adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Yanvar 2016 14:01
26308
TEXNOLOGİYA
A- A+

Ölümü proqnozlaşdıran proqram yaradıldı

İnternetdə ölümü proqnozlaşdıran proqram yaradılıb.


Proqramçı, statistik və müasir infoqrafika dünyasında tanınmış insan, Kaliforniya Universitetində dissertasiya müdafiə etmiş Natan Yau özünün bloqunda insanın ölümünü müəyyən edən proqramın softunu dərc edib.

O, yeni interaktiv alətini "How You Will Die” adlandırıb.Bu proqram ölüm risklərini insanın cinsi, irqi və təvəllüdünün parametrləri ilə müəyyən edilir. İnformasiyanı "The Telegraph” nəşri də paylaşıb.

Proqnozlaşdırmanın dəqiq olması üçün xüsusi cədvəl yaradılıb. Bu cədvəldə ölümün proqnozlaşdırılması vizuallaşdırılıb və ölümün bütün parametrləri faiz nisbətində ifadə edilib. Proqramın köməyi ilə insanın təvəllüdündən asılı olaraq onun ölümünə səbəb olacaq əsas riskləri müəyyən etmək mümkün olacaq.


Yaunun cədvəlinə əsasən, cavanlıqda əsas ölüm riskləri təsadüfi amillərlə bağlıdır. 80 yaşdan sonra isə insanlarda ölümün 40 faizi ürək-damar sisteminin xəstəliklərindən başlayır. Cədvəlin yaradılması üçün Yau 1999-cu ildən 2014-cü ilə qədər ölən amerikalıların ölüm məlumatlarından istifadə edib. Bu məlumatlar isə ona ABŞ tərəfindən Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi tərəfindən təqdim olunub.