adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Yanvar 2016 17:22
23026
TEXNOLOGİYA
A- A+

“Apple” məhsulları bahalaşır

Nüfuzlu "Apple” şirkəti məhsullarının qiymətini artırmaq niyyətindədir. Xüsusilə Rusiya, Kanada, İsrail, Meksika, Yeni Zelandiya, Sinqapur və Cənubi Afrika Respublikasında "Apple” məhsullarının bahalaşması gözlənilir. Qiymət artımı yaxın 3 gün ərzində baş tutacaq. Bahalaşmanın 20-25 faiz civarında olması nəzərdə tutulub.

Qeyd edək ki, bir qədər əvvəl "Apple” şirkəti "iOS” əməliyyat sisteminin funksional baxımdan daha zəngin 9,3 beta versiyasını istifadəçilərin ixtiyarına verib.