TARLA NƏFƏS-NƏFƏSƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
60217 | 2016-01-23 10:36

Açığını deyim ki, onun barəsində o qədər də böyük bilgim yox idi. Vəhətta bildiklərimi də demək olar ki, unutmuşdum, çünki bu, unutqanlıq deyilən bəlabizim qanımızda-canımızdadı. Üstəlik bu canımızda-qanımızda olan bəlaya haqqqazandırmaq üçün bir deyim də uydurmuşuq: Gözdən uzaq olan, könüldən də uzaqolar...

Bəli, bu gün gözümüzü sözün həqiqi mənasında yağır edən, gözümüzləbirlkdə əsəblərimizi də, hətta ürəyimizi də tapdalamaqdan yorulmayan kifayət qədərmusiqiçi var... ifaçı var... həmin zümrəyə aid olanlar var və körpə uşaqdantutmuş ağlı yerində olan hər kəsə qədər bu gözümüzü yağır edənləri soy-kökünə qədər,bəzən hətta geyiminə, maşınına, mobil nömrəsinə qədər tanıyırıq. Hətta bəzən uşaqlarımızözlərini onlara bənzədirlər. Çünki onlar gündəmdədi, onlar hamıdan yaxşıyaşayır, onlar "qaz vurub, qazan doldurur”, amma sənətləri?.. Bu, başqa birmövzudu. Bu barədə danışıblar, danışırlar, danışacaqlar da...

Mən bu solaxay girişi elə-belə etmirəm, çünki barəsində azacıq məlumatıolan bir sənət cəfakeşinin haqqında yazmaqda qərarlıyam. Bu qərarı öncə birağsaqqal tövsiyəsiylə qəbul etdim, onun ərkinə qarşılıq olaraq. Sonra ürəyim bu qərarla ikiəlli razılaşdı vəonda anladım ki, həqiqətən ağsaqqal məsləhəti çox şeyə qadir imiş, həm çəkisində,həm məntiqində, həm də faydalılığında...

Deməli, yeni ilin ilk ongünlüyündə şəxsiyyətini, qələmini, ruhunu, eləcədə ailəsini çox yüksək dəyərləndirdiyim yazıçı-publisist Əlövsət Bəşirlitelefonda mənə bir sual verdi:

-Həmid Vəkilovu tanıyırsan?

Bir anlıq duruxdum, fikrə getdim. Atüstü yaddaşımı vərəqlədim:

-Nəsə bu ad mənə tanış gəlir mənə əlir...

Əlövsət Bəşirli:

-Bu günlərdə onun səhnə fəaliyyətinin 50 illiyi tamam olacaq. Sənəmaraqlı olsa, barəsində bir şey yazarsan.

Necə deyərlər, arifə bir işarə bəs edər. Elə həmin gün sosial mediadabir axtarış etdim və yaddaşımda ilişib qalan Həmid Vəkilovu bir az da yaxındantanıdım, ifasını dinlədim. Tam səmimiyyətlə deyəcəm, ifa mənə çatdı, ammaiçimi, duyğularımı tərpətmədi. Elə bil arada nəysə var idi, dayanmışdı və imkanvermirdi ki, mən o ifanı başlanğıcdan sona qədər görüm, yəni mən ifanıeşidirdim, amma görmürdüm. Ona görə də o ifanı görmək üçün nəsə etməliydim.Ağlıma yenə Əlövsət müəllim gəldi. Ondan xahiş etdim ki, Həmid müəllimlə bağlı əlindəolan yazılı materiallardan oxumaq, tanış olmaq üçün mənə də versn. Sağ olsun,sözümü yerə salmadı. Redaksiyadakı görüşlərimizin birində mənə xeyli yazı təqdimetdi. Fürsət tapan kimi oxudum o yazıları. Təbii ki, hər kəs öz duyduğu,düşündüyü kimi yazmışdı və bu yazıların hər birində Həmid Vəkilov müxtəlifprizmalardan təqdim edilirdi. Bu müxtəliflik də mənim fikirlərimi haçalayırdı.Sanki gözlərim önündə bir neçə Həmid Vəkilov dayanırdı. Çox çətin durumda hissedirdim özümü, nəsə etməliydim. Mütləq bu yazı yazılmalı və mən də bunun üçün Həmidmüəllimin ifasını görməliydim...

Günlərin birində Əlövsət müəllim yenə köməyimə çatdı. Ölkənin ən əzəmətliünvanlarından biri olan Filarmoniyaya dəvətnamə gətirdi mənə. Yanvarın 15-dəkeçirilən konsertə dəvətnamə idi.

Deyəsən ip ucu tapılırdı. Ona görə də tərəddüd etmədən, necə deyərlər,deyiləın vaxtda deyilən yerdə oldum.

Konsertin giriş hissəsində sənətşünas Səadət Təhmirazqızı yığcam birçıxış etdi. Əslində bu, çıxışdan çox bir xatırlatma idi, kifayət qədərtamaşaçısı olan zala xatırlatma. Hamı kimi mən də bu xatırlatmada Həmid Vəkilovubir musiqişünas, bir pedaqoq, bir ifaçı, bir bəstəkar kimi tanımağa başladım.Onun 50 illik sənət yolunda hardan başlayıb, hara gəldiyini, nələrə nailolduğunu, nələrin altında imza atdığını Səadət xanımın dilindən eşitdim. Və bueşitdiklərim yaddaşıma yazıldıqca mən artıq Həmid müəllimin ömürlüyünü gözümünqarşısına gətirirdim və yavaş-yavaş görürdüm ki, uzaqdan, lap uzaqdanortaboylu, üz-gözündən şıltaqlıq və bir az da yumor qarışıq gülüş tökülən bir məktəbligəlir. Bir əlində tar, o biri əlində isə, daha doğrusu, çiynində isə məktəbçantası... və dövrünün bütün uşaqlarına xas olan bir çalar onda da özünü büruzəverirdi. Bu da ağır müharibədən çıxmış bir ölkənin ziyalı ailəsinin tərbiyəetdiyi uşağın inadkarlığı idi. Yəni, məqsədəvə mərama doğru inamlı və inadlı getmək. Hətta bir anlıq mənə elə gəldi ki, heçkim o uşağın əlindəki tarı çəkib ondan almaq gücündə deyil. O, tarı elə içdən gələnbir sevgi qarışıq güclə ovcunun arasında tutub ki, bu cür yalnız sənə sənin qədərdoğma olanın əlindən, biləyindən, ətəyindən tuta bilərsən...

Bu uşaq səkkiz yaşlı Həmid Şamil oğlu Vəkilov idi.

Elə buradaca bir zəruri haşiyəçıxım. Məşhur Vəkilovlar soyundan olmaqla böyük Səməd Vurğunumuzun yaxın qanqohumu idi və onların ailəsində musiqiyə, xüsusilə saza bir böyük sevgiolduğundan bu sevgi də kiçik yaşlı Həmidin təkcə yaddaşına, ürəyinə deyil, həmdə bütövlükdə qanına da hopmuşdu. Ona görə də o, valideynləri onu musiqi məktəbinətar sinfinə aparanda az qala uça-uça gedirdi. Və bu səkkiz yaşlı uşaq o vaxtkıpionerlər evinin nəzdindəki tar dərnəyində çox qısa bir zamanda təkcə şagirdlərin deyil, eləcə də müəllimlərindiqqətini özünə çəkə bildi. Xüsusilə onun istedadını ilk andan hiss edən, görənƏlağa Mövsümov və Azər Rzaquliyev Həmidin demək olar ki, tara hər gün bir az daartıq yaxınlaşdığını, bir az dab tarla doğmalaşdığını müşahidə etməkdən zövqalırdılar. Burda bir müəllim - bağban zövqü də, bir musiqi ilə yaşayan insanzövqü də hakim idi. Hər iki məqamda onlar Həmidi tarın yeni səhifəsində, yeniünvanında görməklə həm də onu bu ünvana tərəf qanadlandırırdılar. O isə...

Bəli, Filarmoniyanın möhtəşəm zalında hamı gözünü səhnəyə zilləmişdi.Hamı nəfəsini içində tutub saxlamışdı. Çünki professor Həmid Vəkilov tarla söhbətedirdi. Və biz də onların söhbətini dinləməkə yanaşı, həm də dinlədiklərimizlə yaşayırdıq.Həmid Vəkilovun barmaqları tarın simləri üstə gəzirdi. Ürəyi isə o simləri eləbil özünün tellərinə çevirmişdi və barmaqlar altında ürəyin telləripıçıldayırdı. Möhtəşəm bir musiqi görkəmli bəstəkarımız Tofiq Quliyevin "Qızılüzük” mahnısı Həmid Vəkilovun ürəyindən barmaqlarına, barmaqlarından sinəsinəsıxdığı tarın simlərinə, ordan isə bizim hər birimizə tərəf yol gəlirdi vəinanmaq olmurdu ki, tar bir mahnını bizə yaşadır və özü də bizimlə birlikdə birmahnının içində yaşayır...

Elə bu yerdə bir xatırlatma etmək istəyirəm. Bunu mənə Həmid müəllimözü danışıb. O deyir ki, günlərin birində mənə xəbər çatdırdılar ki, maestro səniaxtarır. Həm maraq, həm də təlaş içərisində Filarmoniyanın rəhbəri olan maestroNiyazinin yanına getdim. Otağa daxil olubsalam verdim. Üzümə baxıb soruşdu:

- Kimsən, nə istəyirsən?

- Məni siz çağırmısınız. Mən Həmid Vəkilovam.

- Hə, yadıma düşdü. Ötən həftə televizorda "Qızıl üzüyü” ifa edən sənidin? Xoşum gəldi. İndi də onu mənim üçün çalacaqsan, xoşum gəlməsə, özündən küs! – deyib, masanınüstündəki iri külqabına baxdı.

Həmid müəllim deyir ki, hamımız maestronun xasiyyətini gözəlbilirdik. Bir şey onun xoşuna gəlmədisə, vay o adamın halına. Ona görə də biraz pörtmüş halda xahiş etdim ki, icazə versin pianoçunu da çağırım. Və mən onunadından zəng etdim. Bir azdan pianoçu xanım gəldi və biz ifa etməyə başladıq. Məntar çalanda həmişə gözlərimi yumuram. İfanın bir məqamında hiss etdim ki,maestro "dayan!” dedi. Gözümü açanda onun əlinin iri külqabıya tərəf getdiyinigördüm, amma üzündə xoş bir ovqat var idi. Anladım ki, pianoçuya - dayan!, -deyib. Mən şövqlə "Qızıl üzüyü” axıra kimi ifa etdim. Tarı sinəmdən ayırandamaestro dedi:

-Çox gözəl! Sabahdan ansamblda işə başlayarsan.

Bu, mənim Azərbaycanın dahi drijoru və bəstəkarından aldığım ən böyükmükafat idi.

Bəli, filarmoniyada hamı onu dinləyirdi. Mən də dinləyicilər arasındaSəadət xanımın onun barəsində söylədiklərini yenidən xatırladım. Bu xatırlatmada səbəbli idi. Çünki, tarın keçdiyi həyat yolunu izləyənlər bilir ki, bu müqəddəsvə qədim musiqi alətimizi böyük Mirzə Sadiq Əsəd oğlu (Sadıqcan) diz üstündənsinə üstünə qaldırıb. İnsanlar ürəklə tarı qoşalaşmış görüblər, qoşalaşmış dinləyiblər.Həmid Vəkilov isə tarın qarşısında ayağa durub və o, ilk dəfə tarı ayaq üstəçalıb. Bu yeniliyin, bu imzanın sahibi məhz Həmid Vəkilovdu. Mən bu faktı eşidəndənsonra bir daha tarla söhbət edən Həmid Vəkilova əvvəlkindən də artıq diqqət vəmaraqla baxdım. Və inanın mənə elə gəldi iki, müdrik səhnədə yanaşı ayaq üstədayanıb, mənə təkcə özlərindən yox, öz iç dünyalarından yox, həm də mənim özümdəndanışırlar. Mənə mənim özümü təkrar göstərib tanıdırlar. Ayaq üstə çalınan targözümdə tarzənlə birlikdə yeriyən, hökm edən bir nurlu simanı xatırlatdı.Bilmirəm o zalda əyləşənlərin hamısı bunu gördü, yoxsa yox, amma mən tarla bucür təmas qurmuş Həmid Vəkilovu məhz elə də gördüm. Həmid Vəkilov

Daha bir xatırlatma: Həmid Vəkilov1962-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxilolur. Burada o, Azərbaycanın musiqi tarixində tarzən kimi özünü təsdiq etmişƏhsən Dadaşov, Sərvər İbrahimov və digər müəllimlərdən dərs alır. Tarın sirlidünyasına bir az da yaxınlaşır, bir az da artıq daxil olur. Sonra...

Bax, elə Həmid Vəkilovun sığındığı və özünü həsr etdiyi tarınvarlığında daha bir yeniliyin məqamı bu zaman özünü büruzə verdi. Yəni, 1966-cıildə Həmid Vəkilov tarın qolunu iki-üç millimetr enlətməklə onun 2,5 oktavasını4 oktavaya yüksəltdi. Və bu da ona və digər musiqiçi həmkarlarına imkan verirki, F.Mendelsonun, D.Şostakoviçin, A.Zeynallının, eləcə də dünyanın və keçmişSSRİ-nin bir çox tanınmış bəstəkarlarının əsərlərini səsləndirsinlər. Yəni, HəmidVəkilov ayaq üstə çaldığı tarla indi ən məşhur bəstəkarların simfonik əsərləriniçox böyük məharətləı. Peşəkarlıqla ifa edirdi. Üstəlik o, həm də Niyazinin,Tofiq Quliyevin, Cahangir Cahangirovun həmçinin məhz onun özünə yazılmış Zakir Bağırovun müəllifi olduğu "Tar üçünkonsert”ini böyük şövqlə səsləndirirdi. Bu ifa üslubu isə artıq Həmid Vəkilovunşöhrətə gedən yolunu ölkə hüdudlarından uzaqlara istiqamətləndirmişdi. İndionun ifasını dünyanın neçə-neçə ölkəsində maraqla dinləyirdilər.

Bu günün özündə də Azərbaycanın böyük ifaçıları Əbülfət Əliyev, ArifBabayev, Səkinə İsmayılova, Qəndab Quliyeva, Baba Mahmudoğlu, Canəli Əkbərov vədigərlərini dünyanın ən böyük salonlarında müşayiət etdiyini şirin bir xatirəkimi dilə gətirən Həmid müəllim bu xatirələri özünəməxsus şəkildə bir az daduz, şəkər qatmaqla söyləyir. Təbii ki, bir dinləyici kimi mən də özümü həmin osalonların dinləyiciləri arasında görürdüm...

1967-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyayadaxil olan Həmid Vəkilov tətilini uğurla başa vurub, əmək fəaliyyətinə başladı.Onun Rusiya və dünya bəstəkarlarının iri həcmli mürəkkəb əsərlərini şövqlə, peşəkarlıqlaifa etməsi artıq bu ifaçıya təkcə tamaşaçı marağını deyil. Həm də tanınmışdünya şöhrətli bəstəkarların, musiqiçilərin də diqqətini artırmışdı. 1979-cuildə keçmiş Leninqradda VI ümumittifaq müsabiqəsində laureat adını qazanan HəmidVəkilov mötəbər münsiflər heyətinin əsl sənət nümunəsi nümayiş etdirən sənətkarkimi dəyərləndirirdi.

1992-ci ildə Həmid Vəkilov Türkiyyə Mədəniyyət Nazirliyinin Ankara GözəlSənətlər İdarəsinin dəvəti ilə qardaş ölkəyə işləməyə dəvət edildi. O, öncəAnkara Dövlət Türk Xorunda işlədi və çoxqısa zamandan sonra artıq o, solist kimi tamaşaçılar qarşısında çıxışedirdi. Bu çıxışlar ona uzman sənətkar şöhrəti qazandırdı. 17 il Türkiyədəçalışan Həmid Vəkilov doğma şəhərimizə qayıdandan sonra Milli Konservatoriyada fəaliyyətini davametdridi və ...

Filarmoniyanın zalında ifaçılar bir-birini əvəzedir. Gənc və tanınmış tarzənlər Sahib, Şəhriyar İmanov, Həmid müəllimin bəstələriniifa edirlər. Xüsusilə Şəhriyar İmanovun ifa etdiyi üç hissəli konsert mənibugünümüzdən alıb, Həmid müəllimin tarla ilk təmas qurduğu günə apardı. İfanınhissələri dəyişdikcə gözümün önündə Həmid müəllim də yeniyetməlikdən gəncliyə vəordan da bugünümüzə çox aramla, həm də sonsuz inadkarlıqla gəlirdi. Mən biranlıq özümü o ifaların içərisində çox havalanmış bir çəkildə hiss etdim. Çünkimusiqi milli olduğu qədər də müasir idi. Və bu milliliklə müasirlik bir-birinəelə sarılmışdı ki, sanki döyüşə gedirdi. Və mən onda öz-özümə pıçıldadım ki, HəmidVəkilovun bütün yaradıcılığında və bəstələrində "Cəngi” hakimdi. O, sanki ürəyiilə, duyğuları ilə, danışdırdığı simlərlə döyüşür və hər kəsi ayağa qaldırır.Bunu onun "Çılğın” bəstəsində də, "Şıdırğı” rəqsində də açıq-aşkar görməkmümkün idi.

Konsertdən sonrakı görüşümüzdə hiss etdiyim bu məqamıdilə gətirəndə Həmid müəllim təbəssümünü gizlətmıdən mənimlə razılaşdı. Hissetdim ki, onun musiqisini duymağım, onun musiqisi ilə yaşamağım professorun ürəyincəolub.

Bəli, bu gün ömrünün müdriklik çağını yaşayan, həyatının50 ilini sənətə, yəni ürəyinin özəyi olan tara bağışlayan Əməkdar artist,professor, bəstəkar, pedaqoq, xeyli sayda dərs vəsaitinin, həmçinin "Azərbaycantarı və onun ifaçılıq problemləri haqqında təkliflər” metodik vəsaitinin müəllifi,"Tarda dünya musiqisi” diski ilə dinləyicilərin məhəbbətini qazanmış HəmidŞamil oğlu Vəkilov iki qız atası olmaqla yanaşı, həm də iki nəvə sahibidir.Amma onun söhbətlərindən anladım ki, onun daha çox övladı var. Bu övladlar daonun bəstələri, ifalarıdır. Və bir də özünün və övladlarının güvəndiyitarıdı...

Hə, mən yazımın girişində Həmid Vəkilovu necətanıdığımı vurğulamışdım, amma təkrar etiraf edirəm ki, məhz qocamanyazıçı-publisist Əlövsət Bəşirlinin sayəsində mən Həmid Vəkilovu bütünlüklətanıdım və gördüm. Üstəlik xətrini çox istədiyim dəyərli həmkarım Dilarə Vəkilovanınqardaşı barəsində ürək dolusu bir sevgiylə dediyi sözlər onu mənə bir köynək dəyaxınlaşdırdı. Dilarə xanım mənə pıçıldadı ki, Həmid nə qədər zarafatcıl, şuxolsa da, o, hələ də nə qədər böyük sənətkar olduğunun fərqində deyil...

Bəli, mən bir etiraf da edim: tarla baş-başa, nəfəs-nəfəsəyaşayan Həmid Vəkilovun necə böyük bir sənətkar olduğunu təkcə özü deyil, eləbiz özümüz də bütünlüklə bilmirik, Dilarə xanım! Burada bizim də günahımız yetərincədi!..

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV