adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

YENİ İLDӘN GÖZLӘDİYİM

SEYFƏDDİN ALTAYLI
73849 | 2016-01-22 13:28

Türkiyәdә mәhkәmәlәrin gerçәklәşdirildiyi mәkanlarda"әdalәt mülkün tәmәlidir” şәklindә bir cümlә ilә әdalәtin nә mәnaya gәldiyiizah olunub. Ordakı mülk isә dövlәt mәnasındadır.

Әdalәt Adәm ata vaxtından bәri bәşәriyyәtin daimaxtardığı vә umumiyyәtlә mәzlumların zorbalara qarşı sığınacağı olub. Adәminoğulları Habil ilә Qabil arasındaki ixtilafı da ilahi xarakterli mәhkәmә nәticәlәndirib,bu hamıya mәlumdur.

Dünyamız artıq mәnә görә qocalıbdır, bizimlәtәzәlәnmәlidir. Terror, hәrblәr, aclıq, yoxsulluq, әtraf mühitin çirkliyi, tәbiәtinqәtl-qarәti, bәşәr vә heyvan hüquqlarının ayaqlar altına salınıb çığnanması,insanlar vә dövlәtlәr arasında gedәn hüquqsuz rәqabәt, qolu zorluların, güclülәrinzәiflәri әzib-çığnadığı, bir sözlә artıq cәngәl qanununun hökm sürdüyü bir mәkandavә çağda yaşayırıq. Sual verilә bilәr ki, bәs daha әvvәlki çağlarda belә şeylәrolmamışdı? Bәli olmuşdu, ancaq heç bir çağda bu qәdәr ağ elәmәmişdilәr. Qәdimvaxtların döyüş silahları ümumiyyәtlә kütlәvi deyil, fәrdi idi. Bir qolu zorluçıxanda heç olmasa onu yәrindә oturda bilәcәk bir neçә qüvvә tapıla bilirdi.İndi isә kütlәvi qırğın silahları hökm sürür, bir düymәyә toxunmaqlamilyonlarla insanı, heyvanı, tәbiәtin bir hissәsini mәhv edәcәk silahlarmövcutdur.

Yazılarımda ümumiyyәtlә öz tariximizdәn bәzәn nümunәlәrtәqdim edirәm. Sәbәbi dә mәnә görә budur. Tarix, әgәr ondan dәrs götürülürsә gәrәklidir,götürülmürsә ha tarix oxuyubsan ha nağıl kitabı heç fәrqi yoxdur.

Hәm Azәrbaycan sahәsindә, hәm dә Anadoluda yaşayan әlәvilәrarasında "boynuna torba asmaq” şәklindә bir deyim vardır. Әlәvi ziyalıdostlarımdan da, onların qocalarından da bunun mәnasını sorduğumda, "cәzalandırmaqmәnasındadır” dedilәr, ancaq bu nә cür cәzadır, niyә belә adlanıb, haçandanyaranıb, bu suallara cavab verә bilmәdilәr. Azәrbaycanlı dostlarımdan da,ağsaqqal vә ağbirçәklәrdәn dә bu deyimin әsl mәnasını bilәnә rast gәlmәdim.

Azәrbaycan Folklor İnstitutunda әziz dostum Prof.Hüseyn İsmayılovun da rәhbәrlik etdiyi tez (dissertasiya) mövzumla bağlıaxtarışlar apardığımda bu dәyimin açarını tapdım.

Hun vә Göytürk dövlәtlәri zamanında bağlı atıoğurlayan, dövlәtә xәyanәt edәn, özgәsinin namusuna toxunan, nahaq yerәözgәsini öldürәn şәxslәrә ölüm hökmü kәsilәrdi vә onların başı kәsilәrәköldürülәrdi. Halbuki qәdim Türk inamında qan müqәddәsdir vә o yerә tökülmәmәlidir.İşarә edilәn cinayәtlәri işlәyәn cinayәtkarın kәsilәn başı atasına verilәr vәatası toplum içinә çıxanda hökmәn oğlunun baş sümüyünü bir torbaya salıbboynuna asaraq eşiyә çıxmaq mәcburiyyәtindә idi. Bu da dövlәtin "törә” adlananqanunu idi vә qanunu heç kәs poza bilmәzdi. Orxon abidәlәrindә, "el gedәr, törübolmas” şәklindә bir ifadә vardır. Yәni, dövlәt әldәn gedә bilәr, tәnәzzülәuğraya bilәr, ancaq törә әsla, onu heç kәs poza bilmәz, xaqan olsa belә.

Qәrblilәrin, xüsusi ilә dә Avropalıların çoxöyündüyü Yunan dövlәtçilik sistәminin әn görkәmli şәxsiyyәtlәrindәn biri olan Әflatun(Platon) "Dövlәt” adlı әsәrindә "oğurluğun görkәmli bir peşә” olduğunuvurğulayıb.

Bizim әdalәt sistemimizlә qәrblilәrin sistemiarasındaki fәrq dә yuxarıda işarә etdiyim nümunәvi iki örnәkdәn ibarәtdir. Buda bizim anlayışımızla digәrlәrinin arasındakı fәrqi büruzә verir.

Sәnaye inqilabını әsrlәr әvvәlindә buraxmış,bilgisayar texnologiyasını gerçәklәşdirmiş, dünyanın bir ucundan digәr birucuna kimi gedib hәr hansı bir mәlumatı әldә etmәyi barmağın ucunun bir nöqtәyәtoxunmasıyla әldә olunacağı bir çağda yaşayırıq. Belә ziyalı, aydınlanmış birçağda uluslararası mәhkәmәlәr vә hüquq qlobal sәviyyәdә güclәnmiş qoluzorlusömürüçülәrin, qarәtçilәrin, qatillәrin әlindәdir. O mәhkәmәlәrdә yәtişilәn qәrarlarobyektiv vә adil deyil, tamamilә siyasi mәqsәdә xidmәt edir.

Dünyada 190-dan artıq dövlәt var, ancaq BMT GüvәnlikTәşkilatının (BMT Tәhlükәsizlik Şurası) beş daimi üzvü var. Yәni dünyadakı digәrdövlәtlәr dövlәt hesab olunmur. Onların öz talelәri haqda әl qaldırıb sәs vermәk,özlәrini uluslararası bir mәsәlәdә tәmsil etmәk hüququ yoxdur, dünyasәviyyәsindә hansı qәrara yetişilәcәksә ancaq bu beş dövlәt qәrar verә bilәr vәonların yetişdiyi qәrar demokratiyaya uyğundur. "Mәn belә dünyanın”…

Әdalәtin yoxa çәkildiyi bir dünyada yaşamağın özü dәbәşәrә yaraşmır. Belә bir dünyada yaşamaqdansa yaşamamaq daha yaxşıdır demirәm,ancaq әdalәtsizliyi gözümüzün içinә baxa-baxa bizә "demokratiya!” kimi tәqdim edәnqansoranların dilini kökündәn qopararaq dәrslәrini verib ilahi әdalәti bәrpa etmәküçün çalışmaq yaxşıdır fikrindәyәm.

Qansoranları layiq olduqları yerә oturtmaq üçün dәbircә yol var, onların elmini vә texnologiyasını üstәlәmәk, sonra da tәpәlәrinәyumruğu endirib mәzlumların әmin-arxayın bir atmosferdә asudә yaşayacaqları,ömür sürәcәklәri bir dünya yaratmaqdır.

Elmdә vә texnologiyada qansoranların şәrrindәnxalqlarımızı qorumağa gedәn yolu açacaq, dövlәtlәrimizdәki tәlim-tәhsil sistemindәlazımlı rәformları hәyata keçirәcәk şәxslәr dövlәt rәhbәrlәrimiz, dövlәt böyüklәrimizdir.Tanrı onlara güc-qüdrәt vәrsin.

Yeni ildәn ancaq bunu gözlәyirәm...


TƏQVİM / ARXİV