə cür?

Təbii mənim düşüncəmə görə Sabir müəllimin bu fikri beləaçıqlanmalıdı və bir yazı adamı olaraq mən bunu belə yorumlardım.

AMMA ÖNCƏ BİR QISA AÇIQLAMA:

Vidadi Məmmədov adda-budda yazan bir Yazar idi, amma son dərəcə gözəlbir Yazar idi. Vidadi Məmmədovun vurtut bir neçə hekayəsi və bir neçəpublisistik yazısı çap olundu. Mən illər sonrası unudulmaz yazarımz Yusif Səmədoğluhaqqında bir vəda yazısı yazanda Yusif Səmədoğlu haqqında belə yazacam: "Bilirsən Vaqif, qardaşın Yusifədəbiyyatda bir şeyi təsdiqlədi: cilid-cilid yazı yazıb yazıçı olmaq olmaz. Budünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəlyazmaq şərtdir... Qardaşın, Yazıçı Yusif Səmədoğlu bilinən bu həqiqəti bir dahatəsdiq etdi, bir neçə əsər yazaraq. Sayılacaq qədər əsəri var. Ammaunudulmayacaq və şeir kimi xatırlanacaq əsəri var".

Təbii bizim ədəbiyyatımızda Vidadi Məmmədovun yerini heç də YusifSəmədoğluyla müqayisə etmək olmaz və əgər Vidadi Məmmədov ömrünə düşən buyazarlığı tam istifadə eləsəydi, Yusif Səmədoğlu kimi əsərlər yaza bilərdifikri mübahisəli olsa da, Vidadi Məmmdov da eynən Yusif Səmədoğlu kimi az yazıbyaddaşlarda (bu Vidadiyə aiddir) və az yazıb ədəbiyyatda (bu isə Səmədoğluyaaiddir) qalmağı bizə göstərdi və göstərdilər..

(davam edəcək)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV