SƏBƏBKARIN QATILMADIĞI AD GÜNÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
110665 | 2013-01-11 10:50

ŞəhidSənana və onun atası Hacı Əkbərə əl boyda bir məktub

Azərbaycanaşıq ədəbiyyatında özünəməxsus yeri olan Aşıq Alının gözəl qoşmalarındanbirində deyilir ki, "kimlərə qaldıdünya...". Əslində çox məntiqli və cavabı gün kimi aydınolan bir sualdı. Bax elə ən dəhşəti də odur ki, heç kimə qalmayan bu dünyadainsan övladı nədənsə hərdən yaxşı əməllərdən yayınır, xeyirxahlıqdan yan keçir.Necə deyərlər, özü üçün yaşayır, özü üçün gün-güzəran qurur. Nə torpaq yadınadüşür, nə vətən, nə də bu torpaqdan bəhrələndiyi nemətlər...

Birməşhur fikir də var. Həmin fikirdə də deyilir ki, "yaşəhid ol, ya qazi". Üstəlik onu dadeyiblər ki, "torpaq uğrunda ölənvarsa, Vətəndir!". Bəli, bu cürdeyimlərin, müdrik ifadələrin sayını xeyli artırmaq olar. Amma indixatirələrinə daldığım, çöhrəsi gözümün önündən getməyən, necə deyərlər, bığyeri yenicə tərləmiş Sənanın mənalı baxışları məni özümdən alıb aparıb,qayıdıram o günlərə. O günlər əslində hamımızın gördüyü, hamımızın içərisindəolduğumuz günlər idi. O günlər həm də Qarabağda, Ağdamda yerin-göyün qovuşduğu,mərmilərin dolu kimi yağdığı, insanların vahimə, xof içərisində günləri başavurduğu bir ömür kəsiyi, bir zaman parçası idi...

Sənanınatası Əkbər müəllimi Ağdamda hamı yaxşı tanıyırdı, elə indi də tanıyır. Artıqona Əkbər müəllim yox, bəzən Hacı Əkbər də deyillər. Öz tələbələri ilə birldikəsilaha sarılmış, səngər görmüş, barıt qoxusunu ciyərlərinə çəkmiş Əkbərmüəllimi Ağdamda həm də bir döyüşçü, bir komandir kimi hər kəs tanıyıb, çoxistəyibdi. Çünki o, döyüşçülərindən,silahdaşlarından bir addım da olsun geridə dayanmayıb. Atılan güllələr,partlayan mərmilər onun yuxusunu qaçırtsa da, gərginliyini artırsa da, o, dözüb,nümunə göstərib və öz dözümüylə övladları yaşında olan əsgərlərin ümid yerinə,dayaq yerinə çevrilib. Özü də təkcə müəllim kimi yox, döyüşçü kimi yox,komandir kimi yox, həm də şəhid atası kimi...

Mən10 il bundan öncə "Ədalət"qəzetində Sənan Əkbər oğlu Rüstəmov barəsində kövrək bir yazı yazmışdım. OndaAzərbaycanın cəsur döyüşçülərindən biri, şəhidliyi hər şeydən uca tutan,cəsarəti, dəliqanlılığı ilə düşmən səngərini bir anda alt-üst edən Sənanın 30yaşını qeyd edirdik. Amma Sənan ad günündə iştirak etmirdi. İndi də Sənanın 40yaşını qeyd edirik. Sənan yenə ad günündə iştirak etmir. Elə bilməyin ki, o, harasa yaxın-uzaq ellərəüz tutub, qazanc dalınca gedib və yaxud da hardasa təhsil alır. Xeyr, Sənançoxlarımızın bacarmadığı bir işin qulpundan yapışdı. Bu işin adı silahasarılmaq, torpaq uğrunda döyüşmək, düşmən bağrı dəlmək idi. Təbii ki, bütündöyüşlər həm də ölüm-itim, qan-qada deməkdir. Öldürdüyün kimi, ölməyi dəbacarmalısan döyüşdə. Çünki sən öldürəndə torpağın, millətin namusunu ləkədəntəmizləyirsən... Şəhidlik yolunu seçirsən... öləndə də döyüşə-döyüşə sinənigülləyə tuş edib haqqa qovuşursan... səni arxadan vurmurlar, səni qorxubqaçanda vurmurlar... sən öz döyüşkənliyinlə, öz qəhrəmanlığınla həmin andaşəhidlik haqqını qazanırsan, şəhidlik zirvəsinə yüksəlirsən. Deməli, ölümə qalibgəlirsən!!!

SənanƏkbər oğlu Rüstəmov torpaq uğrunda şəhidliyi 19 yaşında qəbul etdi. Ağdamdaonun şəhid olduğu günü xatırlamayan bir kimsə yadıma düşmür. Mənə elə gəlir ki,digər şəhidlərimiz kimi, Sənan Əkbər oğlunun səngərdə göstərdiyi qəhrəmanlıq onuntabutuna sarılmağa imkan vermədi. Çünki 19 yaşlı Sənan Azərbaycan bayrağınabükülmüşdü. Onu qucaqlamaq yox, onu baş üzərinə qaldırmaq lazım idi. MəhzSənanı da döyüş dostları, silahdaşları, Ağdam camaatı başı üzərində apardı sonmənzilə. Mənə elə gəlir ki, şəhidliyin ən yaddaqalan bu törəni yalnız Ağdama,Şuşaya, Füzuliyə, Xocavəndə, Xankəndinə, bir sözlə, işğal altında olantorpaqlarımıza qələbə bayrağı sancılanda bir daha yaşanacaq. Çünki onda da hərkəs başı üzərində bayraq görəcək, hər kəs əlində bayraq aparacaq!..

Bəli,bu gün bizimlə Sənanın arasında böyük bir zaman kəsiyi var. O, bu zamankəsiyini cismən keçib gələ bilmir. O, özünün 40 yaşının qeyd olunmasında və bumərasimə qatılanların arasında olan yerində əyləşə bilmir?! Bəlkə yanılıram?Bəlkə o, bizim hamımızdan əvvəl əyləşib öz məclisində... Axı şəhidlər ölmür!Axı şəhidlərin yeri Tanrı dərgahıdı!

Hə,Əkbər müəllim! Hə, Hacı Əkbər, başını dik tut! Çünki ad günündə cismanivarlığını görmədiyin, məclisin ona aid yerində əyləşdiyini seyr edə bilmədiyinSənan əslində o məclisdəki hər kəsin qəlbindədi. Üstəlik, onun ruhu o məclisəgələnlərlə, onu xatırlayanlarla öz təmasını qurub... Odur ki, möhkəm ol! Sənonsuz da dağ vüqarlı, dağ dözümlü Əkbər müəllimsən. Özü də hamımızın Əkbərmüəllimi. Hamımızın Əkbər müəllimi olan sənin oğlun Sənan da elə bizimhamımızın ciyərparasıdı. Biz hamımız onun 40 yaşının üstünə hələ neçə yüzillərin gələcəyini və hər yubileydə də xatırlanacağını çox gözəl bilirik. Ruhuşad olsun! Vətən sağ olsun!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV