adalet.az header logo
  • Bakı 17°C
22 Yanvar 2016 11:26
64600
AVTOMABİL
A- A+

Azərbaycana idxal edilən avtomobil sayı 2,4 dəfə azalıb

Ötən il ərzində Azərbaycana 26 785 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə 36 583 avtomobil və 2,4 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.