viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "QARABAĞ RUZİGARLARI"NDAN "GECƏ XƏYALLARI"NA Adalet.az | "QARABAĞ RUZİGARLARI"NDAN "GECƏ XƏYALLARI"NA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QARABAĞ RUZİGARLARI"NDAN "GECƏ XƏYALLARI"NA

ƏDƏBİ HƏYAT

11005    |   2016-01-16 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəfail Tağızadə müasir poeziyamızda öz fərdi üslubu, dəst-xətti ilə seçilən şairlərimizdən biridir. Bu gün onun şeirləri barədə ədəbi tənqidin ciddi fikir söyləməsi çox vacibdir, çünki Rəfail artıq altmış yaşına doğru yol alır və belə bir istedadlı şairin şeirləri barədə söz deməmək biganəlik sindromu yaradır. O şair ki, poetik inkişafı göz qabağındadır.
"Qapı", "Qarabağ ruzigarları", "Gecə xəyalları" - Rəfailin 2003, 2009 və 2013-cü illərdə çap olunan kitablarıdır və çox maraqlıdır ki, hər üç kitaba mərhum deməyə dilim gəlmədiyi Adil Mirseyid ön söz yazıb. O Adil Mirseyid ki, müasir Azərbaycan poeziyasında avanqard bir şair kimi tanınırdı və etiraf etmək lazımdır ki, Adil Mirseyid şeirimidə modern istiqamətin aparıcı nümayəndələrindən biri idi. Şeirimizdə bir çox şablonların, stereotip düşüncənin qırılmasında, novator meyillərin inkişafında Adilin də öz rolu var. Rəfailin şeirlərində Adilin də müəyyən təsiri hiss olunur və bu qətiyyən yamsılamaq, Adil kimi düşünmək məqamına gəlmir. Adil daha çox duyğuların rəsini, dünyanı, insan ruhunun intibalarını poetik lövhələrə çevirmək yolunu tuturdu, təbiətə modernist rəssam gözüylə baxıdı, Rəfaildə isə hissi-emosional məqamlar yaşanılan hisslər kimi diqqəti cəlb edir. Adildə publisistik ahəng yox dərəcəsindədir, Rəfail isə bir çox şeirlərini məhz publisistik pafosla ifadə edir. Təsir məsələsinə gəldikdə isə Rəfail bəzən Adilin işlətdiyi priyomlara müraciət edir, predmetə, əşyaya, təbiət hadisələrinə münasibətdə akvarel cizgiləriylə işləyir. O da gözlənilməz təşbehlərə, metaforalara üz tutur.
Rəfail Tağızadə əslən qarabağlıdır və onun şeirlərində Qarabağ nisgili duyulur, Qarabağ ruzgarları əsir. Adil Mirseyid yazırdı ki: "Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rakurslar dəyişir, işıq-kölgə effektləri bir-birini əvəzləyir, amma bu ağ-qara rəsmlərə bənzəyən şeirlərin hamısının üzərində qan izi var. Bu gün şəhid qardaşlarımızın, atalarımızın, günahsız analarımızın, bacılarımızın qanıdı.
Bu sənin, mənim qanımdı.
Bu qan Rəfail Tağızadənin qanıdı.
Rəfail Tağızadə bütün gerçək şairlər kimi şeirlərini öz ürəyinin qanıyla yazır".
Bu gün də, o məlum hadisələrin başlanğıcında da Qarabağ mövzusu şeirimizin aparıcı xəttini təşkil edib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Qarabağ həsrəti də bitməyəcək. Şuşanın, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Füzulinin, Zəngilanın qaçqın düşən hər bir sakini o həsrətin bitəcəyi ümidilə yaşayır. Rəfail də bu həsrəti, bu nisgili yaşayanlardan biridir və əlbəttə, onun həsrəti poeziyanın həsrətinə çevrilir.

Can atıram çiçəyinə,
əlim çatmır ətəyinə,
necə qonum pətəyinə,
Q A R A B A Ğ.

Çaylarından sular axmır,
şimşək daha elə çaxmır,
ruhlar məni tək buraxmır,
Q A R A B A Ğ.

Bu yerlərin təhnəsi boş,
Cıdır düzü, səhnəsi boş,
dədə-baba məhləsi boş,
Q A R A B A Ğ.

Rəfailin "Qarabağ bayatıları" silsiləsini həyəcansız oxumaq olmur. Şeir öncə subyektiv duyğulardan yaranır, şairin iç dünyasından gələn səsləri sözlərə, sözləri şeirə çevirir, sonra o şeirə dönən duyğular sərhədi aşır, bizim qəlbimizə də yol tapır. Qarabağ həsrəti təkcə Rəfailin həsrəti olub qalmır və bəlkə bu həsrəti ondan da dərdlilər yaşayır. Amma fərq burasındadır ki, Rəfail bu həsrəti hamımızın adından söyləyir.

A Vətən torpağı,
a Vətən dağı,
çəkilib sinəmə
bir Vətən dağı.

Gözümdə son baxış
o Vətən bağı,
içimdə oxunan
o Vətən ağı:

Elimin qara bağı,
qolumun qara bağı,
bu qədər dərd içində
dərdimin Qarabağı.

"Dərdimin Qarabağı" - məncə bu ifadə Qarabağ həsrətini çox dəqiq əks etdirir və DƏRD təkcə şəxsi yox, həm də ictimailəşmiş dərddir. DƏRDİN QARABAĞI Rəfali döyüş səngərlərindən, uğrunda vuruşduğu torpaqlardan sərhəd kəndlərinə, şəhid yurddaşlarımızın məzarlarına - Şəhidlər Xiyabanına qədər bir yola çəkib aparır. "Hələ də Xocalı qan rəngindədi" - "İndi xəyallarda gəzir Xocalı" - DƏRDİN QARABAĞI "Bəşərin sonuncu matəm gecəsini" anır, sərhəd kəndlərini dolaşır, "Dayan, giriş qadağandır!" maneəsi ilə üzləşir. "Vaqonun altından asılan beşik" isə qaçqınlığın törətdiyi tanış mənzərədir:

Vaqonun altında böyüyən uşaq,
mənzilə çatmayan vaqon nədi ki,
sən ondan sallaşıb hələ yatırsan.
Gedə bilmədiyin yurd yerinə sən
şirin röyalarda gedib çatırsan.

Rəfail doğrudan da A.Mirseyidin söylədiyi kimi Qarabağ reallıqlarını fotoqrafik bir dəqiqliklə əks etdirir, məsələn, onun "Qaçqın uşağı" şeirini o mövzuda çəkilən hər hansı bir fotonun, ya rəsmin qarşısında asmaq olar:

Müəllimi didərgin,
məktəbi çadırdan,
təqdimatı-
adından, soy adından qabaq-
Qaçqın uşağı.
gözü özündən böyük,
dərdi çiynində ağır yük,
taleyi müəmmalı bir çocuk,
ürəyi oyuq-oyuq-
Qaçqın uşağı.

Mən burada Rəfail Tağızadənin şeirləri barədə iki müəllifin qısaca (atüstü) söylədiyi fikirləri xatırlatmaq istərdim. Mərhum şair Famil Mehdi: "Əzizim Rəfail! Sən dərdini poeziyaya çevirənlərdənsən. Ona görə də mənə xüsusilə yaxınsan, doğmasan...gSən bir Qarabağ şairi kimi bu faciənin aradan qaldırılmasının yollarını axtarırsan. Əsas yol isə silaha sarılmaqdır". Vaqif Bəhmənli: "...Rəfail Tağızadə itirilmiş Qarabağın, boş qalan yurdların ağrısını obrazlı şəkildə əks etdirən yeganə şair kimi gözümün önünə gəldi. Onun yaradıcılığında Qarabağın bugünkü halı məharətli şəkildə ifadəsini tapıb. Rəfail Qarabağ dərdinə ədəbi pasport verdi". Və əlavə olaraq vaxtilə bu sətirlərin müəllifi də yazmışdı: "Rəfail Tağızadənin heç bir əsərinin adı "Qarabağnamə" deyil, ancaq onun şeir və poemalarını mən belə adlandırdım. Ədəbiyyat tarixində yeddi "Qarabağnamə"dən söz gedir. Həmin "Qarabağnamə"lərdə Qarabağın keçdiyi tarixi yol işıqlandırılır, müəlliflər mənbə və məxəzlərdən əldə etdikləri faktlar arasında, həm dlə müşahidələrinə görə Qarabağın salnaməsini yaradıblar. Rəfail Tağızadə isə bugünkü Qarabağın dərdli salnaməsini yazıb". Mən burada Rəfailin böyük ürək yanğısı ilə yazdığı iki poemasını da xatırlatmaq istəyirəm. "Qarabağ qazisi haqqında ballada" və "Çadır şəhərciyi" poemaları onun Qarabağ mövzusunda yazdığı şeirlərin davamıdır və Rəfail hər iki poemada canlı lövhələr təqdim edir. Təsvir etdiyi səhnələr son dərəcə təsirlidir və bu səhnələr insan ürəyində doğulan dərdlərin təcəssümüdür:

Çadır məktəbləri, çadır məktəbi,
qaçqın uşaqları, çadır məktəbi,
birinci, beşinci çadır məktəbi.
Şagirdlər utanır adından indi,
utanır qohumdan, yadından indi.
Nə məktəb şəkli var, nə ev şəkli var,
gizlincə baxdığı fotoalbomda.
Kimə nə söyləsin, kimə nə desin,
Nədir bu körpənin günahı indi.
Nə şəhər tanıyır, nə kənd tanıyır,
Qarabağ tanıyır, Vətən tanıyır?
Vaqonda doğulub, Vətənsiz olub,
nə bilir Qarabağ, nə bilir nədi.

Rəfailin Rəsul Rza mükafatına layiq görülmüş "Qarabağ qazisi haqqında ballada" poeması isə iki yöndən diqqəti xüsusilə cəlb edir. Bu poema bizə Əli Kərimin assosiativ üslubda yazılmış "Heykəl və heykəlin qardaşı" poemasını xatırlatdı. Böyük Vətən müharibəsinin qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş həmin poemada Əli Kərim poetik təhkiyə vasitəsi ilə həm Cəmil, həm onun anası, həm qardaşı, həm də ümumiyyətlə, müharibə haqqında dolğun təəssürat yaradırdı. Rəfailin poemasında da biz Qarabağ müharibəsi, onun doğurduğu acılıqlar, bu müharibədə ayağını itirmiş bir döyüşçü və onun keçirdiyi mənəvi əzablarla qarşılaşırıq:

Mənim qazi qardaşım
həyətdə oturub
ud çalırmış kimi
kötük güdüllərini ovuşdurur:
sağ barmağım qaşınır,
sol ayağımın altı qaşınır,
ayağım atlanmır
yox dizimə duz yığılıb deyəsən...
Qucağına götürə bilmədiyi
o bircə gül körpəsinə baxır...

Əlbəttə, "Qarabağ ruzigarları"nda toplanan şeirlər 2001-2007-ci illərdə qələmə alınıb, amma bu "ruzigarların" bir çoxu hələ də əsməkdədir və bu səbəbdən Rəfailin şeirləri öz aktuallığını itirmir. Təkcə aktuallığınımı? Elə bilirəm, gələcəkdə də bu şeirlər ötən illərin Qarabağ yaşantılarını əks etdirdiyi üçün unudulmayacaq, həmişə oxunacaq.
"Gecə xəyalları" isə Rəfailin təkcə bir mövzuya qapanıb qalmadığını, bir şair kimi poetik axtarışlarını əks etdirir və hiss olunur ki, o, həyatın, gerçəkliyin başqa-başqa olaylarına, çevrəsində baş verən hadisələrə, yaşadığı mühitin onda doğurduğu müxtəlif intibalara, təbiətə, onun gözəlliklərinə, insan kədərinə-insan ağrısına həssaslıqla yanaşır. Əgər "Qarabağ ruzigarları"nda mövzudan asılı olaraq bəzən publisistik ahəng nəzərə çarpırdısa, "Gecə xəyalları"nda bundan əsər-əlamət görmürük, artıq metaforik düşüncə tərzi, poetik detallarla, bədii təsvir vasitələri ilə oxucunu cəlb etmək daha çox diqqəti çəkir. Onun şeirləri mənə ruhun çırpıntılarını xatırladır. Ormanda bir yaşıl ağac bir cəllad əlində can verir və bu faciə bir ağacın faciəsi deyil, ürəkləri yarpaqtək çırpınan insanları xatırladır ("Ormanda bir yaşıl ağac"). Təbiətlə təmas təkcə gözəllikləri rəssam duyğusu ilə poetik sözün ixtiyarına verməklə bitmir, insan ürəyi ilə təbiət arasındakı harmoniyanı da canlandırır. Gecə və onun sənsizliyi, yağış, qara bulud, tənha ağac, səhər, ilin fəsilləri Rəfailin şeirlərində məhz bu mərama xidmət edir. Məsələn, payız silsiləli şeirlərin hər biri ürəkdəki payız duyğularının əks-sədasıdır.

Yarpaqlar tökülür payız axşamı
bahara üçaylıq bəyaz qış qalıb,
əlimdə qoxusuz payız gülləri,
könlümü bəmbəyaz sevdalar alıb.
Gecə obrazı Rəfailin şeirlərində daha çox diqqəti cəlb edir, adətən gecə obrazı romantik duyğuların inikası kimi yaranır, amma Rəfailin GECƏ obrazı DƏRD obrazı ilə paralel işlənir.

Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.

Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.

Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.

Rəfailin "Polşa şeirləri" və "Şopenin ürəyi" poeması Polşa səfərindən sonra qələmə alınıb və bu yazılarda o çalışır ki, fərqli bir mənzərə yaratsın. Öncə ilk dəfə gördüyü bir ölkənin, onun şəhərlərinin və təbiətinin məxsusi cizgilərini gözlərimiz qarşısında canlandırır, sonra Polşanın tarixən keçdiyi yolun bəzi məqamları xatırlanır (bu arada Bakının Qanlı 20 yanvarı ilə Solidarnost muzeyindəki "canlı tarix" arasında oxşarlıq da nəzərdən qaçmır). Və:

...Varşava küçələri,
Varşava gecələri.
Şopenin musiqisi
al qanadlı mələk kimi
qanad açıb uçur, uçur...
Varşavada, Vyanada, Parisdə.

Bir qara piano var
dünyanın ortasında,
bir xəyal əyləşibdi
piano arxasında-
Şopenin xəyalı,
Başı bəlalı.

Poemada Şopen və onun musiqi sehri haqqında poetik düşüncələr əsas yer tutur. "Şopenin musiqisini dinləyirəm ana yurdum Qarabağ düşür yada" - poemanın məntiqi sonluğu bu misra ilə bitir. Rəfail Tağızadə indi yaradıcılığının kamillik mərhələsini yaşayır. Təbii ki, onun poetik axtarışları davam edir. Həyata oricinal baxışı ilə seçilən bu şairə uğurlar arzulayaq!..




YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK