adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ALLAHI QATİL EDƏNLƏR

AQİL ABBAS
96273 | 2013-01-12 00:05

(Əvvəli ötən sayımızda)

Çiçəyi burnunda olanlardan biri tez qaçıbeyvandakı soyuducudan bir butulkamineral su gətirdi, ağzını açıb stəkana tökmək istəyəndə batalyon komandiributulkanı alıb suyu çəkdi başına, qalanı ilə də boyun-boğazını islatdı:

- Oxxaay! Siz burda kef edirsiz. Qədrimizi də bilmirsiz. Hə, Akademikyenə nə mühazirə oxuyurdu?

Akademik:

- Yoldaş leytenant, mən mühazirə oxumurdum. Deyirdim, biz buraəsgərlik etməyə gəlmişik, yoxsa fəhləlik etməyə?

Batalyon Komandiri gözləmədiyi cavabdan tutuldu:

- Nə dedin? Bir də təkrar elə!

- Deyirəm, biz bura Vətəni müdafiə etməyə gəlmişik, yoxsa Komandirənökərçilik etməyə?

Batalyon Komandiri əsəbi halda yerindən elə qalxdı ki, Çiçəyiburnunda olan əsgərlər qorxdu və bağırdı:

- Qalx! Farağat! Sənə on gün qauptvaxt elan edirəm!

Farağat vəziyyət almış Akademik:

- Yoldaş Leytenant, deyəsən akademiyanı zəif oxumusuz, nizamnaməniyaxşı bilmirsiz. Sizin mənə on gün həbs verməyə səlahiyyətiniz çatmır. Siz mənə yalnız iki gün həbs elan edə bilərsiz.

Dədələr pıqqıldaşdılar, digər əsgərlər də onlara qoşuldular. BatalyonKomandiri əyri-əyri pıqqıldaşanlara baxdı:

- Hırıldamıyın, ə! - dedi və səhvini düzəltdi: - Yaxşı, Akademik! Mənsənə iki gün qauptvaxt elan edirəm. Eybi yox, beş gün də Komandir verir.

Akademik güldü:

- Oldu, iki gün qauptvaxt! Amma yoldaş leytenant, burda qauptvaxtyoxdu, generalın zirzəmisinə salacaqsız, yoxsa tikdiyimiz it damına?!

- Yox! İndi hərbi hissədən maşın çağıraram, gəlib səni aparar.

Bayaq Akademikə dəstək verən Ağsaqqal başını buladı:

- Akademik, sənə bu lazım idi?!

***

Qan iyinə çaqqallar qaçıb gəlmişdi və meyitin ətrafındafırlanırdılar. Hələ qoxusu çəkilməmiş barıtın qorxusundan meyitə toxunmurdular.Barıtın qoxusu çəkildikcə çaqqallarürkək-ürkək cəsədi didişdirməyə başladılar.Və əgər şəhərdən qayıdan içi əsgərlərlə dolu maşın gəlib çıxmasaydı,yolun ortasında qalmış cəsədi çaqqallar parça-parça edəcəkdi. Maşın dayandı,amma deyəsən çaqqallar çox həyasız idilər, qorxub qaçmadılar. Zabit çaqqallarıqorxutmaq üçün havaya bir-iki əl atəşaçdı. Çaqqallar da vaqqıldaya-vaqqıldayaöz dillərində Zabitə söyə-söyəgötürüldülər. Zabit yolun ortasındakı meyiti görəndə yerindəcə dondu, sonrayavaş-yavaş meyitə yaxınlaşdı, əvvəl-əvvəl elə bildi Komandirin sürücüsüdü,amma kiteldəki ulduzları görəndə...

Əsgərlər də maşından töküldülər, ammaZabit əsgərləri meyitə yaxınlaşmağa qoymadı, əmr elədi:

-Yaxın gəlməyin! Heç nəyə də toxunmayın!

Sonra Zabit təcili hərbi hissəyə telefon açdı:

- Komandiri vurublar!

Bu xəbər təkcə hərbi hissədə deyil, şəhərdə də bomba kimi partladı.Yarım saat keçməmiş şəhərin bütün rəhbərliyi hadisə yerində idi.

Yemək-içmək məclisindən yarımçıq qalxmağa məcbur olmuş Şəhər Meridilxor-dilxor dedi:

- Hamımız zibilə düşdük, günümüzü göy əskiyə bükəcəklər!

Prokuror heç nə olmamış kimi soyuqqanlıqla:

- Niyə? Biz öldürmüşük?!

Mer:

- Elə danışırsan, elə bil adicə bir adam öldürüblər. Hamımızın başıağrıyacaq.

Prokuror Zabitə göstəriş verdi:

- Heç kəsi əraziyə buraxmayın. Əsgərləri dağıt meşəyə, qabaqlarına kim çıxsaşapparlayıb gətirsinlər bura! - sonra üzünü maddım-maddım meyitə baxan PolisRəisinə tutdu: - Sən niyə atıla-atılagəlmisən? Hanı sənin itin.

Rəis:

- Yoldadı, indi çatır.

Meyiti incələyən Kriminalist elə bil zərgər idi, brilyantın xalis olub-olmadığını öyrənməkistəyirdi, neçənci dəfə idi ki, əlindəki lupa ilə güllə dəyən yerlərə baxırdı.Başını qaldırıb əsgərlərin meşəyə dağıldığını görəndə soruşdu:

- Bunlara kim əmr verdi?

Prokuror:

- Mən! Qoy meşədə kim qabaqlarına çıxsa tutub gətirsinlər.

Kriminalist başını buladı:

- Cənab Prokuror, əvvəla ölümün üstündən bir saat, bəlkə də daha çoxvaxt keçib. Hansı axmaq bu vaxta qədər oturub gözləyər ki, gəlib onu tutsunlar.Bəs onda iti neyləyirsiz? Kimin izin götürəcək? Əsgərlərin?! - sonra üzünüZabitə tutdu; - Çağır əsgərləri geri.

Zabit bilmədi kimin əmrini yerinə yetirsin, gah Kriminalistə, gah daProkurora baxdı.

Prokuror Zabitə:

- Yaxşı, əsgərlərini geri çağır,- dedi, sonra Kriminalistdən soruşdu;- Nə öyrənə bildin?

Kriminalist:

- Ov tüfəngi ilə vurublar, özü də təklülə olub: - meyitinyaxınlığında tapıb kiçik salafan torbaya qoyduğu dəmir gilizi göstərdi; -Gilizi çıxarıb atıb, tüfəngi təzədən doldurub. O biri giliz yoxdu, deməli,silahda qalıb. Birinci güllə çiyninə dəyib. Öldürücü olmasa da vaxtında yardımedilməsə qanaxmadan yəqin ki, öləcəkdi. İyirmi-iyirmi beş metrdən, təxminən, -əlilə yoğun gövdəli bir palıd ağacını göstərdi; - bax o ağacın arxasındanatıblar. İkinci gülləni isə kişiliyinə vurublar, özü də dayayıb atıblar. Bugüllədən dərhal sonra keçinib.

Prokuror:

- Pahatonnan, gör harasından vurublar ey, adamın orasına təpikdəyəndə az qalır nəfəsi kəsilsin, ondakı güllə ola - dedi və meyitə yaxınlaşıbdiqqətlə güllə dəyən yerə baxdı, dağım-dağım olmuşdu.

Mer Kriminalistdən soruşdu:

- Dedin harasından vurublar?

- Kişiliyindən.

Mer əlini-əlinə vurdu:

- Sən öl, namus məsələsidi. Rəhmətliyin oğlun nə vaxt axtarırdın, saunada tapırdın.

Prokuror ətrafdakılara göz vurub Merə dedi:

- Ehtiyatlı ol, sən də saunaya yaman tez-tez gedirsən ha.

Mer Prokurora gözünü ağartdı:

- Zarafat vaxtı deyil!

Sürücü Prokurora yaxınlaşdı:

- Şef, sizi yuxarıdan istəyirlər, - dedi və telefonu ona uzatdı.

Prokuror telefonu alıb ətrafdakılara:

- Başladı! - dedi və bir kənara çəkildi.- Eşidirəm.

Telefondakı adam:

- Sizinlə general danışacaq.

On-on beş saniyə keçməmiş telefondan Generalın səsi eşidildi:

- Salam!

- Salam, cənab General.

- Hardasan?

- Hadisə yerində.

- Nə baş verib orda?

Prokuror çevrilib bir daha meyitə tərəf baxdı:

- Hərbi hissənin Komandirini atıblar. Kriminalist işləyir. Mer dəburdadı, Polis Rəisi də. Korpus komandiri də yoldadı. İşləyirik.

- Bunu bil, bu cinayətin açılmasına başınla cavabdehsən. Xətrini çoxistəyirəm, yerində olan kadrsan. Amma bu cinayətin üstünü açmasan, məndənincimə. Mən də yuxarıların qarşısında başımla cavabdehəm. Başa düşdün də! Nə köməklazımdı edəcəm. Kriminalistin təcrübəlidi?

- Bəli. Kriminalistimizdən bəlkə də ölkədə yoxdu. Bu günədək elə bircinayət olmayıb ki, aça bilməsin.

- Ona de, əgər bu cinayətin üstünü açsa, səni mərkəzə gətirdəcəm, onuda sənin yerində oturdacam. Allah köməyiniz olsun! Di sağ ol!

-Sağ olun, cənab General!

Prokuror telefonu qapatdı, döndü Merin yanına.

Mer başı ilə göyə işarə elədi:

- Yuxarıdandı?

Prokuror:

- Hə,- dedi, sonra üzünü tutdu Kriminalistə: - Yuxarıdan zəng eləmişdilər. Dedilər ki, əgər bu cinayətiaçsan, səni mənim yerimə qoyacaqlar.

Kriminalist işindən ayrılmadan:

- Cənab Prokuror, Allah sağlığınıza qismət eləsin, mənim sizinyerinizdə gözüm yoxdu. Öz yerim də pis deyil, buna dəyməsinlər, Əzrayılınbalası mənə lazım deyil.

Prokuror:

- Dostum, sən bu işi aç, ən böyük hədiyyəni məndən alacaqsan. Qorxma,məni çıxarmayacaqlar ey, işi açsan, məni də yuxarı aparacaqlar.

Mer:

- Qəribə adamlarsız ey, meyit qalıb ortalıqda, vəzifə bazarlığıedirsiz.

Prokuror:

- Neyləyək, hərənin çörəyi bir şeydən çıxır, bizimki də meyitdən.

Nəhayət Kriminalist işinitamamladı:

- Cənab Prokuror, meyiti götürə bilərlər. Meyit yarılandan, birdə ballistik ekspertizadan sonra əsas rəyə gələ biləcəyik, -bıçaqla qazıbtorpaqdan çıxardığı gülləni də kiçik bir salafan torbaya qoydu və verdiekspertə: - O biri güllə bədənində qalıb.

Bayaqdan heç bir söhbətə qarışmayan, kənarda dayanıb siqaretisiqaretə calayan Qərargah Rəisi, sanki ona da güllə dəymişdi, nəhayət dilləndi:

- O gərək çoxdan yerini dəyişib başqahissəyə gedəydi. Mən bilirdim bununaxırı yaxşı olmayacaq. Yüz dəfəözünə də demişdim. Eşitmədi. Bu da sonu.

Prokuror:

- Düz deyirsən. Yeddi-səkkiz ayda üç çepe, bu da dördüncü.

Qərargah Rəisi:

- Hələ ikinci hadisədən sonra, dedim ki, yerini dəyiş. Yuxarıya dedimdə, yazdım da. Amma töhməti mən aldım. Əslində çepe çox olub, gizlətmişik,özümüz yoluna qoymuşuq. Hərbi hissə deyil ha, dəlixanadı. Biri özünü asır, biriözünü atır, biri avtomatı posta tullayıb qaçır, biri əsgər yoldaşlarınıgüllələyir. - Sonra tərs-tərs Prokurora baxdı: - Sizlərin dəsayeyi-mərhəmətinizdən heç kim də cəzalandırılmır.

***

Polkovnik:

- O Akademik yenə nə qələt eləyib?

Batalyon Komandiri:

- Əsgərlərə yenə mühazirə oxuyurdu. Keçən dəfə yeməklə bağlı az qalaqiyam qaldırmışdı. Guya evlərində bütün günü plov yeyirmiş itoğlu. Öyrənmişəm,bir həsirdilər, bir məmmədnəsir. Kolbasa yeməkdən bağırsaqları qurumuş biraspirant gəlib qarnı isti yemək görüb qudurub. On gün qauptvaxta qalmaq görünürona azlıq eləyib. Deyir ki, biz bura kimlərəsə villa tikməyə gəlməmişik, fəhlədeyilik. Səsinə səs verənlər də getdikcə çoxalır. Mən qauptvaxta salıram,Qərargah Rəisi çıxarır.

Polkovnik:

- Elə ona dil verib yoldan çıxaran Qərargah Rəisidi. Eybi yox, onunulduzunun birini qopartdırıb dalına yapışdırtmasam mən də, mən deyiləm. Yeriməgöz dikib, boynunun dalın görər. Sən belə elə, qauptvaxtdan sonra o Akademikdi,professordu, nədi bas sonuncu posta. Mən deməyənədək də dəyişmə. Qoy ağlıbaşına gəlsin. Yaxşı bunlar öz yerində, tikintidə vəziyyət necədi? Vaxtım yoxdudeyə bir həftədi dəyə bilməmişəm.

-Normal gedir, yoldaş Komandir, üç-dörd aya başa çatar. Bir də yoldaşKomandir, fabrik tikdirən dostumuz iyirmi-otuz əsgər istəyir, nə deyirsiz, göndərim?

Polkovnik qalxdı ayağa:

- Əlli işimizə yarayır, bir on-on beş nəfər göndər. Özün də oAkademiki gözdən qoyma. Yenə ora-burayazsa səni cəzalandıracam.

***

Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından dayelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi.Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma sökübatmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləriçırtlayandan, arandan yaylağa köçən kimi neçə illər idi dağlar düşmən əlindəolduğundan yaylağa həsrət qalmışdılar, köçürdülər bu tutun altına, yemək-içməyidə burda yeyərdilər, çox vaxt qonağı da burda qarşılayıb, burdan yolasalardılar.

Ağacın altında şitili çıxmış bir dəmir çarpayı da vardı ki, qışdada burda olardı, üstünə bir köhnə palazsərmişdilər, palazın da üstə bir döşək, bir dənə də böyük mütəkkə atmışdılar.Havanın qırışığı açılandan qaş-qabağı tutulana qədər Ata bəzən gecələr burdayatardı.

Oturmuşdular tutun altında. Evin xanımı günortadan asdığı lıqlamabozbaşdan bir boşqab çəkib qoymuşdu ərinin qabağına, özü isə çay içirdi:

- Ay kişi, uşaq dörd-beş aydan çoxdu əsgərlikdədi. Burdan-bura birdəfə də olsun yanına getməmisən. Odur ey, qonşunun uşağı da onunla bir vaxta gedib. Hər həftə arvadı davurur qoltuğuna gedirlər uşağa dəyməyə. Hələ məzuniyyətə də gətirdilər, düz birhəftə qaldı evdə. Sən də bir get komandiriylə tanış ol. Görüm-baxım elə, qoy uşaqdan muğayat olsun. Yoxsa elə bilərləryiyəsizdi. Allaha şükür imkanımız da hamınınkından yaxşıdı.

(Ardı var)

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV